Müharibə dövrünün kinosu

 

 «Sosializm quruculuğunu başa çatdırmaq və tədricən kommunizmə keçmək» əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən yaxasını qurtara bilmədi.

 

Müharibə ərəfəsində Azərbaycan mədəniyyətinin, eləcə də kinosunun başlıca qayğılarından biri ölkəmiqyaslı əlamətdar hadisəyə – böyük şair və mütəfəkkir Nizaminin anadan olmasının 800 illik yubileyinə hazırlıq idi. 1939-cu ildə respublika rəhbərliyi səviyyəsində tədbirlər planı hazırlanmış, Nizaminin həyat və yaradıcılığına həsr olunmuş bədii və sənədli filmlərin çəkilməsi nəzərdə tutulmuşdu. Bədii lentin ssenarisi qısa müddət ərzində təsdiq olunmalı, 1940-cı ilin ortalarında istehsalata buraxılmalıydı. Film üçün ədəbiyyatşünas M.Rəfili və yazıçı M.S.Ordubadinin yazdıqları təqdimat Bakı kinostudiyasının ssenari şöbəsində və Xalq Komissarları Sovetinin (XKS) İncəsənət İşləri İdarəsində müzakirə edilmiş, təsdiq üçün Moskvaya - SSRİ XKS yanında Kinematoqrafiya İşləri Komitəsinə göndərilmişdi. Komitədə M.Rəfilinin təqdimatı qəbul olunmamış, M.S.Ordubadinin təqdimatı isə bir sıra iradlarla üzləşmişdi. Komitənin ssenari şöbəsinin rəisi L.N.Çernyavski Bakı kinostudiyasının direktoru Ş.Abbasova yazdığı 7 fevral 1940-cı il tarixli məktubunda göstərirdi ki, «...yol. Rəfilinin zayavkası bir sıra səbəblərə, tematikistehsalat mülahizələrinə görə qəbul olunmur. Yol. Ordubadinin zayavkası böyük maraq doğururistehsalat cəhətdən daha realdır. Ona görə ki, komitənin sədri yol. Bolşakovun göstərişinə əsasən 4-5 hissəyə sığışa bilər».

 

M.Rəfili ssenarinin süjet xəttini «Nizaminin bioqrafiyasının ən vacib mərhələsi olan faktı – «Leyli və Məcnun» poemasının yaradılması dövrü, Nizaminin həyatının və obrazının xarakterik cizgilərini göstərmək, şairin feodal dünyası ilə münasibətləri, öz vətənidoğma xalqı ilə üzvi əlaqəsi üzərində qurmağa» üstünlük verirdi. Nizaminin ««XosrovŞirin» poemasında təsvir etdiyi Afaqa məhəbbəti, Şirvanşahın məşuqu, kübar qadın Məhsətinin qəddarlığı və vəfasızlığı, şairin Gəncənin başı üstünü almış fəlakət zamanı xalqın vəziyyətini yüngülləşdirmək üçün gördüyü tədbirlər» filmin süjet xəttinin əsas faktlarını təşkil etməli idi. M.Rəfiliyə görə, «...əsl bədii əsər hazır sxem üzrə yazılmamalı, böyük yaradıcı vüsətin, nəhəng humanist və vətənpərvərin, şərəfli və məğrur insanın, şairinfeodal despotizminə qarşı mübarizin obrazını yaratmaq ideyasından ilham alan uzun və gərgin işin nəticəsi olmadı idi».

 

Bakı kinostudiyasının ssenari şöbəsinin məsləhətçi-redaktoru Monoşkonun verdiyi rəydə M.S.Ordubadinin zayavkasının böyük dramatik tarixi hadisələr fonunda Azərbaycan xalqının xarici işğalçılara qarşı apardığı mübarizəni düzgün işıqlandırdığı, maraqlı və dramaturji cəhətdən sanballı material olduğu qeyd edilir, Qətibə obrazının həddən artıq şişirdildiyi isə irad tutulurdu. Zayavka bədii filmin əsasını təşkil edəcək variantlardan biri kimi qəbul edilsə də, gerçəkləşdirilməmiş qaldı.

 

M.S.Ordubadinin yazdığı «Nizami» librettosuna görkəmli şərqşünas-alim, professor Y.Bertels də rəy vermişdi. O, ssenaridəki faktların tarixi hadisələrlə uyğunluğunu nəzərdən keçirmiş, çatışmazlıqları göstərmişdi.

