Xeyriyyə tədbiri keçirildi

 

Bu günlərdə Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat Məktəbində "Qafqaz Media" İctimai Birliyinin xəttilə tədbir keçirilmişdir. Birliyin sədri Hacı Azadə Taleh Abbasqızı tədbiri açıq elan edərək demişdir:

 

   - Hörmətli qonaqlar, əziz valideynlər və şagirdlər, bu gün "Qafqaz Media" İctimai Birliyi öz sənət dostları ilə birlikdə sizin qonağınızdır. Bizim Birlik tez-tez belə tədbirlər, xeyriyyə marafonları keçirir. Bu ilin yanvar ayının 7-də Suraxanı rayonundakı Əqli Cəhətdən Qüsurlu Uşaqlar üçün internat məktəbində və yenə də yanvar ayının əvvəllərində Gəncə "SOS" uşaq kəndində valideyn himayəsindən məhrum olan uşaqlar ilə görüş keçirmişik, körpə balalarımızı sevindirmişik. Bizim Birlik bu il respublikamızda uşaq ili elan edildiyini nəzərə alaraq ilin sonuna kimi yüzdən çox belə tədbirlər keçirəcək. Biz insanlıq və vətəndaşlıq borcumuzu yerinə yetiririk, bu işlərimizdən sadəcə olaraq könül rahatlığı tapırıq.   

   Sonra söz müğənnilərimizə verildi. Respublikamızın əməkdar artistləri Firuzə İbadova Ruhəngiz Allahverdiyeva öz çıxışları ilə dinləyicilərin diqqətini cəlb etdilər. Sonra AMEA-nın əməkdaşı, xeyriyyəçi Xədicə Murad söz alaraq dedi:  

   - Bu cür tədbirlərin tez-tez keçirilməsi gənc nəslin təlim-tərbiyəsində çox böyük rol oynayır. Əziz uşaqlar, bilirik ki, sizin aranızda şeir yazan, rəsm ilə məşğul olan istedadlı uşaqlar da var. Mən onlara hər zaman köməklik göstərməyə hazıram. Şagirdlərdən Şəhriyar Həsənovun Aynurun şeir kitablarının çap xərcini öz öhdəmə götürürəm gələcəkdə belə istedadlı uşaqlara kömək edəcəm.   

   Yenə söz müğənnilərə verildi. Gənc müğənni Fatma Abdullayeva, Ataxan İsmayılov, İbrahim Borçalı, Anar Abdullayev, Nicat Həsənov, Səlim Abbasov, Arif Səlimov, Aşıq Pəri məclisinin üzvü Aidə Gülzar, Seyid Əmin Nur Təbrizi çıxış edərək öz yeni mahnıları ilə dinləyicilərin zövqünü oxşadılar. Tədbirdə şairlərdən Fərqanə Mehdiyeva yeni şeirlərini oxudu.  

   Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Kadir Yıldız çıxış etdi Hacı Azadə xanımı fəxri fərmanla təltif etdi. Hacı Azadə xanım məclisdə çıxış edənlərə təşəkkürnamə təqdim etdi məclis üzvlərinə öz səmimi minnətdarlığını bildirdi.  

   Uşaqlara oyuncaqlar, boyama fırçaları, şirniyyatlar hədiyyə edildi sonda tədbirin üzvləri xatirə şəkli çəkdirdilər.

  

  

Bəydəmirli Rəşad

 

Ədalət.- 2009.- 11 fevral.- S. 6.