"Ağdamı dünyanın ən varlı şəhərinə
çevirəcəyik!"
Rayonun yeni icra
başçısı Nizami Sadıqov: "Mən bilirəm
insan necə yaşamalıdır. Başqasının
azadlığına toxunmadan, başqasını özündən
narazı salmadan"
Ağdamda
ikinci dəfə idi olurdum. 2005-ci ildə 82 saylı Ağdam-Ağcabədi
seçki dairəsindən deputat seçilən Aqil
Abbasın seçicilərini yoluxmaq üçün bəlkə
də 100-cü dəfə yerinə-yurduna etdiyi səfərlərin
cəmi ikisində iştirak etmişəm.
Uzaq yol qət
eləməkdən zəhləm gedir. Bakıdan Ağdama qədər
olan məsafə isə 350 kilometr yox, 350 metr idi. Aqil Abbas
yüz dəfə kiçiltdi bu məsafəni. Onunla yol
yoldaşı olmayanlar çox şey itirib.
Barıt qoxusu üçün
darıxmaq
Müharibə
görmüş adamlardanam. Müharibə görmüş
adamlar, nə qədər dəhşətli olsa da, müharibə
üçün, barıt qoxusu üçün
darıxırlar. Darıxırdım. Aqil müəllimdən
xahiş elədim ki, cəbhə bölgəsinə də gedək.
Razılaşmadı. Belə dedi: "Ay bala, mən səngərdə
olanda istəyirəm əsgərdən avtomatı alıb,
qaça-qaça erməni cəbhəsini keçib,
oraları yerlə yeksan eləyəm. Yaraşmır,
torpağı işğalda olan məmləkətin əsgərinə
səngərdə durmaq yaraşmır".
Məcburən
Quzanlıda dayanmalı olduq. İndi Ağdamın mərkəzi
Quzanlı hesab olunur. Rayonun inzibati binaları bu qəsəbədə
yerləşir. Bəli, İcra Hakimiyyəti də.
Deputat öz yerinə məni "təyin" etdi
Bilirsiniz. Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib. Uzun illər bu posta rəhbərlik edən Həsən Sarıyevi Nizami Sadıqov əvəzləyib. Aqil Abbas həmin ərazidən seçilən millət vəkili kimi yeni başçı ilə görüşə getmişdi. Səhərisi Ağdamın icra başçısı özünü rayon ictimaiyyətinə təqdim edəcəkdi. Mərasimdə Aqil Abbas da iştirak etməli idi. Obyektiv səbəblərdən bu baş tutmadı. Necə deyərlər, deputat öz yerinə məni "təyin etdi". Böyük ehtimad idi. Bununla yanaşı tədbirdən reportaj da hazırlamalı idim.
Yıxılana balta vurmayan kişi
Ağdamın keçmiş icra başçısı Həsən Sarıyevi tanıyırdım. Dostların məclisində xeyli söhbət eləmişdi, dinləmişdim. İstiqanlı insan təsiri bağışlamışdı. Göyçayı keçəndə Aqil müəllimdən soruşdum ki, yeni başçı köhnə başçı ilə, yaxud əksinə, ikinci birinci ilə ədavət aparmaz ki? Dedi, bu mümkün deyil: "Nizami Sadıqov yıxılana balta vuranlardan deyil. Telefonda danışmışıq, deyirdi ki, mən Həsən Sarıyevin fəliyyəti barəsində heç vaxt pis danışmayacam".
Şahidi oldum. Ağdamın yeni icra başçısının əhali ilə görüşündə ilk cümləsi belə oldu: "Dünən dünəndə qaldı. Biz sabahımızı bu günümüz üzərində qurmaqla məşğul olmalıyıq".
O necə yaşamağın sirrini bilir
Nizami Sadıqovun amiranə xarakter sahibi olduğunu tədbirdən bir gün öncə müəyyənləşdirmişdim. Mənim də iştirak etdiyim çay süfrəsi arxasında Aqil Abbasla elədiyi söhbət çox xoşuma gəldi. Neçə-neçə filosofdan yeni sitatlar eşitdim Nizami müəllimdən. Və öyrəndim ki, kitab oxumağı çox sevir. Günü nə qədər gərgin keçsə də hər axşam heç olmasa 50-60 səhifə oxumalıdır. "Mən bilirəm insan necə yaşamalıdır. Başqasının azadlığına toxunmadan, başqasını özündən narazı salmadan". Nizami Sadıqovdan bu tezisi eşidəndə ağdamlıların yerinə sevindim. Onsuz da onların azadlığına düşmən qənim kəsilib. Onsuz da onlar narazıdır qaçqın həyatı yaşamaqdan. Heç olmasa rəhbərləri həyatlarına sərin su səpə bilsin.
