Əmin ər-Reyhani yaradıcılığı Aida xanım İmanquliyevanın təqdimatında

 

XX əsrin 70-ci illərindən etibarən Əmin ər-Reyhani yaradıcılığı Bakıda əhatəli araşdırmaya cəlb olunmuşdur. Ərəb məhcər ədəbiyyatının bu fenomen nümayəndəsinin Azərbaycanda ilkin tədqiqatçısı Azərbaycan şərqşünaslığının parlaq simalarından biri, görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva olmuşdur. Öz elmi fəaliyyətini ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edən Aida xanım İmanquliyeva hələ Əmin ər-Reyhaniyə qədər bu ədəbi məktəbin iki nəhəng nümayəndəsi–Mixail Nuaymə və Cübran Xəlil Cübranın həyat və ədəbi fəaliyyəti barədə müfəssəl elmi tədqiqat işi aparmış və elmi ictimaiyyətə “Cübran Xəlil Cübran”,“Qələmlər birliyi” və Mixail Nuaymə” kimi dəyərli əsərlərini təqdim etmişdir. A.İmanquliyevanın üçüncü monoqrafiyası onun ötən əsrin 90-cı illərində müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Bu əsər ilk dəfə 1991-ci ildə Bakıda rus dilində , 2003-cü ildə  Azərbaycan dilində, 2006-cı ildə ərəb dilində və 2007-ci ildə türk dilində  çapdan çıxmışdır. Monoqrafiyanın “Əmin ər-Reyhani və ərəb romantizminin təşəkkülündə onun rolu” adlı III fəslində ümumən ərəb romantizmi görkəmli ədibin yaradıcılığından gətirilən nümunələr fonunda araşdırılaraq təhlil olunmuşdur. Əmin ər-Reyhani ərəb məhcər ədəbiyyatının korifeyləri arasında Ərəb Şərqi ilə mütəmadi olaraq maraqlanan, onun gələcəyi barədə daha çox narahat olan bir mütəfəkkir idi. Məhz bu səbəbdən də A.İmanquliyeva hələ ötən əsrin 70-80-ci illərində bu ədib haqqında müfəssəl tədqiqat işləri aparmış, ər-Reyhani ilə bağlı qəzet, jurnal və müxtəlif məcmuələrdə Azərbaycan və rus dillərində məqalələr çap etdirmişdir. Bundan əlavə, o, Əmin ər-Reyhaninin “Hərəmxana divarlarından kənarda və ya Cihan” adlı povestionun kiçik nəsr janrlarında” adlı məqaləsində Qərb romantizminin təsirinin necə əks olunduğunu real faktlar əsasında tədqiq etmişdir.

 

Kim idi Əmin ər-Reyhani?

