NATO-Azərbaycan əlaqələri
genişlənir
Etibarlı tərəfdaşlıqda
Azərbaycan ordusunun payı az deyil
May ayında
Azərbaycan-NATO əlaqələrinin
15 ili tamam oldu. Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər
hələ 1994-cü ilin
may ayında yaradılıb.
O vaxtdan bu günədək bu əlaqələr yüksələn
xətlə inkişaf
edir və genişlənir. 1994-cü ildə
Şimali Atlantika Şurası nəzdində
"Sülh Naminə
Tərəfdaşlıq" Proqramının qəbul edilməsi ölkəmizin
həyatında tarixi bir hadisəyə çevrildi.Belə ki, ümummilli liderimiz Heydər Əliyev həmin ilin 3-4 may tarixlərində Belçikaya
rəsmi səfəri
zamanı NATO-nun Brüsseldəki
mənzil-qərargahında NATO "Sülh Naminə Tərəfdaşlın" proqramının
Çərçivə sənədinə
imza atdı. Azərbaycan elə ilk gündən bu proqrama qoşulmaqla özünü etibarlı
və nümunəvi tərəfdaş kimi göstərməyə başladı.
Təsadüfi deyil ki, 1997 və 1998-ci illərdə Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana gələn
NATO-nun Baş katibi Xavyer Solana Milli Məclisdə millət vəkilləri qarşısında
çıxış edərkən
NATO-Azərbaycan əlaqələrinin
inkişafına toxunaraq
demişdir: " Biz Qafqaz
regionunu birbaşa maraqlarımız olan mühüm regionlardan biri hesab edirik.
Axı, Qafqaz Avropa qitəsinin tərkib hissəsidir."
Hələ 1996-cı ilin
22 aprel tarixində
NATO-nun Brüsseldəki Mənzil-qərargahına
növbəti səfəri
zamanı prezident Heydər Əliyev Baş katib Xavyer Solana ilə görüşərək Sülh
Naminə Tərəfdaşlıq
Proqramına müvafiq
şəkildə NATO ilə
əməkdaşlıq üzrə
ölkəmizin tələbat
və potensialını
müəyyən edən
Azərbaycan Respublikasının
Prezentasiya sənədini
təqdim etdi.
Azərbaycan-NATO əlaqələrinin
etibarlı əməkdaşlıq
zəminində yaradılması
ordu quruculuğu işinin bütün sahələrində özünü
qabarıq şəkildə
göstərməyə başladı.
1997-ci ildən hərbi
təhsil sistemində
əsaslı dəyişiklik
yaradıldı. Kursantlarımız
Şimali Atlantika Alyansına daxil olan ölkələrdə
qəbul edilmiş metodika əsasında hərbi bilik və təcrübəyə
yiyələnməyə başladılar.
Ümumiyyətlə, hərbçilərimiz
"Sülh Naminə
Tərəfdaşlıq" proqramı çərçivəsində
bütün tədbirlərdə
fəal iştirak edir, sülhməramlı təlimlərə, konfrans
və seminarlara qatılırlar. 1997-ci ilin
noyabr ayında Azərbaycanda ilk dəfə
"Sülh Naminə
Tərəfdaşlıq" proqramı çərçivəsində
"Kooperativ Demand" adlı
komanda-qərargah təlimlərinə
hazırlıq seminarı
keçirildi.
Azərabycan Silahlı
Qüvvələrinin tərkibində
sülhməramlı qüvvələrin
yaradılması da ölkəmizin NATO-nun SNT proqramına
qoşulması ilə
əlaqədardır. Azərbaycan
Respublikası Prezidentinin
1996-cı il 23 aprel tarixində NATO Baş katibinə təqdim etdiyi Prezentasiya sənədində göstərilirdi
ki, Azərbaycan öz tərəfindən
NATO-nun SNT əməliyyatına yüngül silahlanmış
bir bölük ayıracaq. 1997-ci ildə Azərbaycan Respublikasının
Müdafiə nazirinin
əmri ilə sülhməramlı bölük
yaradıldı. Bölüyün
şəxsi heyəti
müxtəlif vaxtlarda
Norveçdə, Makedoniyada,
Türkiyədə, Özbəkistanda,
Qazaxıstanda, Kanadada
və s. SNT təlimlərində
iştirak etdi. 1999-cu ildə isə sülhməramlı taqımımız
Kosovoda KFOR tərkibində
Sülhü Dəstəkləmə
Əməliyyatına qatıldı.
Hərbçilərimiz Alban sektorunda Türkiyə sülhməramlı taborunun
tərkibində Prizren
şəhərinin 35 kilometr
cənubunda Draqaş rayonunda post-patrul xidməti aparmış,
11 kəndin təhlükəsizliyini
təmin etmişdir.
