Biz hansı gedəni dönən görmüşük?
Noyabrın 1-də tanınmış şair-publisist Taleh Həmid (Babayev Taleh Həmid oğlu) dünyasını dəyişdi. O, SSRİ Yazıçılaır Birliyinin üzvü (1985), Respublika Lenin komsomolu mükafatı laureatı (1986) idi. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, bir çox xarici ölkədə də işıq üzü görüb.
Taleh Həmidin “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” adlı şeir və publisistik kitabları nəşr olunub. 2010-cu ildə şeir və poemalarından ibarət ikicildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.
Mərhum qələm dostumuzun xatirəsini şeirlərilə yad edirik.
OLDU
Bu
qoca aləmin dağı, çayı var,
Fəsillər bölünüb – qışı, yayı var.
Çox da ki, hərənin ayrı payı var,
Biri çox, biri az olanlar
oldu.
Əzəldən dünyada haqq var, nahaq var,
Belə yaranıbdı – baş var, ayaq var.
İnsan
var, adam
var, adamsayaq var,
Doğrunu tərsinə qananlar oldu.
Yarandıq, bölündük doğmaya,
yada,
Pərvanələr gördüm – çaxıldı
oda.
Gör neçə aşiqlər
getdilər bada,
Məhəbbət bağında talanlar oldu.
Mənə əzab verən
– mənə döz deyir,
Mətləb qanmayanlar indi söz deyir.
Yalan ayaq tutar, yeriməz
deyir,
Həqiqəti əyən yalanlar oldu.
Gəzdim
dərələrdə, dolaşdım
yalda,
Gözüm ormanlarda, könlüm
xəyalda,
Xoşbəxtlik deyilən o sonsuz
yolda
Qismətim azacıq xoş anlar oldu.
Ömür dediklərin keçir
beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən,
nə də ki, alanlar oldu.
01.11.2012
GÖRƏRSƏN YOXAM
Özüm də bilmirəm,
axı nədəndi,
Küsəyən olmuşam, kövrək
olmuşam,
Xəyallar başımda dumandı,
çəndi,
Dönüb bədən boyda ürək olmuşam.
Sənsiz
il bilirəm
hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinlə yandırma
məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.
Mən bir günəbaxan – günə sarıyam,
Qaytar o bahara
– çağıma məni.
Deyirdin çinartək çox vüqarlıyam,
Qoymaynan içimdən sınmağa
məni.
Çox
da ki, nəğmələr
düşmür dilimdən,
Qarşıda nələr var,
axı nə bilim,
Elə əl gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə
bilim.
Zaman ötüşübdü, vaxt
o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım
aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma
məni.
Qoyma nəzərindən, gözündən
məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar, gözlərində apar sən məni,
Gedərsən, gələrsən, görərsən
yoxam…
05.11.2012
ANA İTİRƏNDƏ
Qoymayın təklənib tənha
qalmağa,
Belə anda xatirələr səs edir.
Könül oxşamağa, hayan
olmağa
Bir telefon zəngi – o da bəs edir.
Dərdini soruşun, halını
sorun,
Niyə görmürsünüz ürəyi
dolub?
Sorğuyla, sualla siz onu yorun,
O özü də bilmir ona nə
olub.
Bir od zərrəsidir
gözlərində yaş,
Baxmayın danışır, baxmayın
gülür.
Başıma gəlibdir, bilirəm,
qardaş,
Anası
ölənin dünyası
ölür…
Qəhərdən üşüyür ağızlarda dil,
Sınıq könüllərdə sınır səsimiz,
Əlli
də, altmış da elə yaş
deyil,
Ana itirəndə qocalırıq
biz.
Xəyallar əlində əsir
qalırıq,
Kösövü kül olan ocaq oluruq,
Ana itirəndə yetim qalırıq,
Ana itirəndə uşaq
oluruq.
Bir ana şəkli də ovudur bizi,
Doğma da, uzaq da
yaxına gəlir.
Qəfil
ləpələnir ömrün
dənizi,
İnsan dalğalarla baş-başa
gəlir.
Qəhərdən üşüyür ağızlarda dil,
Sınıq könüllərdə sınır səsimiz,
Əlli
də, altmış da elə yaş
deyil,
Ana itirəndə qocalırıq
biz…
İyul,
2013
ANAMIN NƏ KÖVRƏK MƏZAR
DAŞI VAR…
Yanına
gələndə həsrətim
sönür,
Ocağa
çevrilir, alova dönür,
İçim pöyşələnir, əlim isinir,
Anamın
nə isti məzar daşı var!
Dinir, xəbər alır hər əhvalımı,
Kim daş çağırıbdı,
bu daş zalımı?
İsladır quruyan yanaqlarımı,
Ay Allah, daşın da öz göz yaşı var!
Önündə varlığım çəkilir
dara,
Bələnir yağışa, üz
sürtür qara,
Ünvan
göstərirəm qəlbidaşlara,
Anamın
nə kövrək məzar daşı var!
09.12.2012
GƏLMƏYƏCƏYİK
Ulduzu göylərdən enən
görmüşük,
Yanan ocaqları sönən görmüşük,
Biz hansı gedəni
dönən görmüşük? –
Bir də bu dünyaya gəlməyəcəyik.
Ağın ağ rəngi var, qaranın qara,
Əbəs aldatmasın şirin xülyalar.
Gözlər dikilməsin sonsuz
yollara,
Hər şeyin
əvvəli, bir də sonu var.
Birin bir təkrarı, onun onu var,
Bir də bu dünyaya gəlməyəcəyik.
Eşqin
alovunda biz kül olarıq,
Ömrün sehrində bir gül olarıq,
Deyirik, gülürük, nə qədər varıq,
Onsuz da yoxluğun üzü qaradı,
Bir də bu dünyaya gəlməyəcəyik.
İyul,
2013
MƏN ELƏ BİLİRDİM
QOCALMAYACAM
Düşünürdüm illər geri dönəcək,
Gənclik ulduz kimi göydən enəcək,
Nə alov sönəcək, nə od
sönəcək,
Mən elə bilirdim qocalmayacam.
Könlümdə bir dəli eşqin həvəsi,
Dilimdə məhəbbət, sevgi
nəğməsi,
Demə,
yol gedirmiş vaxtın dəvəsi,
Mən elə bilirdim qocalmayacam.
Dostlar inciyirlər – görüşməyirəm,
Yaxşını, yamanı bölüşməyirəm,
Könüllər incidib, qəlbə
dəyirəm,
Mən elə bilirdim qocalmayacam.
Qəfil
xəzəl oldu sünbüllü zəmim,
Başımdan çəkilmir kədərim,
qəmim.
Uşaqlıq dostlarım, gənclik
həmdəmim,
Mən elə bilirdim qocalmayacam.
Köç etdi qardaşım,
köç etdi bacım,
Bir əldən
tutana qalıb əlacım.
Nələr pıçıldamır ağaran saçım –
Mən elə bilirdim qocalmayacam.
Ömür bir gizlicə pərvəriş etdi,
Taleh, cavanlığı
qaçırdın getdi.
Dövrənə işıqlar saçırdın,
getdi,
Sən elə bilirdin qocalmayacam?
GƏLMƏYƏ
Daha küçənizə gəlməyəcəyəm,
Daha səndən ötrü ölməyəcəyəm,
Baharın gəlişi, payızın
köçü –
Heç nəyin fərqində olmayacağam.
Yadında qalıbmı dəniz
sahili,
Qərib
qağayının o hıçqırtısı,
Nələr söyləmirdi eşqimin
dili: –
Gah bəmi,
gəh zili, gah qışqırtısı.
Soyuq ömrümüzdən əsən
küləklər
Suları titrədə, ya titrətməyə.
Ürək hökm eləyə,
hissim “yox” deyə,
Taleh o yerlərə
gələ-gəlməyə.
Şaiq
ölən gün
O dəm, o an,
O vaxt, o zaman
İçimdən ilğımlar, odlar
keçən
Səhra idim, çöl idim.
Şaiq
Vəli ölən gün
Mən də öldüm…
Amma məni
Sonra dəfn edərsiniz –
ən sonda…
Şairi
öldürüb,
Ağlamaq nədir? –
bilərsiniz onda…
Bilərsiniz ölümdən betərdir
Bir ürəyin
göynəmi.
Sorarsınız, nə idi,
Şairin dərdi, qəmi?!
Mən azdan-çoxdan bilirdim
Şaiqin dərdini.
Şaiq
ölən gün
Hirsimdən öldürdüm
Olmayan imkanımı…
Bizi birgə dəfn edərsiniz,
Bütün imkansız şairlər
Bir sinif kimi öləndə…
Bir də
Şaiqin
məzarı üstə
Yovşan
güləndə…
08.02.2013
ÖMRÜ BİTİRDİM
Adını, ünvanını,
Yerini-yurdunu bilmədiyim gözəl,
Qəfildən nə şirin qəhqəhə çəkdin.
Köksüm qubarlandı,
İtirdiyim gülüşləri
Qaytardın mənə.
Düz bir ömürdü gəzirəm o gülüşləri,
Onu harda itirmişdim, bilmirəm.
Küləklər qanadında,
Quşlar
dimdiyindəmi
Gətirdi, bilmirəm…
Sən güldün, mən sevindim,
Gəldin,
itirdiyimi tapdım,
Getdin – tapdığımı itirdim…
Bir gülüşü gəzə-gəzə,
Düz bir ömrü bitirdim.
31 avqust, Novxanı
ÜRƏK, AĞRIMAĞIN ZAMANI
DEYİL
Hərdən gizli-gizli, hərdən
aşikar,
Sinəmi göynədən ağrılarım
var.
Bir ömrü isidib, onu yaşadan
Neçə şirin-şirin duyğularım
var.
Qoy səni yormasın yoxuşlar, yollar,
Ürək, ağrımağın zamanı
deyil.
Sənsiz
nə karəyəm danışam, güləm,
Bu alovlu sinəm, bu odlu sinəm
Sevgi təşnəsidir
əzəldən, bilsən.
Çox
əllər tutsa da bəzən əlimdən,
Yüz əl itələdi geri sinəmdən.
Yaxın
gəl, düşünək,
bir sən, bir də mən,
Ürək, ağrımağın zamanı
deyil.
Təkcə sevinc deyil, bilirəm, həyat,
Beş-on
il işləyib,
yorulur saat.
O, zamanı sayır, sən ömrü saydın,
Çox
çətin olardı
sən vurmasaydın,
Xeyirxah, rəhmli,
mərd olmasaydın.
Geriyə
baxanda dönərək
indi,
Qəlbimdə nə qədər suallar dindi.
Atəşindən illər, günlər
isindi,
Hərdən yorulanda, fikrə
dalanda,
Sən mənə söylədin
– həyat şirindi,
Ürək, ağrımağın zamanı
deyil.
Nə çəkmişik, bilən
olnsuz biləcək,
Ötən çox günləri ulduz biləcək.
Dostlar kədərlənib, düşmən
güləcək,
Darıxma, ürəyim, olanlar
olur,
Bir gün ağrımağın
vaxtı gələcək,
İndi ağrımağın zamanı deyil.
17.02.2013
Aydın yol.-2016.-5 noyabr.-S.12.