Fərqanə sözünü deyir

 

Qəlbində bir dünya poeziya duyğusu yaşadan istedadlı şairə Fərqanə Mehdiyeva bir vaxt nədənsə

  

   Yanıb qovrulanda külə deyəcəm,   

   Sözümü heç kəsə deməyəcəyəm.

 

desə , sözünü deməkdədir özü necə! Vaxtında, yerində, sərrast qayəsi ünvanı ilə. Onun sözü özünün xanım-xatınlığı qədər vəznli, samballıdır. Qoy qadın şairlərimiz məndən inciməsinlər, şairələrimizin əksəriyyətinin yazıları fərdi duyğularının həndəvərindən uzağa getmir demək olar ki, yalnız bir mövzu - məhəbbət mövzusu ilə hüdudlanır. Sözsüz ki, məhəbbət poeziyada baş mövzudur bu istiqamətdə uğurla qələm işlədən, yeni poetik fikir hasil edən şairlərimizi (eləcə şairələrimizi) qınamağa haqqımız yoxdur. Əksinə, onların əsərlərini təqdir edirik. Ancaq o da var ki, şairin mövzu dairəsi qədər geniş rəngarəng olarsa, bu, daha artıq təqdirə layiqdir müəllifin dünyagörüşünü, sənətkarlıq səviyyəsini səciyyələndirir.

Fərqanənin şeirlərində ilk nəzərə çarpan cəhət məhz mövzu ideya çalarıdır.   

Bu silsilədə məhəbbətdən tutmuş, məişət problemlərinə, ana-bala münasibətlərinə, eləcə də sadə bir fəaliyyətdən dünyanın və həyatın mücərrəd və keşməkeşli qanunlarına qədər mövzular, ideya-estetik istiqamətlər görünməkdədir.

Bir neçə misala baxaq.

"Daşyonanla söhbət" şeirində

     

   Qəbrimin üstə qoymağa   

   Başıma düşən daş bəsdi!

 

kəlməsi fani ilə baqinin ortaq nöqtəsini , yaxud dünyanın görünən və görünməz tərəflərinin kəsişmə xəttini isnad verir. Ümumiyyətlə, Fərqanənin şeirlərini ardıcıl oxuyarkən sanki özünü iki dünyanın - şairin ideal mənəviyyat dünyası ilə real maddi dünyanın arasında hiss edirsən. Bunlardan biri müəllifin özünün hakim olduğu saf, məsum ülvi duyğular bu duyğuların yaratdığı müqəddəs ideallar kompleksinin qərarlaşdığı aləm, digəri isə şairin özünün bir parçası olduğu heç bir fərdi idealı meyar kimi qəbul etməyən obyektiv reallıqdır. Elə bu səbəbdən onun şeirlərində vaxtaşırı qarşılıqlı əks-təzadlar zühur edir ki, bu da fəlsəfi mənada təkcə ilə ümuminin qarşılıqlı münasibətindən doğan gerçəklik anlamına gəlir.

     

   Yonduğun məzar daşları   

   Sənə dərd, azar verməsin.   

   A müştəri gözləyənim,   

   Heç Allah bazar verməsin! (!) 

 

Bunu yalnız gözəl poetik ifadə kimi dəyərləndirmək bəlkə insafsızlıq olardı. Əslində burada Fərqanə Mehdiyevanın daxili aləmindən doğan sosial-ictimai fəlsəfənin alt qatı görünür. Bir nəfər daşyonanın yaxşı yaşaması çoxsaylı digərlərin ölümü ilə şərtləndiyi təqdirdə şair sosial ədalət prinsipini əldə tutaraq çoxluğun tərəfində dayanır ölümlə olum arasındakı təzadın poetik heykəlini özünəməxsus bir üslubda inşa edir.

Fərqanənin əsərlərində güclü həyatsevərlik hiss olunur. Bununla belə, o, heç hər cür yaşayışı həyat kimi qəbul etmir bu səbəbdən insanların xoşbəxt firavan həyat sürməsi ən çox önəm verdiyi mövzulardandır. İnsan ömrünü qayçılayan ehtiyac bəzən ona gətirib çıxarır ki, həyata, varlığın özünə ikrah yaranır:

  

    Sınıqdıqca sıxılır can,   

   Bitəcək axır haçan?   

