MİN İLDİ
Bu dünya əzəldən
belə, beləcə,
Verdik ömrü-günü
yelə beləcə.
Ağılsız köpəklər
elə beləcə,
Hürür ulduzlara, hürür min ildi.
İlkində, sonunda axtarış gedir,
Sübhündə, danında
axtarış gedir,
Gedir, hər
yanında axtarış
gedir,
Açılmır göylərin sirri
min ildi.
Dünən sönüb
gedən od
qançəkəndi,
Çapılıb, talanan
yurd qan çəkəndi,
Sürü nə
çəkibsə qurddan
çəkəndi,
Qurdla bir otlayır
sürü min ildi.
Əl həmin, həmindi Tanrı yaxası
Keçirir başlara Bəhlul
çuxası.
Şeytan içimizdən
deyil çıxası,
Düşmür çiynimizdən huri min ildi.
Qırıldıq, üz
tutduq yenə qapına,
Vurulduq, üz tutduq yenə qapına,
Sənə sığınılan,
sənə tapınan,
İlahi, hər günün
biri min ildi.
Alırıq, satırıq
dünya bazardı,
İlkini beşikdi, sonu
məzardı.
Ölüdən şeytan
da elə bezardı,
Elə əzabdadı diri
min ildi.
AŞAĞI
Yüz ildi, min ildi... Tələsmə, vaxt var...
Yüz ildi, min ildi
tale var, baxt var.
Yüz ildi, min ildi Tanrı var, haqq var,
Bəs nə var bu mindən, yüzdən aşağı?
Əlimdən çıxanlar
qələmdən çıxır,
Qəzəbim sıyrılıb sitəmdən çıxır.
Dərdimin tüstüsü
təpəmdən çıxır,
Göz yaşım süzülür
gözdən aşağı.
Sönüb öləziyən
közə nə var ki,
Daha üfürməli
gözə nə var ki...
Yüz ildi, min ildi təzə nə var ki,
Nə var ki, "gözlə"dən, "döz"dən
aşağı.
Na vaxt ki, dərgahdan qovuldu şeytan,
Qurtara bilmirik suçdan,
günahdan.
Beş kəlmə
söz qalıb Xətai şahdan,
Qalan nə qalıbsa
sözdən aşağı.
Beləmi buyurmuş
Yaradan, quran,
Bayquş xislətliyik yıxan,
uçuran.
Bizdən yuxarıda
bir sirdir duran,
Bir
sirr də gözləyir bizdən aşağı.
GÖZDƏN
Bu zaval deyəsən
təzə gələndi,
Bilirmi nə gəlsə
düzə gələndi?
Sən demə bu söz də
gözə gələndi,
Qoruya bilmədim sözümü
gözdən.
Mən könül
verəndən qəmə,
bilmişəm,
Kimə üz tutular,
kimə, bilmişəm.
Düzümü içimdə
gömə bilmişəm,
Heç vaxt asmamışam
düzümü gözdən.
Neynim, çəkən
məni gözələ
çəkdi,
Aldı taleyimi göz
ələ, çəkdi.
Sevdiyim bir qara göz elə
çəkdi,
Ayıra bilmədim gözümü
gözdən.
Bu Vətən deyilən
yer ömür boyu,
Oldu mənim üçün
pir ömür boyu.
Nə gözə
təpildim bir ömür boyu,
Nə də ki, düşürdüm özümü
gözdən.
Başıma nə
gəldi dözdüm
səbrnən,
Dolaşdım səbrnən, gəzdim
səbrnən.
Bir qəfil ölümnən, bir də qəbirnən,
Bir gün salacağam dözümü
gözdən...
QARIŞMA
Ürək nə
istəyir çıxar
başından,
Ürəyin işinə
qarışma, bala...
Get də çörəyini
çıxar daşından,
Çörəyin işinə
qarışma, bala...
Bu qoşun dərdlərə
gər də sinə döz,
Başdan çıxardığı tüstüsünə döz.
Fəslin soyuğuna,
istisinə döz,
Küləyin işinə
qarışma, bala...
Gecələr baş
kələk dinə dönər, din kələk gələr.
Başına min oyun,
min kələk gələr,
Kələyin işinə
qarışma, bala...
Ətək bir zamandı, əl bir zamandı,
Yekdil zaman deyil, əlbir zamandı.
Bu zaman əvvəldən
xəlbir zamandı,
Ələyin işinə
qarışma, bala...
Sənin bu dünyayala nə hesabın var,
Bu haqqa-hesaba necə tabın var?
Əldə öz
qələmin, öz kitabın var,
Mələyin işinə
qarışma, bala...
Bu can nə çəkirsə
elə can bilər,
Bu cana çəkdirən haradan
bilər?
Deyirlər hər
şeyi Yaradan bilər,
Fələyin işinə
qarışma, bala...
Kəmaləddin Qədim
Ədalət.- 2009.- 23
may.- S. 20.