Ümumi pərakəndə
dövriyyəsi artıb
Cari ilin yanvar-aprel aylarında ərzaq məhsullarına
təlabat iki dəfə çox olub
Azərbaycanda 2009-cu ilin
yanvar-aprel aylarında 3 670,6 mln. manat həcmində pərakəndə
əmtəə dövriyyəsi müşahidə olunub ki,
bunun da 2 437,1 mln. manatı ərzaq, 1 232,9 mln. manatı isə
qeyri-ərzaq malların payına düşür. Dövlət
Statistika Komitəsindən verilən məlumatına görə,
ötən ilin yanvar-apreli ilə müqayisədə bu ilin
analoji dövründə ümumi pərakəndə
dövriyyəsi (mütləq qiymətlərdə) 15,2%
artıb. Ərzaq malları üzrə ticarətdə bu
artım 17,6%, qeyri-ərzaq malları üzrə ticarətdə
isə 10,8% təşkil edib.
Beləliklə, cari ilin
yanvar-aprel ayları ərzində əhali tərəfindən
təxminən iki dəfə çox ərzaq malları
alınıb. Müqayisə üçün qeyd edək ki, ərzaq
məhsulları ilə ticarət qeyri-ərzaq məhsulları
üzrə ticarəti ötən ilin ilk dörd ayında 1,9
dəfə, bütün ötən il ərzində isə
1,8 dəfə üstələyib. Bu göstəricilər Azərbaycanda
əhali tərəfindən ərzaq və qeyri-ərzaq
malların alınması nisbətinin ənənəvi
olduğunu əks etdirir.
Qeyd edək ki, istehlak səbətinin
strukturunda ərzaq mallarının bu dərəcədə
olması, yəni 66%-dən çoxunu təşkil etməsi
makroiqtisadi baxımından mənfi göstəricidir. Dünya
praktikasında bu sahədə hər hansı universal norma və
ya norma kimi qəbul olunan göstərici yoxdur, çünki
o, ölkələrdən və iqtisadiyyatlardan asılı
olaraq fərqlənir. Lakin ərzaq mallarının
payının pərakəndə dövriyyəsinin 50%-dən
çoxunu təşkil etməsi əhalinin mallar şəklində
yığım qabiliyyətinin, uzunmüddətli istifadə
etmə mallarının əldə etməsi qabiliyyətinin və
ümumilikdə rifahın aşağı olduğunu göstərir.
Bu halda əhali xərcləri daha çox ərzaq
mallarına, yəni fizioloji tələbatın ödənilməsinə
yönəldir.
Lakin eyni zamanda qeyd etmək
lazımdır ki, ümumi pərakəndə dövriyyəsi
əhalinin nominal pul gəlirlərinin 54,5%-ni təşkil
edir. DSK-nın hesablamalarına görə, gəlirlərin
68%-i son istehlaka, 10,4%-i vergilər, sosial sığorta və
könüllü üzvlük haqlarının ödənilməsinə
sərf edilib, 21,6%-i isə əmanətlərin və kapitalın
artırılmasına yönəldilib. Yanvar-aprel aylarında əhaliyə
göstərilən pullu xidmətlərin həcminin 1,1 mlrd.
manat təşkil etdiyini nəzərə alsaq, aydın olur
ki, son istehlakın təxminən 80%-i ərzaq
mallarının alınmasına və xidmətlərin ödənilməsinə
sərf olunur.
Ümumi pərakəndə dövriyyəsi artıb
Cari ilin yanvar-aprel aylarında ərzaq məhsullarına
təlabat iki dəfə çox olub
Azərbaycanda 2009-cu ilin
yanvar-aprel aylarında 3 670,6 mln. manat həcmində pərakəndə
əmtəə dövriyyəsi müşahidə olunub ki,
bunun da 2 437,1 mln. manatı ərzaq, 1 232,9 mln. manatı isə
qeyri-ərzaq malların payına düşür. Dövlət
Statistika Komitəsindən verilən məlumatına görə,
ötən ilin yanvar-apreli ilə müqayisədə bu ilin
analoji dövründə ümumi pərakəndə
dövriyyəsi (mütləq qiymətlərdə) 15,2%
artıb. Ərzaq malları üzrə ticarətdə bu
artım 17,6%, qeyri-ərzaq malları üzrə ticarətdə
isə 10,8% təşkil edib.
Beləliklə, cari ilin
yanvar-aprel ayları ərzində əhali tərəfindən
təxminən iki dəfə çox ərzaq malları
alınıb. Müqayisə üçün qeyd edək ki, ərzaq
məhsulları ilə ticarət qeyri-ərzaq məhsulları
üzrə ticarəti ötən ilin ilk dörd ayında 1,9
dəfə, bütün ötən il ərzində isə
1,8 dəfə üstələyib. Bu göstəricilər Azərbaycanda
əhali tərəfindən ərzaq və qeyri-ərzaq
malların alınması nisbətinin ənənəvi
olduğunu əks etdirir.
Qeyd edək ki, istehlak səbətinin
strukturunda ərzaq mallarının bu dərəcədə
olması, yəni 66%-dən çoxunu təşkil etməsi
makroiqtisadi baxımından mənfi göstəricidir. Dünya
praktikasında bu sahədə hər hansı universal norma və
ya norma kimi qəbul olunan göstərici yoxdur, çünki
o, ölkələrdən və iqtisadiyyatlardan asılı
olaraq fərqlənir. Lakin ərzaq mallarının
payının pərakəndə dövriyyəsinin 50%-dən
çoxunu təşkil etməsi əhalinin mallar şəklində
yığım qabiliyyətinin, uzunmüddətli istifadə
etmə mallarının əldə etməsi qabiliyyətinin və
ümumilikdə rifahın aşağı olduğunu göstərir.
Bu halda əhali xərcləri daha çox ərzaq
mallarına, yəni fizioloji tələbatın ödənilməsinə
yönəldir.
Lakin eyni zamanda qeyd etmək
lazımdır ki, ümumi pərakəndə dövriyyəsi
əhalinin nominal pul gəlirlərinin 54,5%-ni təşkil
edir. DSK-nın hesablamalarına görə, gəlirlərin
68%-i son istehlaka, 10,4%-i vergilər, sosial sığorta və
könüllü üzvlük haqlarının ödənilməsinə
sərf edilib, 21,6%-i isə əmanətlərin və
kapitalın artırılmasına yönəldilib. Yanvar-aprel
aylarında əhaliyə göstərilən pullu xidmətlərin
həcminin 1,1 mlrd. manat təşkil etdiyini nəzərə
alsaq, aydın olur ki, son istehlakın təxminən 80%-i ərzaq
mallarının alınmasına və xidmətlərin ödənilməsinə
sərf olunur.
Vüsal Məmmədli
Ədalət.- 2009.- 27 may.- S. 4.