   Səbrim çatmır axıracan,   

   Gözümə durub bu həyat.

 

Bu da yuxarıda qeyd etdiyimiz kimi, şairin yaratdığı ideal həyat fəlsəfəsi ilə uyuşmayan məqamlardan biridir ona görə onun poeziyasında etiraz hayqırtısı kimi qabarır. Həmin fikir onun digər bir şeirində öz bədii ifadəsini tapır:   

  

   Axtarram itirdiyimi,   

   Aparın gətirdiyimi.   

   Ərk edib götürdüyümü   

   Yerinə qoymağım gəlir.

 

                             ("Deyirlər şirindi dünya")

 

Fərqanənin poeziyasında vətən ana mövzularında işlənmiş yazılarda milli qürur, milli-mənəvi dəyərlər, vətəndaş qeyrəti kimi cəhətlər orijinal formada bədiiləşdirilir. Burada hər şeydən əvvəl sözün kəsəri diqqət çəkir ki, bu da müasir oxucu tələbini qane etməyə yararlı amil kimi əhəmiyyətlidir. "Çobanı sürüdən çoxsa", "Laçınsız Laçını oynama, qardaş", "Anam şəhərə gedir", "Oyat məni Qaragilə" bu səpkidən olan bir çox şeirlərində sözün zaman, məkan ünvan konkretliyi onun bədii dəyərini, eləcə emosional təsirini artırır.

     

   ... Canı cana gətirmişik,   

   Başımızı itirmişik,   

   Papaq qoymağa yer yoxdu.  

 

Heç şübhəsiz ki, şair özü üçün yox, oxucusu üçün yazır. Bu halda bədii fikrin oxucuya necə, hansı formada çatdırılmasının əhəmiyyəti böyükdür. Burada sözün sadəliyi səmimiyyəti ilkin şərtdir, onun daxili fəlsəfəsi alt qatda olduğu qədər zahiri pafosu da bədii mübaliğə həddində olmalıdır. Əks halda məntiqi uyğunsuzluq sözün inandırma dərəcəsini aşağı salar. Bu cəhətdən Fərqanənin şeirlərində ciddi irad tutulası məqamlar gözə çarpmır. Əksinə, vaxtilə deyilmiş sözün daha sadə yozumunu, əks məntiqini tapıb ondan bədii təzad istehsal edir:

     

   Oyat məni, Qaragilə,   

   Oyat məni durum gedim...   

 

Adi, sadə bir cümlənin alt qatında çox düşündürücü məqamlar mövcuddur. Niyə yatıb qalıb, üçün vaxtında ayılmaq istəyir, hara gedir, nədən ya nəyin ucbatından çıxıb gedir s. i.a. 

Maraqlıdır ki, Fərqanənin bu getmək məqsədinin açılışını onun başqa bir şeirində tapdım deyəsən elə düz tapmışam:

  

    Bu nağıl dünyanın dilindən tutub   

   Gedəsən dünyanın axırınacan.   

   Bir dəli sevginin əlindən tutub   

   Gedəsən dünyanın axırınacan.

  

   Göy üzündən kənara hərdən çıxasan,   

   Göydən ayrılasan, yerdən çıxasan.   

   Pünhan saxladığın sirdən çıxasan,   

   Gedəsən dünyanın axırınacan.

  

  

  

   Əl atıb çəmənin gülün götürüb,   

   Əyilib ocağa külün götürüb,   

   Əlinə bir kağız, qələm götürüb   

   Gedəsən dünyanın axırınacan.

 

Mən daha heç yazmaq istəmirəm buna lüzum da qalmadı.Fərqanənin iradəsinə qətiyyətinə bələdəm. Eyninə bir şey girdisə, qurtardı. Əlinə kağız, qələm götürübsə, varıb bu dünyanın axırınacan gedəcək! deyirik, bu şərəfli çətin yolda sənə uğurlar, şairə bacımız!...

 

 

Ədalət.- 2009.- 31 yanvar.- S. 19.