Kiçik haşiyə
Axşam Ağcabədinin qonaq evində qaldım. Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun qalib elan etdiyi "Ədalət" qəzetinin layihəsi çərçivəsində bu rayondan reportaj hazırlayacaqdım. Çox yeri gəzmişdim. Aqil müəllimlə birlikdə Hindarx qəsəbəsində də oldum. Deputata sevginin necə olduğunu burda gördüm. Gələn həftənin şənbə günü Ağcabədidən hazırldadığım geniş reportajı oxuyacaqsız. Bir başqa yerdi Ağcabədi. Tam başqa yer.
Rəislərlə bir sırada oturdum
Səhər - sentaybırın 10-u saat 10-30-da Quzanlı kənd Mədəniyyət Evində oldum. Daha doğrusu mədəniyyət evinin həyətində. Xeyli adam vardı həyətdə. Dedilər ki, içəri doludur, oturmağa yer yoxdur. Əlavə stullar daşınırdı. Zala girəndə həqiqətən birinci sıraya düzülən 6 stuldan başqa bütün yerlərin tutulduğunu gördüm. Vəziyyətə nəzarət edən orta yaşlı kişiyə yaxınlaşıb, Aqil Abbasın işçisi olduğumu dedim. "Xoş gəlmisən, o boş yerlərdən birində oturun" cavabını aldım. Sonradan bildim ki, o boş yerlər rayonun rəhbər vəzifədə olanları üçün nəzərdə tutulub. Prokuror, polis rəisi, məhkəmənin sədri və bu sıradan olan bir neçə nəfər. Bakıda isə jurnalistə münasibət fərqlidir. Mötəbər adamların olduğu məclisdə jurnalistlər həmişə arxa yerlərdə oturub. Bura həm də ona görə Ağdamdı - Azərbaycanın qürur mənbəyi.
Alqış sonda gələr əvvəldə yox
Saat 11:00. Yeni icra başçısı zala daxil olub, onun üçün ayrılmış yerinə qalxır. Zaldakıların əl çalmaması da, diqqətimdən yayınmadı? Görəsən niyə? Özümə verdiym sual sona çatmamış cavabı gəldi. Bura Ağdamdır- Azərbaycanın qürür mənbəyi. Axı ağdamlılar hələ bilmir yeni başçı kimdi, necə işləyəcək, onlara ilk tanışlığında nə deyəcək. Əlbəttə əl çalmaq, alqışlamaq hörmətin göstəricisidir. Amma gərək dəqiqləşdirəsən alqışlar yerindəmi eşidildi.
Nizami Sadıqovun çıxışına cavab olaraq səsləndirilən alqış yerindəydi. Olduqca qısa, lakonik, mənalı danışdı. Öncə kim olduğunu, hansı həyat yolu keçdiyini diqqətə çatdırdı.
Nizami Sadıqovun həyat yolu
Nizami Sadıqov. 1953-cü ildə
Ağdam rayonunda anadan olub. 10 illik təhsilə Ağdam internat
məktəbində yiyələnib. Ağdam kənd Təssərrüfat
Texnikumunu bitirib. Tank diviziyasında hərbi xidmət
keçib. Xidmətdən sonra hərbi zabitlik məktəbinin
məzunu olub və leytenant rütbəsi alıb. Taleyinə
Ağdam kənd Təssərrüfat Texnukumunda müəllim
işləmək də yazılıb. 1974-ci ildən
başlayaraq daxili işlər orqanlarında işə qəbul
olunub. İlk iş yeri 1 saylı
Görünür, bütün vəzifələrin öhdəsindən layiqincə gəlməsinin nəticəsidir ki, hazırda Nizami Sadıqov Ağdamın icra başçısıdır.
Toyda oynamağı ayıb bilən adam
Yeni icra başçısı keçdiyi həyat yolu barəsində rəhbərliyi altında yaşayacaq əhalini məlumatlandırmasının səbəblərinə də aydınlıq gətirdi: "İstəyirəm məni yaxşı tanıyasız. Kimliyimi, xarakterimi biləsiz. Mənim üçün ən böyük dərd Qarabağın, o cümlədən Ağdamın işğalda olması dərdidir. Şəxsi faciəm hesab edirəm bu işğalı. Biləsiz ki, bu günə qədər bir dəfə də olsun toyda qol götürüb oynamamışam. Utanmışam. Adama deyərlər torpağın işğaldadır nə şadlıq edirsən? Mənə elə gəlir təkcə bu fakt xarakterimin sizin gözləriniz qarşısında açılmasına imkan verir".
