Bakıda VII Avropa Film Festivalına start verilib

 

 

AZƏRTAC xəbər verir ki, açılışı “Park Bulvar”da baş tutan film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Açılışda “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev çıxış edərək deyib ki, festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii sənədli ekran əsərləri təqdim ediləcək. N.Quliyev festivalda maksimum sayda iştirakçı tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib. Vurğulanıb ki, builki festivalı izləmək üçün 6-7 min insanın iştirakı nəzərdə tutulur. Həmçinin qeyd olunub ki, festival Azərbaycan Avropa kino xadimlərinin mübadilə aparmaları üçün əlverişli platformadır. Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Xanım diplomat bildirib ki, artıq yeddinci dəfə keçirilən festival “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. M.Mard 10 gün davam edəcək festivalın baş tutmasında göstərilən dəstəyə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirib.

 

İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunanBağlı gözlərlə yaşamaq asandıradlı ispan filmi haqqında məlumat verib. Bildirilib ki, rejissor David Truebenin komediya-dram janrında ekranlaşdırdığı film bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altıQoyyamükafatı qazanıb. Daha sonra festival İspaniya Yunanıstan istehsalı olanBağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərəadlı filmlərin nümayişi ilə açıq elan olunub.

 

Aydın yol.-2016.-5 noyabr.-S.3.