“Atamı bir dəfə də yazı masası arxasında şeir yazan görmədim”

 

“Aydın yol” qəzetinin “Yazı masası” rubrikasında bu dəfə görkəmli şairimiz İsa İsmayılzadənin işığına yığışdıq. Uzun müddət “Azərbaycan” jurnalında baş redaktor müavini işləyən, çağdaş poeziyamıza orijinal məzmunlu şeirləri ilə rəng qatan şairin həyat yoldaşı Ələviyyə İsmayılzadə və oğlu Araz İsmayılzadə ilə birgə müvəqqəti də olsa, keçmişə qayıtdıq,  xatirələrə daldıq. Həmin xatirə yarpaqları İsa İsmayılzadənin necə fərqli şəxsiyyət olduğunu bizə aydınlatdı. Söhbətimizə də İsa İsmayılzadənin fərqli, orijinal xarakterinə toxunmaqla başladıq:

 

Araz İsmayılzadə: Atamın bir şairinsan kimi özəlliyini, fərqli xarakterini hələ uşaqlıqdan hiss edirdim. Yaşa dolduqca onun poeziyası ilə tanış oldumbir daha necə dərin şeiriyyata sahib olduğunu anladım. Onun poeziyası kütləyə deyil, elit düşüncəyə hesablanmışdı. Biz atamababadeyirdik. Xatırlayıram, bir dəfə dedim ki, “baba, sən çox qəliz yazırsan, bu kütlə üçün deyil, amma nə yaxşı ki, belə yazırsan, çünki tarixdə sıradan yazılan şeirlər yox, ancaq belələri qalacaq”. Gülümsündü, cavab verdi ki, bunu zaman göstərər.

 

Amma yeni məzmunlu, orijinal üslublu şeirlərinə görə şairi ədəbi cameədə çox incitdilər. İsa İsmayılzadənin “Yağış gölməçələri”, “Həsrət” kimi onlarla şeiri tənqidlərə məruz qaldı.

 

A.İ.: Atamın anası oxumaq-yazmaq bilməzdi. Amma bir dəfə elə hadisə yaşanmışdı ki, atam onun hərfləri tanımadığına sevinmişdi. O zaman özü deyirdi ki, ömrümdə ilk dəfə anamın oxuya bilməməsinə sevindim. Deməli, atam və anası bulvarda gedirmişlər, köşklərin birində asılan qəzetdə atam onu tənqid edən yazı görür. Yaman pərt olur, nənəm bunu anlayır, soruşur ki, nə olub, orada nə yazırlar? Atam həqiqəti deməyib, söyləyir ki, bir tanış adam rəhmətə gedib, o xəbəri oxudum, pis oldum.

 

Ələviyyə İsmayılzadə: Həmin məqalə tanınmamış, sıradan bir adam tərəfindən yazılmışdı. Heç bilmirdik ki, kimdi. Amma İsa yaman pis olmuşdu. Xasiyyəti o cür idi: hər şeyi ürəyinə salardı. Az danışardı, elə bil, əvvəlcə sözünü tərəzidə çəkər, sonra deyərdi. Amma bütün yaşananları ürəyinə salardı. Bu hadisənin üstündən haradasa, 20-25 il keçmişdi, həmin yazının müəllifi özü İsadan üzr istədi.

 

 

 

Şeiri sevməyən masa

 

İsa müəllim heç zaman yazı masasında şeir yazmayıb. Yalnız publisistik yazılar və tərcümə materiallarını yazı masası ilə görüşdürüb. Oğlu Araz bu barədə maraqlı detalı qeyd edir:

 

Xatırlayıram, atam istər şeir nümunəsini, istər publisistik yazısını, istərsə də tərcümə materialını hər zaman anamla birlikdə gözdən keçirərdi. Anam başqa ixtisas sahibi olmasına baxmayaraq, hər zaman onunla məsləhətləşərdi. Şeirə münasibəti isə bambaşqa idi. Bir dəfə də görmədim ki, atam yazı masasının arxasında şeir yazsın. Əlbəttə, otağında, yazı stolunun arxasında oturub, işləyirdi, amma orada şeir yazdığını görməmişəm. Şeir yazma prosesi onda bədahətən idi. Başqa şairlər qaralamaya yazdıqları şeirlərinin üzərində işləyəndən sonra makinada köçürərdilər. Amma o, birbaşa makinaya yazdırardı. Həmişə bizə zarafatla deyərdi ki, görürsünüz, babapramoy” yazır (gülür).

 

İsa İsmayılzadənin ömrünün bir hissəsi də “Azərbaycan” jurnalı ilə bağlıdır. Hamının ustad redaktor (şairlik bir tərəfə) kimi tanıdığı İsa İsmayılzadə ağır illərdə - müstəqilliyin ilk dönəmlərində, Qarabağ savaşları zamanında jurnalın bütün yükünü öz çiyinlərinə götürüb, çətinliklə də olsa, onu yox olmağa qoymayıb:

 

A.İ.: Həqiqətən də ağır illər idi. Siyasi-sosial mənzərə mürəkkəbləşmişdi, bir tərəfdən də savaş davam edirdi. