YAXIN KEÇMİŞİN
AĞRILARI
DANÜZÜ YAZILARI
Hər şənbə
bu yerdə
Uzun illərin
tanışı,çox uzun
illərin... yəni mənim Bakıya gəldiyim ilk illərin tanışı o vaxtkı
aspirant Bəxtiyar Əkbərov,
indinin çox tanınmış hüquqşünası,
bu elmin nəzəri və praktiki durumu haqqında gözəl məqalələr və kitablar müəllifi Bəxtiyar Əkbərov mənə bir kitab tutumunda şeirlər verir, bunları oxu deyir. Oxu deyir,
amma bir az da duruxur, çünki mənim şeir zövqümü bilir və bir müddət
keçəndən sonra
oxuduğumu ona deyirəm və indi də mənə
deyir ki, bu şeirləri çap etdirmək olarmı, olmazmı?
Məsələnin qəliz
yeri burdan başlayır: Bəxtiyar
bəy mənim çox sevdiyim bir ziyalı və onun mənə
verdiyi şeirlər də pis şeirlər
deyil. Bu şerlərin
müəllifinin imzasını
görən kimi yaddaşımın alt qatında
bir canlanma olur, bu yazıların
müəllifinin imzası
mənə həmən
Bəxtiyar müəllim
çox gözəl bir ziyalı, həqiqətən gözəl
bir nəsildən gəlmiş və gözəl bir ziyalı, kimə desən tanıyar, onun qardaşları da Azərbaycan və sovet məkanında
tanınmış ziyalı
alimlər idilər və məhz bu bağlantılar onu məcbur edib ki, bütün
ağırlığı boynuna
götürərək bu
kitabı ərsəyə
gətirsin və üstəlik də bunu eləmək üçün başqa iki dostunu da
rahatsız etmişdir.
Amma mən yüzdə-yüz əminəm
ki, burada onlarlıq bir iş az
olub. Hər şeyi Bəxtiyar
müəllim özü
eləyib, mən onun xasiyyətinə az-çox bələdəm.
Az vaxt
deyil bizim Bakı güzəranımız,
az vaxt deyil
və bütün bunların dışında
Bəxtiyar müəllim
mənə əl yazmasında bir yazı da verir,
deyir: bu da mənim Firidun
Rüstəmli haqqında,
yəni həmin kitabda gedəcək şeirlərin və onun müəllifi haqqında qeydlərimdir, baxarsan və yarasa istifadə edərik.
Həmin qeydlərə
göz atıram və ilk tanışlıq
üçün çox
gözəl bir başlanğıc olduğunu
görürəm həmin
qeydlərdə və
buna görə də həmin qeydləri eynən oxuculara təqdim edirəm:
"Əziz oxucular! Əlinizə
aldığınız və
yenicə başladığınız
Firidun Rüstəmlinin
"Könül nəğmələri"
adlı şerlər və poemalar toplusunun müəyyən
bir hissəsini oxuduqdan sonra özünü bir qədər də cəmləşdirib, yığışdırıb,
səfərbər edərək
kitabı birnəfəsə,
böyük şövqlə,
sevinc və fərəh hissi ilə oxuyacağınızı,
gah sevinəcəyinizi,
gah kədərlənəcəyinizi
və gah da heyrətlə, "biz bu şairi, indiyə qədər niyə tanımamışıq,
bu ki əsl
poeziyadır", deyə
vəcdə gələcəyinizi
və bir çox şeirlərin musiqisi elə onun özündədir deyə bəstəkarlarımız
bu sözlərə mahnı yazmağa sövq edəcəyinizi əvvəlcədən duyuruq
və bundan sevinc dolu qürur
hissi keçiririk.
Firudin Rüstəmli
hələ orta məktəb illərində
çılğın və
ötkəm xasiyyətli
olan, poeziyanı ürəkdən sevən,
ədəbiyyatdan saatlarla
danışmaqdan doymadığı,
hələ o vaxtlar, gələcəkdə gözəl
bir şair olacağı haqqında ümidlər verən şeirlər yazmaqla öz şagird yoldaşlarından fərqlənir,
sonra oxuduğu Xanlar 3 saylı orta məktəb kollektivinin sevimlisinə çevrilmişdir. Biz, onun dostları buna görə onu daha çox
sevir, onunla fəxr edirik.
... Oxuculara təqdim
olunan bu kitab da həmin
dostluğun şirin bir töhfəsi və bütün şeirsevərlərə, kitabsevənlərə
xoş bir ərməğandır.
Firudin müəllim
öz vətənini,
xalqını, millətini
ana yurdunu ürəkdən sevən
poeziya vurğunu, istedadlı bir şair olmaqdan əlavə, həm də dostluqda son dərəcə sədaqətli,
dost yolunda misilsiz fədakarlıq göstərən
əsl qardaş və sirdaşdır.
