Əbülfəs Qarayev: "Bu il Azərbaycanın turizm sahəsində
10%-lik artım gözlənilir"
Bu il ərzində
Azərbaycanın turizm
sahəsində 10%-lik artım
müşahidə olunacaq.
"APA-Economics"in
məlumatına görə,
bunu Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazirin sözlərinə görə, qlobal maliyyə böhranı ilə əlaqədar Azərbaycanın turizm sahəsində artım əvvəlki səviyyədə olmayacaq: "Əlbəttə, biz ötən ilki 40%-lik artımı əldə edə bilməsək də, cari ilin sonuna kimi bu sahədə 10%-lik artımın müşahidə olunacağı gözlənilir. Belə ki, bu il Bakı İslam Mədəniyyəti Paytaxtı seçilib və paytaxtımızda bir çox tədbirlər keçirilir. Bununla əlaqədar turistlərin Azərbaycana axını müşahidə olunur".
Ə.Qarayev onu da qeyd edib
ki, hazırda bir sıra ölkədə
qeydə alınan H1N1
virusuna yoluxma halları Azərbaycanın
turizm sahəsinə təsir etməyəcək:
"H1N1 virusu Meksika və Kubaya ciddi təsir göstərib, Avropa ölkələrinə isə
bu proses tədricən daxil olur. Azərbaycanda hələlik belə bir hal müşahidə
olunmayıb. Həmin regionlardan Azərbaycana turist axını az olsa da,
Azərbaycan Səhiyyə
Nazirliyi müvafiq tədbirlər görür".
Ədalət.- 2009.-
20 may.- S. 4.