NURLU VƏ İŞIQLI BEYLƏQAN

 

Axır vaxtlar rayonda 71 min ağac əkilib

 

Bu torpağa, bu yurda ayaq basanda adam gözlərinə inanmır. İnanmır ki, az bir vaxtda qədim müasir Beyləqan şəhərində bu qədər böyük tikinti, quruculuq, abadlıq işləri görülüb. Sanki şəhər müasir memarlıq üslubunda tarixi köklərə əsaslanaraq yenidən qurulub. Bir-birindən gözəl abidələr, yaraşıqlı tikililər abad yollar adamın diqqətini cəlb eləyir. Ən çox da diqqəti cəlb eləyən odur ki, şəhərin mərkəzində gözəl, yaraşıqlı möhtəşəm parklar salınıb. Bu parklar heç adi parklar deyil. Öz orijinallığı memarlıq üslubu ilə diqqəti çəkən Heydər Əliyev parkı demək olar ki, əsaslı surətdə yenidən qurulub.

Ulu Öndər Heydər Əliyevin heykəli eyni zamanda yerə döşənmiş qiymətli mərmərlər parkdakı digər tikililər memarlıq baxımından bir-birini tamamlayır möhtəşəm bir görüntü yaradır. Parkdakı musiqili rəngli fəvvarənin isə qeyri adi bir görünüşü var. Əgər kimsə axşamlar gəlib bu mənzərəni seyr etsə, sanki özünü nağıllar aləmində hiss eləyər. Musiqili rəngli fəvvarələrdən ətrafa səpələnən nurdan burda hamıya pay düşür. Elə buna görə axşamlar bu mənzərəni seyr etmək üçün qədər beyləqanlı Heydər Əliyev parkına gəlir bu gözəl anların iştirakçısına şahidinə çevrilirlər. Elə bizim oxuculara da təqdim etdiyimiz bu şəkillər həmin parkın axşam görüntüləridir. Baxın görün, Beyləqanın axşamları necə işıqlı, nurlu gözəl olur.

İrşad Əliyev Beyləqan rayonuna icra hakimiyyəti başçısı təyin ediləndən sonra burda hər şey yaxşılığa doğru inkişaf edib rayon tanınmaz dərəcədə dəyişərək abadlaşıb gözəlləşib. Bir-birindən gözəl parkların abidələrin inşa olunmasında İrşad müəllimin özünün böyük xidmətləri var. Ən azından ona görə ki, həmin möhtəşəm tikililər inşa edilərkən hər gün İrşad müəllim o yerlərə baş çəkib, öz göstərişlərini, tövsiyələrini məsləhətlərini verib. bəzən bir memar təxəyyülü ilə öz istəklərini bu tikililərdə gerçəkləşdirib. Çox maraqlıdır ki, bu gün Beyləqanın hansı yerinə ayaq bassan orda yeniliyin, abadlığın böyük dəyişikliklərin şahidi olmaq olar. Bayaq dediyimiz kimi, bir-birindən gözəl tikililər, orijinal üslubda inşa edilən parklar xiyabanlar, abad yollar istər-istəməz adamın diqqətini çəkir. Yayın istisində bu parklarda dincəlməyin özgə bir gözəlliyi var. Əvvəllər parklara gəlməyən insanlar indi hava sərinləşən kimi axşam saatlarında bu parklara gəlib asudə vaxtlarını maraqlı keçirir istirahət eləyirlər.

Bu gün Beyləqanda əkin-biçin işləri yüksək səviyyədə görülür. Belə ki, 23316 hektar sahəyə buğda səpilib. Bu da ötən ilkindən 6000 hektar çoxdur. Məhsuldarlıq isə mütəxəssislərin dediyinə görə, daha yüksək gözlənilir. Bununla yanaşı rayonda arpa, pambıq, yonca, günəbaxan, kartof, tərəvəz, bostan, şəkər çuğunduru digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. Ümidvarıq ki, məhsuldarlıq bu sahələrdə yetərincə olacaq.

Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibəti ilə rayonda möhtəşəm tədbirlər keçirilib. Bu münasibətlə böyük öndərin xatirəsi yad edilib, onun abidəsi önünə gül-çiçək dəstəsi qoyulub. İdman yarışları da bu ərəfədə geniş vüsət alıb. Belə ki, böyük öndərin şərəfinə keçirilən şahmat yaraşında icra hakimiyyəti tərəfindən qaliblər pulla mükafatlandırılıb. Bununla yanaşı, Olimpia zalında gənclərin yeniyetmələrin idmanın müxtəlif növləri ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Onlar burda güləş, kiqboksinq digər idman növləri ilə məşğul olurlar. Rayonun iki məktəblisi yunan-roma güləşi üzrə Avropa çempionu adını qazanıb. Beyləqanın futbol komandası isə öz uğurlarını davam etdirir. Yəni Beyləqan idmançıları yeni qələbələr qazanmaqla qədim müasir şəhərin adını ölkəmizdən xaricdə belə tanıtdırmağa nail olublar. Ümumiyyətlə, bu gün Beyləqanda hər bir sahədə böyük dirçəliş irəliləyiş var. Bu da təsadüfi deyil. Çünki rayona İrşad Əliyev kimi ağsaqqal, təcrübəli ziyalı bir insan rəhbərlik edir. Heydər Əliyev məktəbinin yetirməsi olan İ.Əliyev rayonun abadlığı yenidən qurulması üçün lazımdırsa onu yüksək səviyyədə həyata keçirir bu işdə rayon camaatına böyük inam bəsləyir.

Az bir vaxtda rayonda 71 mindən çox ağac əkilib. Hər tərəfin gül-çiçəyə qərq olunması yaşıllıqlar zolağına çevrilməsi üçün demək olar ki, hər şənbə-bazar günü iməcliklər keçirilir. Bu iməcliklər zamanı küçə prospektlərdə səliqə-səhman yaradılmaqla yanaşı, əkilən ağaclara bəzək kollarına qulluq edilir, su verilir, onların böyüdülməsi üçün lazımi işlər görülür. Elə ona görə əkilən ağacların hamısı böyüyüb qol-budaq atıb.

Beyləqan cəbhənin bir addımlığında yerləşir. Bir addımlıqda yerləşən cəbhəyə bu rayon həm maddi, həm mənəvi dayaq durub. Ən çətin anlarda səngərlərdəki əsgərlərimizin yanında olan beyləqanlılar onları bayram günlərində adi günlərdə belə yaddan çıxarmır. Döyüşən oğullara arxa dəstək olur. Təbii ki, Beyləqan öz qədimliyini müasirliyini saxlamaqla daha möhtəşəm bir şəhərə çevrilir.

    

 

FAİQ QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 21 may.- S. 4.