Müvəqqəti olaraq səhhətində yaranmış problemlər,
hesab edirik ki, bu gözəl
şeirlər toplusunun
işıq üzü
görməsi onun ağrılarına bir məlhəm olacaq və o çox tezliklə ayağa qalxacaq və həmişə olduğu
kimi yeni şeirləri ilə böyük bir ehtirasla, şövqlə onları oxuyaraq bizi sevindirəcəkdir. Ümid edirik
ki, Firudin müəllimin bu şeirlər toplusu özünə çoxsaylı
pərəstişkarlar tapacaq
və bizi ürəkdən sevindirəcəkdir".
Çox çətindir, Firudin Rüstəmlinin şerlərinə indinin ovqatından baxsaq, çox şeylər dəyişmiş, amma bu şeirlər yazıldığı vaxt Bakının çox hərəkətli və bərəkətli bir şeir dünyası vardı. İndiki dildə desək: ottepel deyə bir ortam hakim idi bütün yaşama və həyata. İnsanlar artıq öz düşüncələrini ortalığa qoya bilir və istədikləri kimi də yaza bilirdilər. Qısqac qaldırılmış, amma yenə də bir çox şeylərdə sıxıntılar yaşanmaqdaydı. Məhz belə bir zaman məkanında Firudin Rüstəmli da həmin o Bakının ədəbi mühitindən yaxasını qurtara bilməmiş, bir az da həmin illərin şairlərinin poetik şeir gücünün içində çırpınaraq, vaxtında çıxmaq üçün özünə yollar axtarmış və çıxmaq istəsə də təsir gücü böyük olan şairlərin aksenti onun da yaradıcılığında öz izini qoymuşdur. Amma bu aksent heç də tam o illərin ab-havasını təkrar etməmişdir. Firudin Rüstəmlinin öz poetik dünyası və özünün mövzuları olmuşdur ki, bu da həmin şairin yaşam dünyası ilə üst-üstə düşür. Dövrün poetikası içindən öz səsini ucaldan Firudin Rüstəmli hətta iri həcmli şeir növündə -poemalar yazmağı da sınamış, Əliağa Kürçaylı poemalarının epik gücü onu da sehrləmiş və yazdığı "ONLAR GÖRÜŞMƏDİ", "TALESİZ QADIN", "YUXU" poemalarında bu sehr açıq-aydın duyulmaqdadır.
Güman ki, o zaman bir
sıra qəzet və redaksiyaların qapısını çalan
Firudin Rüstəmli bir sıra şeirlərini
çap etdirmiş və bu şeirlər
qaynar Bakı ədəbi mühitinin içində o illər üçün söz-söhbət
yaratsa da, daha uzaqlara gedə
bilməmişdir. Buna baxmayaraq,
Firudin Rüstəmli hövsələ ilə dözmüş və yazdıqlarını səliqə
ilə saxlamış,
bir kitab halında indi oxuculara təqdim etməyi daha uyğun bilmişdir.
Mən bunu da bilirəm
ki, Firudin Rüstəmli bu vaxta qədər namuslu və mütəvazi bir ömür yaşamış
və bu gün onun dostlarının
təşəbbüsü ilə çap olunan şeir kitabı da bunun bariz nümunəsidir. Demək
ömür boşuna əsən rüzgarlara verilməmiş, bu ömrün faydası yalnız Firudin Rüstəmlinin olmadığı
üçün yaşadığı
günləri amansız
rüzgarlara verməyərək
həmin şeirlərin
sandıqda qalmasına
dözməmiş, geniş
oxucu kütləsinin
Firudin Rüstəmlinin
şeirləri öz poetik gücü ilə çağının
damğasını daşıdığından
bu şeirləri oxuyarkən bir az insaflı
olmalı və həmin şeirlərə
o zamankı Bakı mühitinin gözü ilə baxmalı.
Bu bir danılmaz həqiqətdir ki, Firudin Rüstəmli yaşadığı illər
ərzində sevimli peşəsi müəllimliklə
yanaşı, poeziyaya
bağlılığını da davam etdirmiş
və buna keçəri bir həvəs kimi baxmamış, içindəki
yaşantıları poeziya
diliylə ifadə etmək yolunu tutmuşdur.
Təbii, şeir
zaman sərhədini aşmalıdır, bunu danmayaq və Firudin Rüstəmlinin şeir kitabında bu tip şeirlər də az
deyil. Yalnız bunu seçmək haqqı oxuculara aiddir. Biz isə
sonunda Firudin Rüstəmlinin kitabından
bir neçə şeiri təqdim edirik. Bu duyğular
bəlkə sizə də tanış gəldi.
Ədalət.- 2009.- 31 yanvar.- S.15.