Parisin “Şamaxı şahzadəsi”
II yazı
..1953-cü ilin soyuq
noyabr günü Parisin Sent-Jenevyev-de-Bua məzarlığındakı
sükutu bu dəfə kilsə zəngləri pozdu. Keşiş duanı oxuyub bitirmişdi. Adamlar dinməz-söyləməz
növbə ilə böyük rus yazıçısı İvan
Buninin məzarına yaxınlaşır, tabutun
üstünə torpaq
atırdılar. Hərbi geyimdə
olan çar generalı göz yaşını saxlaya bilmirdi. O, cibindən
səliqə ilə bükülmüş yaylıq
çıxartdı, içindəki
torpağı ovuclayıb
məzarın üstünə
səpdi və ucadan dedi:
- Əzizim İvan. Sən ömrün
boyu vətənə dönməyi arzulayırdın.
Qismət olmadı. Qoy bu bir ovuc rus
torpağı sənin
soyuq məzarını
isitsin. Əminəm ki, indi ruhun doğma Rusiyada dolaşır.
Rahat yat, dostum, qəbrin nurla dolsun...
Yazıçının yaxın çevrəsi yaxşı bilirdi ki, o, daim vətən
həsrəti ilə yaşayır. Əsərlərində də Rusiyaya
olan sevgisini tərənnüm edirdi.
Yazıçı, şair, tərcüməçi,
39 yaşında Peterburq
Elmlər Akademiyasının
fəxri akademiki seçilmiş, 1933-cü ildə
ədəbiyyat üzrə
Nobel mükafatı almış
Bunin 1870-ci ildə Mərkəzi
Rusiyada, Voronåj yaõınlığında
doğulmuşdu. Onun mənsub
olduğu zadəgan şəcərəsinin kökləri
ÕIV əsr
Litva rıtsarlarına
qədər gådib çıõırdı.
Gələcək yazıçı ilk təhsilini
åvdə almış,
11 yaşında isə
Yålåtsk gimnaziyasına
daxil olmuşdu. Lakin ailənin
maddi vəziyyəti ağırlaşdığından, təhsili yarımçıq
qaldı. O, 1889-cu ildə
yårli “Orlovski
våstnik” qəzåtində korråktor kimi işə başladı. İki ildən sonra İvanın ilk şåirlər kitabı
işıq üzü
gördü.
1895-ci ildə Anton Çåõovla ilk görüşü
gənc Bunini yaradıcılığa daha
da həvəsləndirdi. Sənətə fərqli münasibətlərinə
baõmayaraq,
rus ədəbiyyatının
bu iki böyük
simasının səmimi
dostluq münasibətləri
uzun illər davam etdi.
Buninə ciddi təsir edən sənətkarlardan
biri də Lev Tolstoy idi. Buninin
“Õutorda”,
“Vətəndən õəbər”, “Dünyanın
o biri başında” håkayələri rus cəmiyyətinin acı råallıqlarına – 1892-ci ildəki
aclığa, vəba
åpidåmiyasına, kiçik
torpaq sahiblərinin müflisləşməsinə, kəndlilərin Sibirə
sürgün ådilməsinə həsr
olunmuşdu. Bunin Rusiyada həm də məharətli tərcüməçi kimi
tanınmışdı.
O, Oktyabr inqilabı ilə barışmadı.
1920-ci ilə qədər Odåssada yaşadı, sonra isə Fransaya mühacirət åtdi.
...Dəfn mərasimi başa çatsa da, kimsə yerindən tərpənmirdi.
İnsanlar sanki yazıçını
bu qərib məzarda tənha qoyub getmək istəmirdi. Başını ərinin köksünə
qoyub dalğınlıqla
məzara baxan, dostlarının yazıçı
“Banin” təxəllüsü
ilə tanıdığı
qadın - məşhur
Bakı milyonçusu
Şəmsi Əsədullayevin
qızı Ümbülbanu
bu anlarda qəribə hisslər keçirirdi. “Yəni mənim də ömrüm qürbətdə bitəcək?
Bir daha candan əziz
sevdiyim Bakını, doğma el-obanı, vurğunu olduğum Xəzəri görməyəcəyəm?
Bir gün məni də belə məzarlıqda dəfn edib çıxıb gedəcəklər, azərbaycanlı
qızı olduğumu
kimdi xatırlayan?
İvan Nikolayeviç
kimi, mənim də ürəyim vətən nisgili ilə qubar olacaq... Qürbətin acısını uda-uda əriyəcəyəm bu
yad məmləkətdə...”
Ümbülbanu yenə də Buninlə ilk görüşünü
xatırladı. Məşhur satira ustası
Teffinin evində yazıçı ilə şüşəbəndin bir
küncünə çəkilmişdilər.