"Biz Ağdamın əvvəlki imicini qaytarmalıyıq"
Nizami Sadıqov ilkin olaraq görəcəyi işlərin adını da sadaladı: qazlaşdırma; suvarma sisteminin təkminləşdirilməsi; evsizlərin evlə təmin olunması; qəsəbə və kəndlərin abadlaşdırılması; asfaltlaşdırılması bu işlər sırasında birinci gəlir. "Mən ağzımdan çıxan sözün ağasıyam. Xalqla xalq dilində danışacam" şəklində bəyanat verən icra başçısı prezidenti İlham Əliyevin tövsiyyəsini dilə gətirdi: "Cənab prezident mənə tapşırdı ki, tikinti-quruculuq işlərinə xüsusi diqqət ayırım. Söz verirəm bu belə də olacaq. Bütün idarə və müəssisə rəhbərlərinə tapşıracam və elə indidən tapşırıram ki, əhalinin içərisində olsunlar, onların dərd-sərini öyrənsinlər. Hər kəsə sayğı ilə, məhəbbətlə yanaşsınlar. Unutmasınlar ki, insan Allahın yaratdığı ən kamil varlıqdır. Ona qarşı diqqətli olmaq vacibdir. Xüsusi ilə qaçqın və köçkünlərin bütün şikayətləri müsbət həll olunmalıdır. Mən harda işləmişəmsə, qaçqınlara xüsusi qayğı göstərmişəm. Onların vətəni yoxdur, təbii ki, hələlik. Vətənsizlik ən böyük dərddir. Bu dərdin üstünə bürokratik əngəl gəlməsinə imkan verməyəcəm. Ağdamda ən böyük problem yuxarılara şikayət ərizələrinin göndərilməsidir. Bu, biabırçılıqdır. Ağdamlı həmişə qüruru ilə seçilib. İndi nə baş verdi ki, ağdamlı probleminin həllini şikayət ərizəsi yazmaqda görür. Bunun qarşısını yalnız problemi həll etməklə almaq olar. Mən ərizə və şikayətlərin qəbulu şöbəsindəki işlərlə xüsusi məşğul olacam. Ərizə cansız kağız parçasıdır, onunla düzgün rəftar etməyəndə dilli-dilavər adama çevrilir. Biz şikayət ərizələrinin adam kimi danışmasına imkan verməməliyik. Bu başdan problemi özümüz tapıb, özümüz həll etməliyik. Respublika üzrə şəhidlərin üçdə bir hissiəsi ağdamlıdır. Bu şəhər həmişə igidliyi ilə fərqlənib. Təəssüf ki, Ağdamın adı indi pisliyə çəkilir. Biz Ağdamın əvvəlki imicini qaytarmalıyıq".
Tövsiyyə: səbəb yox vasitə axtarın
İnsanın yaxşı fəaliyyət göstərməsinin 6 şərti olduğunu deyən icra başçısı onları aşağıdakı kimi sadaladı:
1. Allaha təvəkkül
2.
Adil olmaq
3.
Zəhmətkeş olmaq
4.
Özünü dərk etmək
5.
Özünə inanmaq
6.
Sevgi
Başçı
xüsusi olaraq qeyd etdi ki, bu 6 şərti özündə
birləşdirən hər kəslə işləməyə
hazırdır və bütün fəaliyyətini də bu
şərtlər çərçivəsində quracaq:
"Mən riyakar adam deyiləm. Olduğum kimi varam. Olduğum
kimi qalacam. Düşündüyüm kimi danışacam. Təriflənməkdən
zəhləm gedir. İdeal adamı tərifləyərlər.
Mən isə iki ideal insan tanıyıram - Ümummilli lider
Heyədr Əliyev və cənab prezident İlham Əliyev.
Onlardan başqa hamımızın nöqsanı var. Ona
görə özümüzü başqalarından
yuxarıda tutmamalıyıq. Mən imkan verməyəcəm
vətəndaşlara laqeyd münasibət bəslənsin.
Hamıya eyni münasibət göstərəcəm.
Sonrakı mərhələdə isə onun işi mənim
münasibətimə müsbət və mənfi təsir edəcək.