NATO ilə
əlaqələrin genişlənməsini
nəzərə alaraq
ölkə rəhbərliyinin
və Müdafiə nazirinin əmri ilə 2001-ci ildə sülhməramlı bölük
böyüdüldü və
NATO tələblərinə cavab verən sülhməramlı tabor yaradıldı.
2001-ci il
dekabr ayının
20-də BMT Təhlükəsizlik Şurası Əfqanıstanda
terrora qarşı mübarizə aparılması
ilə bağlı məlum qətnaməni qəbul etdikdən sonra Azərbaycavn Respublikası da bu mübarizədən kənarda qalmadı. Dövlət rəhbərliyi
antiterror əməliyyatlarında
bilavasitə iştirak
etmək haqqında qərarı dərhal qəbul etdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
Heydər Əliyevin Azərbaycan sülhməramlı
taqımının Əfqanıstana
göndərilməsi barəsində
təklifi Milli Məclis tərəfindən
qəbul edildikdən sonra 20 noyabr 2002-ci il tarixdə sülhməramlı taqımımız
Təhlükəsizliyin Dəstəklənməsi
üzrə Beynəlxalq
Qüvvələrin tərkibində
əməliyyatlarda iştirak
etmək üçün
Əfqanıstana yollandı.
Azərbaycan sülhməramlıları
22-ci dövlətin nümayəndəsinə
çevrildi. Hərbçilərimiz
Türkiyə taborunun
tərkibində
Ölkə başçısının
2003-cü ilin may ayında
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
16-cı bəndinə uyğun
olaraq Silahlı Qüvvələr kontingentinin
beynəlxalq koalisiyası
qüvvələri tərkibində
İraqda keçirilən
sülhməramlı əməliyyatlarda
iştirak etməsi üçün Milli Məclisə növbəti
təklifi də müsbət qarşılandı.
Müvafiq qərarla
15 avqust 2003-cü il tarixdə sülhməramlılarımız
İraqda keçirilən
əməliyyatlara qatıldı.
Azərbaycan Silahlı
Qüvvələrinin 151 nəfər
sülhməramlı hərbi
qulluqçusu İraqın
Həditə yaşayış
məntəqəsi yaxınlığında
hidroelektrostansiyanın mühafizəsini
təşkil etmişdir.
Strateji əhəmiyyət
daşıyan bu stansiya İraqın enerjiyə olan tələbatının 30 faizini
ödəyir.
Sülhməramlılarımızın uğurlu
xidməti beynəlxalq
koalisiya qüvvələrinin
komandanlığı tərəfindən
də yüksək qiymətləndirilmiş, bir
qrup Azərbaycanlı
zabiti ABŞ-ın
"Hərbi Dəniz
Qüvvələri və
Dəniz Piyadalarının
Nailiyyət medalı"
ilə təltif olunmuş, çoxsaylı
fəxri fərmanlarla
mükafatlandırılmışdır. Yeri gəlmişkən, Amerika Prezidenti Corc Buşun sülhəramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi
təşəkkür məktubunda
deyilir: " 2003-cü ildə
etibarən İraqda çoxmillətli qüvvələrə
öz hərbçiləri
ilə verdiyi dəstəyə görə
Azərbaycan hökumətinə
və xalqına
ABŞ-ın dərin
minnətdarlığını bildirirəm. Əl-Ənbər
vilayətində Hadita
su bəndinin həmin qüvvələr
tərəfindən mühafizəsini
xüsusilə yüksək
qiymətləndirirəm."
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu günlərdə NATO-nun Baş
katibi Sxeffer ilə görüşü
də ölkəmizlə
NATO arasında əlaqələrin
yüksək xətlə
inkişafından xəbər
verir. Belə ki, görüş zamanı Baş katib bu əlaqələrin
NATO tərəfindən yüksək
qiymətləndirildiyini dilə
gətirib, Azərbaycanın
antiterror əməliyyatlarında
iştirakına xüsusi
önəm verib. Öz növbəsində
dövlət başçımız
da Azərbaycanın
NATO proqramları və
tədbirlərində fəal
iştirakını qeyd
edib: "Azərbaycan-NATO
əlaqələri ölkəmizin
Avratlantik strukturlara inteqrasiyasının tərkib
hissələrindən biridir.Ötən
il ölkəmiz Alyansın 200 tədbirinə
qatılıb".
Əlbəttə, bütün
bunlar əldə olunmuş uğurların yalnız bir hissəsidir. Sonda bizə yalnız onu demək qalır ki, Azərbaycan hərbçiləri
NATO əlaqələrinin səmərəli
şəkildə qurulması
və inkişafında
yaxından iştirak edərək dövlətin
və xalqın etimadını doğrultmuşlar.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Ədalət.- 2009.- 22 may.- S. 7.