ÜZÜ DAĞLARA,
DAĞLARA
Gecə-gündüz yol gedirik
Üzü dağlara-dağlara.
Köks ötürüb, qəm
yeyirik,
Ötən çağlara,
çağlara.
Qardaş, yollar yaman tozdu,
Dəstəmizi yadlar pozdu.
Tale yozan belə
yozdu,
Ümid sağlara, sağlara.
Qəm-qüssənin xeyri nədi,
Bu fələyin xeyrinədi.
Sinəmizsə daş
sinədi,
Dözər dağlara, dağlara.
DÖYMƏ, DÖYMƏ
Hələ ki, bənövşəsən,
Boynunu əymə, əymə.
Ətirlisən, qəmlisən,
Qəlblərə dəymə, dəymə.
Ovsunlu duruşun
var,
Boyuna min göz baxar,
Baxışın qəlblər
yaxar,
Özünü öymə-öymə.
Günlər gəlib
gedəndi,
Saçına düşən
dəndi,
Bir sabah
qocafəndi
Dizinə döymə-döymə.
AÇARSANMI?
Yollarına çıxsam
əgər,
Denən, məndən qaçarsanmı?
Bülbül görmüş
qızılgül tək
Pardaxlanıb uçarsanmı?
Çıxıb sevgi
bələyindən,
Keçib sevgi ələyindən
Bu sevginin kələyindən
De görüm, baş açarsanmı?
Ay dilbilməz, bu
nə nazdı,
Günlər ötür,
ömür azdı,
Yusifoğlu xəstəhaldı
Ürəyini alarsanmı?!
İbrahim
YUSİFOĞLU
Ədalət.- 2009.- 23 may.- S. 20.