MUĞAM FƏLSƏFƏSİ

 

İNAM ATA (ASİF ATA)

 

Musiqi barmaqla çalınan deyil,  

Ölçü qalıbına salınan deyil,   

O, Ruhun Göylərə qovuşmasıdır,  

İlahi Məqamdır, adi an deyil.

 

Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.   

Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.

  

     Təqdim edir: İşıqlı Atalı

 

     (Əvvəli ötən şənbə saylarımızda)

  

     "Şikəsteyi-Fars"

 

   Kədər Zirvəsi - İdrakidir.   

   İdrak - Zirvə Kədəridir.  

   Kədər Ağrısı - İdrakidir. İdrak - Ağrı Kədəridir.  

   Kədər Harayı - İdrakidir. İdrak - Haray Kədəridir.  

   Kədər Odu - İdrakidir. İdrak - Od Kədəridir.  

   Kədər Göyü - İdrakidir. İdrak - Göy Kədəridir.  

   Kədər Zənciri - İdrakidir. İdrak - ardıcıl surətdə Kədərlidir.  

   Kamillik Yolu - İdrakidir: İdrak - Kamillik Yoludur.

  

    "İrak"  

 

   Leytmotivin İşıqlanması İdrakidir. İdrak İşıqlıdır.  

   Leytmotivin Təzələnməsi İdrakidir. İdrak Təzədir.  

   Leytmotiv Ehtirası İdrakidir. İdrak Ehtiraslıdır.  

   Musiqi İdeyasının Təzadlı İnkişafı İdrakidir.

  

   Zəka Təzadlıdır.  

 

   Varlığın Həqiqi Mahiyyəti - İdrakidir.

   İdrak - Həqiqidir.

  

   Nəticə

 

   Muğamda İdrakla Hiss Təzadı ("Ya İdrak, ya Hiss" Qaydası) aradan qaldırılır.  

   Ülvi, Dərin İdraki olan Muğam, həm də Üzvi Ehtiraslıdır - İdraki Ehtiraslıdır, Ehtiraslı İdrakidir.

  

      Yeddinci Fəsil

    

   MUĞAMIN SİNTETİK TƏBİƏTİ

 

1.      Qanunauyğunluq

 

             Muğam həm Epik, həm Dramatik, həm Lirikdir.  

   Muğam Epikdir, çünki İnsanın Ruhani əməlləri haqqında hekayətdir.  

   Muğam Dramatikdir, çünki İnsanın Kamillik uğrunda Ruhani Döyüşünü göstərir.  

   Muğam Lirikdir, çünki İnsan Qəlbinin tərcümanıdır.  

   Muğam sintetikdir, çünki onda Epos, Dram, Lirika birləşir.

  

  

  

         2. "Rast" muğamı   

 

   "Maye-Rast"  

 

   Rəvan, Ahəndar, Ciddi Həyat haqqında Hekayət nəql edilir.  

   Nəqletmə tərzi Aydındır, Ahəngdardır, Ciddidir.  

   Həyatın çoxcəhətli Təzahürü haqqında danışılır - İdrak Ləyaqətindən, Kamillik zəruriliyindən...

      Nəql edən Müdrik bilinir Muğamda - Həyatın acısını-şirinini dadmış, Kamilliyə yüksəlmiş.

  

   "Hüseyni"  

 

   İnsan Qəlbi Kədər İzhar edir.  

   Kədər Qəlbin dəruni halı kimi şərh edilir.  

   Kədər vasitəsiylə İnsan dərindən aşkarlanır...  

   Kədərli Həyatı dərk etmiş lirik qəhrəman yaranır.  

   Nəql edən - Həyatı Kədər vasitəsiylə duyan Qəhrəmana çevrilir.  

   Kədərli Ürək Bilinir.

      Lirika Eposu əvəz eləyir.  

   Ürək Dünyaya dalır.  

   Dünya Ürəkləşir.

  

     "Vilayəti"

 

   Qəhrəman Şərlə Toqquşur.  

   Daxili - Qəlbi Dram yaranır.  

   Şər Dramatik, Gərgin inkar edilir.  

   Gərgin Duyğular seli çağlayır.  

   Gərgin münaqişə Ehtiraslı aradan qaldırılır.  

   Dram geniş, hərtərəfli təzahür edir, dramatik pafos öz yüksək məqamına çatır.  

   Dünyanı Dramatikcəsinə Duyan İnsan Aqibəti təsdiq olunur.

  

      "İrak"  

 

   Epiklik lirikcəsinə aşkarlanır.

   Lirika epikcəsinə ifadə olunur.

   Dram - lirik-epik tərzdə təzahür edir.  

   Epos lirikaya çevrilir.  

   Lirika Epos olur, - Dram - lirik-epos.   

   İdeala qovuşmaq - sənət növlərinin biri-birinə qovuşmalarını yaradır.  

   Həyatdan kənara çıxmaq - Sənətin növ sərhədlərini yaradır.  

   İdeala Yüksəlmək - Bədii Sintezə - Birliyə Yüksəlməyi yaradır.  

   Əzələ qayıtmaq - Lirika Dramla zənginləşmiş Eposa, lirik Dramatik keyfiyyətlərlə zənginləşmiş Epik Qəhrəmana Qayıtmaq olur.

    

2.      "Çahargah" muğamı 

  

   "Maye-Çahargah"  

  

   Həyat haqqında Hekayət - Müdrik Kədərlə, Mahiyyətli Düşüncələrlə başlanmış.  

   Həyatla görüş haqqında - Dünyayla Təmas haqqında Hekayət.

   Hekayət Müqəddəsliyi, Möhtəşəmliyi, Riqqəti.   

   Müdrik nəql edən Surəti - Həyatın Mahiyyətini Dərk etmiş!

  

  

  

   "Bəstə-Nigar"  

 

   Kədər vasitəsiylə - Qəlbi görmək.

   Kədər Ensiklopediyası - Qəlb Kitabı.  

   Kədərə dalmaq - Qəlbə çatmaq.  

   Kədər lirikası.  

   Özünüdərketmə lirikası.  

   Kədər Gücü - Qəlb Qüvvəti.  

   Özünü Kədər vasitəsiylə dərk etmiş lirik Qəhrəman. 

 

 "Hasar"  

 

   Şərlə Döyüş Gərginliyi.  

   Dramatik Vəziyyətin, Pafosun, İradənin yaranması.  

   Lirikanın Dramı əvəz eləməsi.

   Qəm Qəzəbi...  

   Dramatik Ehtiras Tamlığı.  

   İstəyin Qətiyyətə çevrilməsi.  

   Maneələr Dramatizmi.  

   Dramatik Xarakter Doğuluşu.  

  

   "Mənsuriyyə"  

 

   Epiklik - Ehtiraslı Lirikaya çevrilir.  

   Liriklik - Müdrikcəsinə Epikləşir.  

   Dram - lirik-epik səciyyə kəsb edir.  

   İdealla qovuşma Sənət növlərinin biri-birinə qovuşmasını yaradır.  

   Əzələ Qayıtma - Dramatik Lirik Xarakter kəsb etmiş Nəql edənə Qayıtmaq olur.  

  

1.      "Bayatı-Şiraz" muğamı  

 

   "Maye-Bayatı-Şiraz"

  

   Dünyanın Çoxcəhətliliyi haqqında Hekayət.  

   İnsanın Müdrikliyi Ruhani Gücü haqqında Hekayət.  

   Bilik Qəlb Pillələri haqqında Hekayət.  

   Özünütəmizləmə Pillələri haqqında Hekayət.  

   Kamil Ruhanilik haqqında Hekayət.  

   Dünya görmüş Müdrik Nəql edən haqqında Hekayət.

    

 "Bayatı-İsfahan"  

 

   Kədər - Qəlb Həqiqəti.  

   Kədərə Dalmaq - Qəlbi dərk etmək.  

   Kədər Duyğusu - Qəlb Ehtirası.  

   Kədər İdrakı - Qəlb İdrakiliyi.  

   İdeal Zəruriliyi - Qəlbi Zəruriyyət.  

Şərlə Döyüş Dramatizmi - Ehtiras, İradə, İdrak gərginliyi...  

   Kədər - dramatikləşir.  

   Lirika - dramlaşır. 

   Dramatik Xarakter yaranır.  

 

 "Hüzzal" 

 

   İdeala Yüksəlmə - Sənətin Növ Sədlərini aşmasını müəyyən eləyir.  

   Epos Lirikaya çevrilir.  

   Lirika epikləşir.  

   Dram - lirik-epikləşir.  

   Nəql edən lirik-epik Hekayət söyləyir İnsanlara.  

 

2.      "Şur" muğamı  

 

   "Maye-Şur" 

 

      Haray haqqında Rəvan Hekayət.  

   Coşğun Duyğu haqqında təmkinli Hekayət.  

   İdeala Yüksəlmək Zəruriliyi haqqında Hekayət.  

   Həyatın əzabları, dərdləri, maneələri haqqında Hekayət.  

   Nəql edən Surəti - Həyat bilən!  

 

 

   (Ardı var)

 

    Ədalət.- 2009.- 31 yanvar.- S. 17.