FİRUDİN RÜSTƏMLİNİN ŞEİRLƏRİNDƏN    

  

   NƏ VAXT

     

   Gör çətin   

    zəmanədə yaşayırıq  

   Gör nələri-  

    təhqirləri,  

    kinli-kinli baxışları  

    dərələri, yoxuşları  

    çiynimizdə daşıyırıq.

    Torpağımı ayaqlayan  

    çörəyimdən süfrə açan  

    Şovinistlər-  

    qəlbi qara neçə pislər  

    bəyənməyir xalqı, dili  

   Gör kimlərə əlaltıdır-  

    Nizaminin,  

    Nəsiminin,  

    Fizulinin  

   qadir eli.  

   Bəs zaman   

    Oyanacaq milyonlarla yuxulular  

   vaxt, vaxt  

   qeyrət atın minəcəkdir axı onlar?

 

 

   4.02.1980

 

  

   ***

  

   Bu yalanlar hardan doğur, ay Allah  

   Qıpqırmızı söyləyirlər üzümə.  

   Qəlbim, ağlım xəcalətdən çəkir ah  

   Utanmadan onlar baxır gözümə.

     

   Dünya olur gözlərimdə baş-ayaq  

   Yaşamaq da beş qəpiyə dəyməyir.  

   Bil əmr etmək mümkün deyil bu sayaq  

   Bir qurd kimi yalan qəlbi çeynəyir.

     

   Qəbir qazma özünə, mənə   

   Qeyrətli ol, kişi kimi de sözü.  

   Qulluq etmə yalan adlı bir dinə  

   Səni dartır qeyrətsizlik lap özü.

 

 Ədalət.- 2009.- 31 yanvar.- S. 15