AĞ XƏZ
Hekayə
(Əvvəli ötən şənbə
sayımızda)
Ürəyimiz doludur
Evimizi dəyişdik,
köhnə vərdişlər, tanışlar və təəssüratlar
geridə qalırdı yavaş-yavaş. Səmimi məktəbimi,
məhəlləmizi, xudmani evimizi və uşaqlıq
dostlarımı arxada qoyan yolumun hara uzandığını
bilmirdim. Universitetə qəbul olduğum il
anladım ki, burda müəllimlər məktəbdəki kimi
doğma deyil, heç olmayacaqlar da, qrup yoldaşlarım hərəsi
bir tərəfdən gəlmişdi, oxuduğumuz 4 il ərzində
ortaq sevinc, ya kədərimiz çox az oldu onlarla. Ingilis
kimi özümə çəkilib tənhalaşırdım
getdikcə. Universiteti fərqlənməylə bitirdikdən
sonra bir-neçə il qəribə məşğuliyyətlər
tapıb başımı qatırdım. Lazımsız
kurslara gedir, balıq qulağı toplayır, İtaliya futbol
komandasına azarkeşlik edirdim. Həyat adi keçir, bir az da
mənasız yorğunluq yükləyirdi adama. Ara günlərdə
hərdən şəhəri veyil-veyil dolaşırdım. Bu şəhərdə qədimlik qəribə
müasirliklə əvəz olunurdu. Şəhərin
keçdiyi həyat yolunu, xarakterini açan, sakinlərinin
xatirələrini canlandıran heç nə qalmırdı.
Sakinlər də elə bil hardansa qeybdən peyda olmuş və
bu şəhərlə heç bir ruhsal, məntiqi əlaqəsi
olmayan, onunla heç cür doğmalaşa
bilməyən köçərilərə
oxşayırdı. Şəhər öz yenilikləri və
adamları ilə nənələrin lazımsız əski-üskünü
bir-birinə yamayıb tikdikləri quramaları
xatırladırdı. Nənə quramalarından fərqli
olaraq bu calaqlar ayrı-ayrılıqda bəlkə də
hansısa məzmun daşıyırdı, şəhərlə
birlikdə isə heç nə ifadə etmirdi. Yüklə
doldurulmuş basırıq ticarət gəmilərinə bənzəyən
bu şəhərə baxanda adam qorxurdu ki, tab gətirməyib
bata bilər, ya da gücə düşən elektirik
cihazı kimi partlayar.
Düzdür, lap
qulağımızın dibindən də bir ölkədən
qonağımız gələndə, onu girintili-
çıxıntılı, hər tərəfində qara
şəlaləyə oxşayan eskalatorlarla əhatələnmiş,
uşaq vaxtı yuxularımda gördüyüm planetlərdəki
kimi şüşəli liftləri olan müasir ticarət mərkəzlərində
qürurla gəzdirirdik. Amma yenə də adamda
elə təəssürüat oyanırdı ki,
bağrının başında gəzən bu zavod kimi
ağır adamlardan və bu bər-bəzəkli nəhəng
tikililərdən şəhərin ürəyi
qısılır.
Yeni evə köçəni
çox olmuşdu, amma qonşularla demək olar
Bir günorta həyətdən gurultu, qışqırıq , vay-şüvən eşidildi. Demə, bizim binaya yaxın yerləşən uşaq baxçası satıldığı üçün, tərbiyəçilər uşaqları yatdıqları yerdə yuxudan oyadıb bir-bir evə yollayırlar. Bu hadisəyə məəttəl qalan valideynlər bərk əsəbləşmişdilər. Həyətimizdən həmin bağçaya kimi iki bir, üç bir yığılan qonşular bərkdən-bərkdən danışır, bir-birinə şikayətlənir, mobil telefonlarıyla ciddi-cəhdlə haralarasa zəng vururdular. Az qala ürəyi partlayan bir qoca, uşaq bağçasının ətrafındakı, ömrü boyu əzizləyib qulluq etdiyi qollu-budaqlı nəhəng ağacları "yolub tökməmələri" üçün ağackəsən dəzgahla əcaib mənzərə yaradan uniformalı adamlara əlacsız-əlacsız gah yalvarır, gah hədə - qorxu gəlirdi. Bizə gələn qonaqlar həmin ağaclığa zarafatyana "Quba meşələri" deyirdilər. Ağacların kökündən qoparılmadan kəsilməsi də qəribəydi. Valideyinlər qocanın halına yanıb, döydükləri davanı unudaraq ona dəstək çıxsalar da faydasız oldu. Bütün ağacları doğrayıb, maşına yığıb apardılar. Təbiət daha qoruq kimi deyildi və yavaş-yavaş yoxa çıxırdı.