Buninin hər kəlməsində
vətən həsrəti
duyulurdu, sözünün
əvvəli də, axırı da Rusiya idi. Mühacirətdə ilk kitabı yenicə
çapdan çıxmış
Ümbülbanunun timsalında
sanki özünə həmdərd tapmışdı.
O, yeni dostu - Baninin “Qafqaz günləri” romanını
yüksək qiymətləndirirdi.
Bu əsərdə Ümbülbanu Bakıda keçən uşaqlıq
və gənclik illərindən, şahidi
olduğu ictimai-siyasi hadisələrdən yazır,
Azərbaycanı, onun
paytaxtını, burada
yaşayan insanların
həyat tərzini təsvir edirdi. Romandakı hadisələr keçən
yüzilliyin birinci və ikinci onilliyində neft milyonçusu Şəmsi
Əsədullayevin və
onun nəsli ətrafında cərəyan
edirdi. Həmin illərdə neft
Bakısında tətil,
talan və qırğınlar baş
alıb gedirdi, ermənilərlə münasibətlər
kəskinləşmişdi. Müəllif həmin illəri
“dünyanın qarışıq
dövrü” adlandırır
və ermənilərin
törətdiyi əməlləri
Fransa ictimaiyyətinə
çatdırırdı. Bununla yanaşı, romanda Qafqaz müsəlmanlarının
inkişafından, Bakının
yeni neft yataqlarından, çiçəklənən
mədəniyyətindən geniş bəhs olunurdu. Banin yazırdı:
“Bakı göz görə-dörə dəyişir,
Avropa həyat tərzinə keçirdi. Təlatümlü tarixi hadisələrin baş verdiyi bu dövrdə adətlər dəyişir,
onsuz da zəifləmiş köhnə
ənənələr mövqeyini
itirirdi...Təbiətin
bu dəyişməzliyi
ilə bizim dəyişmiş güzəranımız
arasındakı ziddiyyət
mənə melanxolik bir ovqat gətirmişdi”.
...Teffi şüşəbəndə
gəldi. Əziz qonaqları üçün
əlində iki qədəh şərab gətirmişdi, gülümsəyib
Ümbülbanuya göz
vurdu:
- Banin, ehtiyatlı ol, İvan adlı
bu qaragöz oğlan əsl sehrbazdır, qadınların
qəlbini göz qırpımında ovsunlamağı
bacarır. Tora düşməyəsən a...
Amma nəsə
Buninin qadın sarıdan bəxti gətirmirdi. İlk sevgilisi Varvara
onu tərk etmişdi. İlk rəsmi həyat
yoldaşı Anna Sakni
ilə də xoşbəxtlik tapa bilməmişdi. Belə
ki, Annanı ərinin daxili aləmi, hissləri,
yaradıcılıq uğurları
əsla maraqlandırmırdı.
İkinci həyat yoldaşı Vera ərinin
başqa qadınlarla xəyanətinə dözməyərək
evi tərk etmiş, lakin bir müddət sonra Bunini bağışlayıb
geri dönmüşdü...
Ümbülbanu ürəkdən güldü:
- Teffi, deyəsən, artıq gecdir, mən bu gündən
İvan Nikolayeviçin
sehrli məngənəsindən
çıxa bilməyəcəyəm.
Məncə, heç özü
də buna razı olmaz. Parisin göbəyində
“Şamaxı şahzadəsi”ni tapmaq hər adama nəsib olmur...
Hər üçü
güldü. İvan Nikolayeviç şərabdan
bir qurtum içib Baninin gözlərinin içinə
baxdı.
- Əziz dostum, icazənizlə, sizə yeni şeirimi oxuyum. Məncə, sizə
layiq əsərdir, - dedi, sonra da
gülə-gülə əlavə
etdi. – Dostum
Yesenin eşitsəydi, paxıllıqdan
ürəyi partlayardı.
Üzümə dikilsə mavi gözlərin,
Mən xoşbəxt sanıram özümü onda...
Buludsuz bir günün göyləri kimi
Ümid parıldayır baxışlarında.
Qara kirpikləri endirib sussan,
Üzər kədər məni, üzər qəm məni.
Sevirsən, özün də
bilmədən amma
Gizli saxlayırsan
sən bu sevgini.
Amma ki, hər zaman,
hər yerdə, hər an
Sənlə yaxınlığı işığa yozdum...
Sənin gəncliyini, gözəlliyini,
Kaş Tanrı qorusun, ey əziz dostum!
...Məzarlıqda kimsə qalmamışdı. Təksə iki
fəhlə məzarın
önündəki əklilləri
səliqə ilə yerləşdirirdilər. Qızılgüllərlə
bəzədilmiş əklillərdən
birinin qara lentində belə yazılmışdı: “Əziz
Buninə “Şamaxı
şahzadəsi”ndən!”
Fərhad SABİROĞLU
Aydın yol.-2016.-10 dekabr.-S.5.