Kim könüllü iş görəcəksə
alqışlanacaq. Kim iş görmək istəməyəcək
məcbur edəcəyik. Mən razı ola bilmərəm idarə
rəhbəri təmtaraqla yaşasın, onun rəhbərliyində
olan əhalinin nümayəndəsi kasıb vəziyyətdə
olsun. Bu, balansın pozulmasıdır. Tövsiyyə edirəm
ki, hər hansı bir məsələdə səbəb yox
vasitə axtarın. Səbəb axtaranda ortaya min problem
çıxır və həllə mane olur".
"İnsan həmişə özü özünün
yanında olmalıdır"
Ani olaraq
başımı arxaya çevirdim. Zaldakı adamlar tərpənmirdi.
Ədəbiyyatçı olsaydım, yazardım donub
qalmışdılar. Amma jurnalist olduğumu üçün əksini
düşünməyə öyrəncəliyəm.
Zaldakı adamların başçının hər
sözündən sonra sanki donu açılırdı.
Simalarındakı ifadə canlanırdı. Başçı
isə müxtəlif tarixi şəxsiyyətlərdən
sitatlar gətirərək yaşamağın,
alnıaçıq, üzüağ yaşamağın fəlsəfəsini
açırdı. O deyirdi: "Bir nəfər Seyid Əzim
Şirvanidən soruşur ki, əynindən pencəyi
çıxarmırsan, köynəyini sonuncu düyməyə
qədər bağlayırsan. İstidi axı. Heç olmasa
evdə kimsə olmayanda yaxanı-başını aç da.
Şairin cavab qısa olur: "Məgər mən özüm
- özümün yanımda deyiləm?..". İnsan həmişə
özünü öz yanında hiss etməlidir. Hər
addımını yanındakı özünün
reaksiyasına hesablayıb atmalıdr".
Qubanın polis rəisi olasan
oğlunu cərimə edələr
İcra
başçısı çıxışında atası və
oğlunun həyatındakı kiçik epizodu da
xatırlatdı. Dedi ki, atası rəhbər vəzifələrdə
işləyib. Pambıq yaş olduğu üçün
hökumət evlərdəki döşəklərin
sökülməsi, pambıq planının dodurulması
üçün müsadirə olunmasını
tapşırır. Atası isə əhaliyə deyir ki,
axşam hərə bir az pambıqdan götürüb evlərinə
gətirsin və peçin yanında qurutsun ki, döşəkləri
altlarından getməsin: "Mən belə kişinin oğlu
olmağımla fəxr edirəm və istəyirəm
oğlum da mənim kimi olsun. Bir dəfə yol polisi oğlumun
idarə etdiyi maşını saxladı. Mən də
maşında idim. Oğlum dedi ki, sənədlər evdə
qalıb və polislə qaba danışdı. Maşından
düşüb taksiyə oturdum və oradan uzaqlaşdım.
Yolda oğlum zəng etdi ki, maşını cərimə
meydançasına aparılar. Dedim yaxşı eləyirlər.
Elə ona görə getdim ki, aparsınlar. Qubanın polis rəisi
olduğum üçün mənə hörmət edib bu
işi görməyəcəkdilər. Amma oğlum polislə
qaba danışdığına və sənədlərini
özüylə götürmədiyinə görə cəzalanmalıydı
axı... Demək istəyirəm mən işində
nöqsan olan heç kimi bağşılamayacam".
Səhvi olanın qüruru olmaz
Yazını
Nizami müəllimin başqa fikri ilə də
yekunlaşdıra bilərdim. Amma belə yaxşıdı.
İşində nöqsanı olanlar
bağışlanmayacaqlarını bilsələr daha səhv
eləməzlər. Səhvsiz yaşamaq ağdamlıya
yaraşır. Axı Ağdam Azərbaycanın qürur mənbəyidir.
Səhvi olanın qüruru olar?...
Görüşdə
bir neçə ağdamlı da çıxış etdi.
"Səndən yoxdu", "Nə yaxşı gəldin"
şəklindəki yaltaqlığı nümayiş etdirən
ifadələr səslənmədi. Eləcə xeyir-dua verdilər.
Ağdam Azərbaycanın qürur mənbəyidir, ona görə.
Bakıya
qayıdanda qardaşımdan mesaj aldım: "Qardaş,
ağdamlılara denən bizi bağışlasın".
Ceyhun Musaoğlu
Ədalət.- 2009.- 12 sentyabr.- S. 5, 7.