Hər gün kəsik ağac kövdələrinin yanında bir qoca kişinin oturduğunu gələn də, gedən də görürdü həmin gündən. Qoca bağbana baxanda yadıma Nazim Hikmətin "Yaşamaq! Bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına..." misraları düşürdü nədənsə...
Həmin aralar mən minnət,
Yeni il qabağı küçələrdə qurulan bir cüt, bir tək yolkaların görünüşü yeni ildən çox qocalıq saçırdı. Qışı sevsəm də paltom bir az köhnəldiyinə, yenisini isə almağa gücüm çatmadığına görə bitməsini səbirsizliklə gözlədiyim bu fəsli mənim acığıma dartıb uzatmışdılar elə bil. Ədəbaz deyildim, amma varlı uşaqların bahalı, şık geyimlərinin fonunda kasıb müəllimə kimi görünməkdən də bir az utanırdım. Hamımız dəyişirdik, mən, başqaları. Görünür, zaman hər şeyi dəyişdiyi kimi, çox şeyi öz öhdəsinə götürüb köməyimizə də çatır. Zaman keçdikcə şagirdlərimlə ümumi dil tapmağa başlamışdıq. Biz adətən dərsin sonuna yaxın kitab-dəftəri yığışdırıb müxtəlif şeylərdən danışırdıq. Onlara öz uşaqlığımdan danışırdım, küknar ağacını necə oğurladığımızı nağıl edirdim. Əllərini çənələrinə qoyub, çox maraqla mənim əhvalatlarımı dinləyirdilər. Bir dəfə də söz verdim ki, onları Dendroparka aparacam. Tez həyəcanlandılar, yerlərində qurdalanmağa başladılar, özümüzlə nə götürəcəyimizi, necə gedəcəyimizi müzakirə etdik. Gedib orada qar adamı düzəltmək istədikləri üçün tezliklə qarın yağmasını arzulayırdılar. Hələ getməmişdən elə sevinirdilər ki, mən də onlara qoşulub sevinirdim.
Məktəbə hər dəfə komissiya gələnə yaxın "müəllimlər otağı" na toplaşan həmkarlarım elə bil beynəlxalq yarışa hazırlaşırdılar. Çox şey əvvəlki kimi olmasa da müəllimlərin komissiya xofu olduğu kimi qalmışdı. Amma müəllimlər nə eləsələr də uşaqlar komissiya sözündən qorxmurdular. Hətta yoxlama və ya nəzarət zamanı onları incidən, ya qiymətlərini kəsən, ya nə bilim öz aləmlərində xətirlərinə dəyən müəllimlərdən qisas almaq üçün müxtəlif hoqqalar çıxarırdılar. Heç vaxt unutmayacağım bu hadisə isə ümumiyyətlə, şagird qisasının kuliminasiyası olmuşdu. Çox dəcəl və ucaboy bir oğlan, ona rüblükdə iki yazan ədəbiyyat müəllimindən intiqamını almaq məqsədiylə həmin müəllim açıq dərsdə özünün pedaqoji metodikasını nümayiş etdirib tər tökdüyü vaxt, balacaboy məktəb yoldaşını boynuna mindirib, qapını taybatay açaraq, ciddi sifətlə sinifə girib, oturmaq üçün ondan icazə istəmişdi. Müəllimin qəribə xəstəliyi vardı. Əsəbləşəndə üzü qızarır və şişirdi. Yazığın üzü elə günə düşmüşdü ki, bir müddət işə gələ bilmədi. Belə hoqqabazlar olsa da ümumilikdə uşaqların xarakterində hər gördüyündən sual çıxaran yeniyetməlik ehtirasının yoxluğu möcüzəydi.
Bir dəfə
də komissiya gələndə şagirdlərimiz göstərdikləri
növbəti nömrəylə bütün məktəbi
silkələdilər. Çıxış edəndə
bir nöqtədə dayanıb sağ əlini
var-gücüylə uzadaraq Leninin "danışan" heykəlinə
oxşayan, elə hey sovet şagirdlərinin əməksevərliyindən
bitməz-tükənməz misallar gətirən komissiya rəhbəriylə
zarafat etmək istəyən şagirdlər, əvvəlcədən
hazırladıqları al qırmızı pioner qalstukunu
çantalarından çıxarıb o gələndə
taxmışdılar. Rəhbər işçi bunu təxribat
adlandırdı. "Məktəbiniz
azğınlaşır" deyərək yamanca əsib-coşdu.
Xeyli su və dərman içdi. Məktəblə
bağlı ölçü götürüləcəyiylə
bizi hədələsə də özünün əməllicə
qorxduğunu hiss eləmişdik. Biz sonralar həmin hadisəni
yadımıza salıb uğunurduq.
Yenə təmtəkcə şəhərin lap mərkəzində gözümü ora-bura dikib hər tərəfdən yersiz yabanı bitkilər kimi göyərən binalara, klublara, parklara, reklam şitlərinə baxıb, hərdən dayandığım, hərdən də gəzişdiyim günlərin biri qarşıdan kiminsə əl eləyərək mənə doğru tələsə-tələsə gəldiyini gördüm. Yan-yörəmə boylandım, bəlkə həmin adamın mənə deyil, başqa birinə işarə etdiyini müəyyənləşdirmək istəyirdim. Həmin adam hövlənək mənə çatıb nəfəsini dərdi. Adama diqqətlə baxıb 11 yaşında kamazla Bakıya arvad-uşaq gətirən həmin oğlan olduğunu anladım. Olduqca yaxşı geyimdə, səliqəli üst-başda olsa da elə bil qocalmışdı. Onu çox diqqətlə süzdüm. Saçlarında xeyli ağ tük olduğunu sezdim. Bu ağlıq ona anlaşılmaz görkəm verirdi. Tanımayan adamçün onun yaşını müəyyən etmək çətin olardı. Mənə elə gəldi ki, o, həmin balaca oğlanı hardasa gizləyibmiş, məni görən kimi onu gizlətdiyi yerdən dərhal sevinə-sevinə çıxartdı. Əvvəlki kimi məsum və ciddi görünüşü vardı. Və o danışdıqca, qaşlarını çataraq vətəndaşlıqdan, torpaqdan, müharibədən, yaşı çatanda cəbhəyə gedəcəyindən, rayonlarını alacağından kişi-kişi danışan balaca oğlan gözümün önündə canlanırdı. İkimiz də həmin mövzulara qayıtmamağa çalışırdıq. Hiss edirdim ki, əvvəlki günlərdən söz düşəndə o da, mən də kamaz əhvalatından yan keçirik. Müharibədən isə ümumiyyətlə, danışmadıq. Gəzə-gəzə gəlib avtomobillər üçün ayrılmış parka çatanda parpar parıldayan, tündqəhvəyi, uzunluğu eni bilinməyən klassik inomarkasını təntənəylə təqdim edib dedi:
- Bu maşını alanda
anam dedi ki, səninlə fəxr edirəm. Məmləkətdə
vicdanını bulaşdırmadan özünə bu yaşda
maşın alan tək-tük kişilərdənsən...
Almaniyadan özüm gətirmişəm.
Nəzakətlə
gülümsündüm və o, yenə nələrdənsə
danışıb birlikdə şam etməyi təklif elədi. Gözümü
onun inomarkasına zilləmişdim. Bir az
düşünəndən sonra vacib işim olduğunu deyib
şama gedə bilməyəcəyimçün üzr istədim.
Sağollaşmağa hazırlaşırdım ki, paltosunun
sol tərəfindəki üst cibindən vizit kartını
çıxarıb mənə verdi. Dedi
ki, bu yaxınlarda yenə Almaniyaya gedəcək, amma bu səfər
maşın gətirmək üçün yox, başqa
işlə bağlı. Mənimsə
kordinatlarımı istəmədi. Onunla əlaqə
saxlayacağıma söz verib getdim. Marşruta qədər
bir az yeridim, cılız vücuduyla nə
vaxtsa olduqca ağır yükün altına girən balaca
oğlan xəyalıma gəlirdi. Kiçicik
ovuclarıyla zorla tutduğu yekə, narahat kamaz
sükanının arasından yola baxaraq hansı ürəklə
və necə Bakıya qədər gəlib
çıxdığını anlamağa
çalışırdım.
Özümü evə qədər demək olar ki, daşıyıb gətirdim. Bir dənə yaxşı, ətirli
çay düzəldib, vedrə boyda fincanımı
ağzına qədər doldurdum ki, durub təkrar çay
süzməyim, eləcə də divana yapışıb
qaldım. Əgər kimsə bizim milli xüsusiyyətlərimizdə
ortaq zövqləri araşdırsa görər ki, birmənalı
olaraq hamımız çay içməyi sevirik. Türkiyəlilər ləzzətlə
hazırladıqları türk qəhvəsi, ingilislər
südlü çayla qürrələndikləri kimi, biz də
evimizə dəvət olunan adamı əvvəlcə mütləq
pürrəngi çaya qonaq edirik və bütün
günü yeri gəldi, gəlmədi çay içirik.
Çay qurtum-qurtum içimi isitdikcə
başımın dumanı açılırdı. Axır zamanlar yerli televiziyalar hamını mənasız
verilişlərlə heydən saldığı
üçün əhali demək olar ki, heç birinə
baxmırdı. İntellektsiz üzləri
görməkdən bezmişdik. Baxımlı bir proqram
axtarıb kanalları çevirirdim ki, xarici moda tv-lərindən
birində manikenlərin əynində bacımın boynunda ağ xəz olan Nikolaydanqalma kürkünə
bənzər üst geyimləri gördüm. Ekranın
aşağısında və manikenlərin gedib-gəldiyi
podiumun fonunda "yeni ilin qış kolleksiyası"
yazılmışdı. Dəbdə olan kürkləri
nümayiş etdirən manikenlər isə ola
bilər ki, ömrü boyu köhnəliyi yenilik kimi təqdim
etməkdən təngə gəldikləri üçün həmişəki
kimi cansız görünürdülər. Çayımı
yarımçıq qoydum, manikenlər haqda çox
düşünmədim, qaçıb köhnə pal-paltar olan
dolabı eşələyib kürkü tapıb
çıxardım. Yerə sərib tumarladım, ağ xəz təp-təzə
qalmışdı, təravətini də itirməmişdi. Onu yumşaq iri dişli şotkayla darayıb
asılqana keçirdim. Kürkə xeyli məmnun-məmnun
baxdım və sonra xoşbəxtcəsinə yerimə
uzandım. Bu kürk mənim şirin xatirələrimin
hopduğu yaddaş abidəsiydi. Qaranlıq dolabın
küncündə büzüşüb qalan kürklə
yenidən qovuşduğumuzda hiss elədim ki, o da mənim kimi
qəfildən tənhalıqdan qopdu elə bil .
Onu təzədən asılqandan
çıxarıb bərk-bərk qucaqladım. Adam xatirələrini qucaqlayanda xəfif hisslər
keçirirmiş. Hər gün evdən
çıxanda axşamdan yaranan kürkü geyinmək fikrimdən
daşınırdım. Onu
çıxarıb gecədən hazır qoyur, səhər
ona xeyli baxır, sonra köhnə paltomu geyinib gedirdim.
Uşaqlarımla
dendroparka gedəcəyimiz gün əhvalım çox
yüksək idi. Evdən çıxanda mənə elə
gəldi ki, hər yer gözəlləşib, sakit aydın
hava içimə dolub rahat ovqat yaradırdı,
özümü yenilənmiş hiss edirdim. Qar yağmadı, amma biz heç təəssüflənmədən
yığışıb dendroparka getdik. Burada nadir bitkilərin
qorunduğu az-maz hiss olunurdu. Uşaqlarım
balaca pişik balaları kimi atılıb
düşürdülər. Ora
hoppanırdılar, bura dırmaşırdılar, bir-biriylə
zarafat edir, hər şeyə gülürdülər.
Cürbəcür şıltaq hərəkətlərlə
parkı bir-birinə qatan şagirdlərimə baxmaq ağ xəzli kürk qədər həzin
hisslər oyadırdı məndə. Bir də
onlara baxanda uşaqlıq dostumu düşünürdüm.
O, özünün də anlamadığı dəhşətlərdən
özünü və başqalarını xilas edəndə
yaşca bu uşaqlardan da kiçik olub. Və indi
anlayırdım ki, biz
Uşaqlar həkdən düşənə qədər gah katamaranda dəniz qulduru, gah "Arşın mal alan " filminin qəhrəmanları, gah da qorunan ağacların həndəvərində tülkü, çaqqal, ayı oldular. Mən o qədər bu sevincə müdaxilə etmək istəmirdim ki, bircə dəfə də olsun onlara "evə getmək vaxtıdır" demədim. Uşaqlarımın təbii sevincinə baxıb başa düşürdüm ki, bu sevincin bircə şeyə ehtiyacı var - azadlığa. Hava əməllicə qaralanda onlar özləri mənə yaxınlaşıb artıq yorulduqlarını və evə getmək istədiklərini dedilər.
Aysel Əlizadə
Ədalət.- 2009.- 31 yanvar.- S. 18.