 

Böyük şair haqqında yazılmış sənədli film ssenarilərindən biri də yazıçı A.Nəsibova məxsus idi. Müəllif qısa panoramlar və keçidlərlə Azərbaycan, Bakı mənzərələrini göstərməyi, Azərbaycan xalqının nailiyyətlərini qeyd etməyi, sonra Gəncənin xarabalıqlarında qərar tutmağı təklif edirdi. Filmdə qoca çoban uzaq Şimaldan gəlmiş turistlərə Nizami haqqında rəvayətlər söyləməli, onun yaradıcılığından danışmalı, ekranda şairin «XosrovŞirin», «Leyli və Məcnun» əsərlərindən səhnələr göstərilməli idi. Finalda Nizami dövrü ilə bağlı mədəniyyət abidələri, muzey eksponatları, tədqiqat əsərləri və s. sərgilənməliydi. Lakin ssenari, komissiyanın diqqətini çəkmədi.

 

Kinematoqrafiya İşləri Komitəsinin və professor. Y.Bertelsin rəyi öz rolunu oynadı – Bakı kinostudiyasının rəhbərliyi və respublika XKS yanında İncəsənət İşləri İdarəsi, eləcə də Nizaminin yubileyini keçirən komitə ssenarilərin istehsalata buraxılmasını mümkünsüz saydı. Beləliklə, Azərbaycan kinosu 1941-ci ildə böyük şairin yubileyi münasibətilə yalnız birhissəli sənədli filmi nümayiş etdirməklə kifayətlənməli oldu.

 

Müharibənin başlanması Azərbaycan bədii kinosunun perspektiv planlarında da köklü dəyişikliklər etdi. 1941-ci ildə ssenari planına salınmış mövzular əsasən hərbi-vətənpərvərlik məsələlərinə həsr olunmuşdu. Bu filmlər arasında XVIII əsrdə Azərbaycanın feodal xanlıqlara parçalanmasına qarşı mübarizə aparmış, bütün həyatını Azərbaycanın milli birliyinə həsr etmiş, öz mübarizəsində rus imperatriçəsi I Yekaterinagürcü çarı II İrakliyə arxalanmış dövlət xadimi Fətəli xan haqqında tarixi «Fətəli xan» filmi (ssenariçilər Ə.Məmmədxanlı və M.Hüseyn), Sovet xalqlarının monolit birliyi və almanların «beşinci kolon» ümidlərinin boşa çıxması haqqında hərbi-macəra filmi – «Görüş» (M.Təhmasib), arxaön cəbhələrin mənəvi birliyi, traktorda öz sevgilisini əvəz edən qız, onları birləşdirən daxili tellər barədə musiqili komediya filmi olan «Solonka» (müəlliflər A.Medvedkin və İ.Qasımov), «döyüş şəraitində yetişən komandir» haqqında «Komandir» (müəllif N.Leşşenko), Məşhur Azərbaycan qırıcı təyyarəçisi, Leninqrad cəbhəsində qəhrəmanlıqla həlak olmuş Hüseynbala Əliyevin həyat və fəaliyyətindən» bəhs edən «İradə» (müəlliflər İ.Qasımov və İ.Əfəndiyev), dağ müharibəsi materialı əsasında qurulmuş «Şimal yamacda» (müəlliflər C.Cabbarovİ.Anisimov) adlı ekran əsərləri olmalı idi.

 

1943-cü ilin ortalarına qədər ssenariləri təhvil verilməli olan bu mövzularda partiyanın müharibə dövründə qarşıya qoyduğu əsas ideoloji vəzifələr ön plana çəkilirdi. «Görüş» lentinin baş qəhrəmanı «cəbhəyə getmiş, almanlar tərəfindən tutulmuş, ancaq onların provokasiyalarını dəf edib, düşmənin əlindən qurtulmuş, Qırmızı Ordu komandanlığına faşistlərin niyyətləri haqqında qiymətli məlumat çatdırmış azərbaycanlı rəssam qız» idi. Filmdə qəhrəmanın bütün ailəsi – qoca mühəndis atası, hərbi təyyarəçi qardaşı əks etdirilməli, arxa cəbhənin təsvirinə, cəbhəyə yeni yüksək keyfiyyətli bienzin verən Bakı neftayırma zavodundakı fəaliyyətə geniş yer verilməli idi.

 

«Solonka» lentinin süjeti tankçı Kərimin yarı bölüb, bir parçasını öz sevgilisinə verdiyi solonka ətrafında baş verən gülməli anlaşılmazlıqlar üzərində qurulmalı idi. «Komandir» filmində əvvəl istehsalı dondurulmuş «Sovet bahadırı» lentinin materiallarından istifadə edilməsi planlaşdırılırdı. Kinematoqrafiya işləri Komitə tərəfindən təsdiq olunmuş «İradə» ssenarisi bir sıra dəyişikliklər və əlavələrdən sonra «müharibənin doğurduğu yeni böyük hissləri, ölümə qalib gələn iradəni» ekrana gətirməli idi.