Əmin ər-Reyhani ibn Faris 1876-cı il noyabr ayının 24-də Livanın Fureykə kəndində anadan olmuşdur. Livanın şimalında yerləşən bu dağ kəndində əhalinin böyük əksəriyyəti xristian ərəblərdən ibarət idi. Kəndin əhalisinin əksəriyyəti xristianlığın maronit məzhəbinə mənsub idi orada xristian dininin qayda-qanunları, xaçpərəst ayinləri hökmran idi. Ona görə Əminin dindar anası uşağının daim xristian dininin təsiri altında tərbiyə olunmasına üstünlük verirdi. Əminin 10 yaşı olanda atası onu Fureykə kəndində mövcud olan bir fransız missioner məktəbinə qoyur. Əmin burada fransız dilini ədəbiyyatını öyrənir. O, ərəb dilində yazıb oxuya bilmirdi. Əmin ər-ReyhaniƏrəb hökmdarlarıadlı səyahət əsərinə yazdığı müqəddimədə göstərir ki, XIX əsrin sonlarında Livandakı ağır iqtisadi durum, onların ailələrinin üzləşdiyi maddi ehtiyac onun atasını əmisini çörək dalınca qürbətə gedən digər həmyerliləri kimi, ABŞ-a üz tutmağa məcbur edir. Onlar on iki yaşlı Əmini özləri ilə okeanın o tayına aparırlar. Atası əmisinin Nyu-York şəhərində açdıqları balaca bir ticarət köşkündə Əmin onlara kömək edir, çox böyük ciddi-cəhdlə ingilis dilini, ingilis Amerika ədəbiyyatını öyrənməyə başlayır. Gənc oğlan qazandığı pullara ingilis fransız dillərində kitablar alır, mütaliəyə dərin maraq göstərir. O, fransız yazıçılarından Huqo, Volter Russonun, ingilis yazıçılarından Bayron Şekspirin əsərlərini mütaliə edir. Hətta on yeddi yaşına çatanda səyyar bir teatr truppasında Şekspirin əsərləri əsasında hazırlanmış tamaşalarda təlxək obrazını məharətlə ifa etmişdir. Əmin ər-Reyhani həmin dövrdə Amerika transsendentalistləri R.U. Emerson H.Toro, ingilis romantikləri T.Karleyl Reskinin əsərləri ilə yaxından tanış olur bu əsərlər sanki onun varlığına hakim kəsilərək, ona kimliyini başa salır. Əmin ər-Reyhani 1897-ci ildə ali təhsil alıb hüquqşünas olmaq üçün Kolumbiya universitetinin hüquq fakültəsinə daxil olur bir il orada oxuyur. Lakin bir ildən sonra o, naməlum səbəb üzündən universiteti tərk edərək geriyə, öz ölkəsinə qayıdır. Burada o, ərəb dili ədəbiyyatı ilə çox ciddi şəkildə məşğul olmağa başlayır eyni zamanda ingilis dilindən dərs deməklə özünün gündəlik dolanışıq xərclərini çıxarır. Livanda olduğu bir il ərzində ərəb dilini mükəmməl öyrənən Əmin ər-Reyhani ərəb ədəbiyyatı klassiklərinin əsərlərini dərindən mütaliə edir. Ərəb dilini öyrəndikdən sonra Əmin ər-Reyhani əl-Kisainin, Sibaveyhinin əsərlərini, Əbul Əla əl-MəərrininLuzum yəlzəm( “Luzumiyyat ”) əsərini dönə-dönə oxuyur özünün belə müdrik mütəfəkkirləri, qüdrətli şairləri dünyaya bəxş edən bir xalqın oğlu olması ilə fəxr etməyə başlayır. Əmin ər-Reyhani Amerikada qərar tuta bilmir. Ona görə o, tez-tez Livana qayıdır. Ədib öz fəaliyyətində Nyu-Yorku tez-tez tərk etməsinin səbəbini Şərqə olan marağı ilə izah edir. Ərəb Şərqində baş qaldıran oyanış dirçəliş sədaları Əmin ər-Reyhanini ürəkdən sevindirirdi. Görkəmli rus şərqşünası akademik İ.Y.Kraçkovski Əmin ər-Reyhani barəsində yazdığı oçerkdə göstərir ki, Livanlı ədib 1908-ci il gənc türklər inqilabı ərəfəsində öz yazılarında çıxışlarında insan amilini, insan şəxsiyyətini təkamülə səsləyirdi . Əmin ər-Reyhani o dövrdə Livanda Suriyada bu inqilabla bağlı çoxlu məqalalər çap etdirmiş yığıncaqların ən populyar natiqlərindən biri olmuşdur. Əmin ər-Reyhani 1911-ci ildə yenidən NyuYorka qayıdır. Lakin 3 il sonra yenidən ərəb ölkələrinə səyahətə çıxmaq qərarına gəlir. Fəqət həmin vaxt artıq dünya ölkələrini, o cümlədən ərəb ölkələrini Osmanlı imperiyasının tərkibində ağuşuna alan I Dünya müharibəsi ona bu arzusunu həyata keçirməyə imkan vermir. Ölkəsini bürüyən aclıq, xəstəlik, yoxsulluq, amansız epidemiyanın on minlərlə insanın həyatına son qoyması xəbərləri onun milli ruhunu narahat etdiyindən mühacirətdə yaşayan digər həmvətənləri ilə birlikdəSuriya Livanın azadlığı uğrundabir cəmiyyət yaradır. Bu cəmiyyət vasitəsilə onlar aclıq səfalətlə qarşılaşmış Livana ianə toplayırlar. Əmin ər-Reyhani hətta bütün Amerikada yaşayan suriyalıları bir-iki gün ac qalmağa yığılan məbləği Livana yardım fonduna keçirməyə çağırır. . Reyhani 1922-ci ildə Amerikanı birdəfəlik tərk edir bir il ərzində ərəb ölkələrini gəzib dolaşır. Həmin illəri onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Beləki, ədibin ikicildlikMuluk əl-arabQalbu Lubnan”əsərlərinin yazılıb nəşr olunması məhz həmin illərə təsadüf etmişdir. Lakin xəstəlik onu yavaş-yavaş üstələyirdi. Bununla belə 1936-1939-cu illərdə o, Livanın bütün bölgələrini piyada at belində gəzir. Əmin ər-Reyhani 1940-cı il sentyabrın 13-də vəfat edir. Onun bütün ədəbi irsi kiçik qardaşı Albert ər-Reyhaninin sərəncamına keçir. O da öz növbəsində Livanın Fureykə kəndində qardaşının ev muzeyini yaradaraq onun bütün əsərlərini orada cəmləşdirir.

 

F.Məcidova,

filologiya üzrə fəlsəfə doktoru

Aydın yol.- 2016.- 18 mart.- S.7.