SİYƏZƏNLİLƏR QƏHRƏMAN OĞULLARINI
UNUTMURLAR
Qarabağ
şəhidi, Qarabağ əlili. Vətənin hər bir
qarışı üçün canından-qanından
keçən, müharibə alovunda əlini, qolunu,
gözünü, ayağını itirən , bədənində
mərmi qəlpələri gəzdirən qeyrətli
oğullarımızg Talelərinə müharibə qisməti
düşmüş bu adamlar ömürlərini onlara
oğul demiş Vətənin ömrünə
calamış, soyuq səngərlərdə bişib-bərkimiş,
şərəfli həyat yolu keçmişlər.
Ölüm-dirim müharibəsinə qəhrəman
oğullar göndərən rayonlardan biri də Siyəzən
rayonu oldu.
Tərtər, Horadiz rayonları ətrafında
gedən qanlı döyüşlərdə Siyəzən
rayonunun qəhrəman oğulları əsil kişilik, vətənpərvərlik
nümunəsi göstərdilər. Belə ki, əhalisi 35
min olan Siyəzən rayonu 75 şəhid verdi. Müharibənin
qanlı-qadalı vaxtlarında 48 nəfər siyəzənli
əlil oldu.
Siyəzənlilərin qəhrəmanlığı
həm hökumətimiz, həm də xalqımız tərəfindən
yüksək qiymətləndirildi.
Onların vətən qarşısında
borclarını şərəflə yerinə yetirmələrini
təbliğ edənlərdən biri - Siyəzən şəhərinin
ağsaqqalı, şəhid atası Hacı Əzizbala Əsədovun
söylədiklərindən:
- Sirr deyildir ki, torpaqlarımızın erməni
tapdağından azad olunması üçün aparılan
müharibədə yüzlərlə insan şəhid, minlərlə
insan isə əlil olmuşdur. Yaşadığı
bölgədən asılı olmayaraq, hamı Vətən
torpağının azadlığı uğrunda mübarizə
aparmışdır. Bu ölüm-dirim müharibəsində
siyəzənlilər öz vətəndaşlıq
borclarını şərəflə yerinə yetirmişlər.
Rayonumuzda şəhidlərin xatirəsini əbədiləşdirmək
məqsədilə Siyəzən şəhərinin mərkəzində
"Şəhidlər xiyabanı"
salınmışdır.
Qarabağ müharibəsində öz
canlarını Vətən uğrunda şəhid etmiş
75 nəfər siyəzənlinin foto-şəkli "Şəhdilər
xiyabanı"nda cərgə ilə
düzülmüşdür. Bundan əlavə yüksək
zövqlə tərtib edilmiş "Şəhidlər
muzeyi" təşkil edilmişdir. Onu da qeyd edim ki, Siyəzən
rayonunda açılmış "Şəhidlər
muzeyi" respublikamızda açılmış ilk muzeylərdən
biridir.
Hacı Əzizbala sözünə davam edərək
dedi:
- Xalqımız Vətən uğrunda öz
canlarını qurban vermiş şəhidlərin
adını daim uca tutur. Şəhidlərimizin əziz xatirəsi
əbədiləşdirilməklə yanaşı, onlardan 4
nəfəri ölkənin ən ali mükafatı olan
"Aəzarbaycan bayrağı" ordeni ilə təltif
edilmişdir. Mənim oğlum - Nazim Əzizbala oğlu Əsədov
isə "İgidliyə görə" medalı ilə təltif
edilmişdir.
Ölkə rəhbərliyi bu gün də
Qarabağ müharibəsi əlillərinin
qayğısını çəkir. Belə ki, 2008-ci ildə
6 nəfər şəhid ailəsi, 10 nəfər
Qarabağ müharibəsi əlili mənzillə təmin
olunmuşdur. Daha 2 nəfər Qarabağ əlili
üçün fərdi ev tikilib istifadəyə
verilmiş, 4 nəfər əlilə "OKA" markalı
minik avtomobili hədiyyə edilmişdir.
SON SÖZ
Şəhid atası Hacı Əzizbala
ağsaqqallar adından danışaraq fikrini belə
tamamladı:
- Bu gün biz siyəzənlilər rayonumuzun
son illərdə əldə etdiyi sosial-iqtisadi göstəricilərə
görə RİH-nin başçısı Əflatun
Rufiyev cənablarına minnətdarıq. Çünki onun rəhbərlik
etdiyi dövr ərzində rayonumuz nəzərəçarpacaq
dərəcədə dəyişmiş və gözəlləşmişdir.
Mən fürsətdən istifadə edib əlaqədar
təşkilatların qarşısına bir təklif qoymaq
istəyirəm. Məlumdur ki, şəhidlərimizin
adını əbədiləşdirmək üçün
"Şəhidlər xiyabanı"nın ərazisində
"Şəhidlər muzeyi"də yaratmışıq. Həmin
muzeydə bütün şəhidlərimizin foto-şəkili
verilməklə, onların həyatlarının şəhidlik
dövrünə qədərki ən maraqlı
anlarını da fotoşəkil vasitəsilə tərtib
etmişik.
Mən təklif edirəm ki, "Şəhidlər
muzeyi"nin yanında "Diyarşünaslıq muzeyi"də
təşkil olunsun. Belə bir muzeyin də təşkil
olunması gənclərimizin hərbi- vətənpərvərlik
ruhunda tərbiyə olunmasında mühüm rol
oynayardı.
Ədalət.- 2009.- 24
yanvar.- S.12.
|