 

«Şimal yamacda» filmində dağ yolunu ələ keçirmək üçün sovetalman qüvvələrinin döşündə sovet əsgərlərinin psixologiyası və idealı əks etdiriləcəkdi.

 

Bu filmlərlə yanaşı, Bakı kinostudiyası yaxın illərdə Ü.Hacıbəyovun ölməz «Arşın mal alan» musiqili komediyasının ekranlaşdırılmasına hazırlıq görürdü. Eyni zamanda, kinostudiya yazıçılar –

 

Əvəz Sadıqla Hadiyət Əfəndiyevə müvafiq olaraq «Dostluq» və «Qələbə» novellaları sifariş vermişdi. Lakin onların cəbhəyə getmələri üzündən bağlanmış müqavilələrə əməl olunmamış, bu mövzular plandan çıxarılmışdı.

 

Planda nəzərdə tutulan ssenarilərin obyektivsubyektiv səbəblər üzündən gerçəkləşdirilməməsi Azərbaycan K(b)P MK-nı sərt addımlar atmağa, kino istehsalına nəzarəti daha da möhkəmləndirməyə məcbur etdi. Bakı kinostudiyasının direktoru Ş.Abbasov qeyri-kafi işinə görə Rəsul Rza ilə əvəzləndi. Studiyanın bədii rəhbəri görkəmli rejissor Q.Aleksandrov, ssenari şöbəsinin rəisi İ.Qasımov təyin olundu.

 

Kinostudiyanın fəaliyyətinə ciddi diqqət edən MK Bürosu 1942-ci ilin ikinci yarısında respublikada kinematoqrafiya işinin vəziyyəti ilə bağlı xüsusi qərar qəbul etdi. Qərarda göstərilirdi ki, «son illərdə qeyri-kafi işləmiş Bakı kinostudiyası axır vaxtlar dəyərli bədii filmlər yaradılması işində buraxılmış nöqsanları aradan qaldırır. Studiyanın yenidənqurulma işlərinin kifayət qədər sürətli olmadığını qeyd edən MK bürosu «müharibə dövrünün çətinliklərinə baxmayaraq, partiya və hökumətin Azərbaycan kinematoqrafiyasının inkişafına böyük diqqət yetirdiyi bir vaxtda studiya kollektivinin istehsalat planının yerinə yetirilməsi uğrunda zəif mübarizə apardığını, rejissor, operator, aktyor kadrlarının hazırlanmasında yaradıcı heyəti möhkəmləndirmək üçün incəsənətin qarışıq sahələrindən kadrların az cəlb olunduğunu» irad tuturdu. Qərarda «həm ayrı-ayrı redaktorlar, həm də kinostudiyanın işçiləri tərəfindən ədəbi ssenari müəlliflərinə etinasız münasibətə görə yazıçıların studiyadan müəyyən qədər uşaqlaşması, bunun nəticəsində ssenari portfelinin uzun müddət boş qalması Yazıçılar İttifaqının və yazıçıların studiyanın ssenari şöbəsinə az kömək etdiyi, studiyanın zəif texniki təchizatının istehsalat vəzifələrinin yerinə yetirilməsinə və kadr hazırlığına (çəkiliş texnikasının azlığı, son günlərə qədər səsyazma cihazlarının olmaması, işıq aparatlarının çatışmaması və s.) maneçilik törətdiyi, bunun nəticəsində studiyanın bir neçə filmi eyni zamanda istehsalata buraxa bilməməsi» də qeyd olunurdu. Eyni zamanda Azərbaycan Yazıçılar İttifaqına ssenari şöbəsi ilə birlikdə (Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Sabit Rəhman, Ənvər Məmədxanlı, Mehdi Hüseyn, Mir Cəlal, Məmmədhüseyn Təhmasib, İmran Qasımov) qısa müddət ərzində yüksəksəviyyəli ssenarilər yazmaq, Azərbaycan xalqının Böyük Vətən Müharibəsi günlərində qəhrəman mübarizəsi mövzusunu quruluşla təmin etmək tapşırılırdı. Qərara görə, «direksiyanın təqdim etdiyi tematik plan, rejissoroperatorlar heyəti təsdiq olunmalı, kinostudiyanın rəhbərliyi onların reallaşdırılması üçün ciddi ölçü götürməli, 1943-cü il fevralın 1-də sovet xalqının faşist işğalçılarına qarşı mübarizəsinin siyasi vəzifələrinə cavab verən ən azı 3 yüksəksəviyyəli kinossenari yazılmalı» idi.

 

(Davamı gələn sayımızda)

 

Nəriman ƏBDÜLRƏHMANLI

Aydın yol.-2016.-12 noyabr.-S.9.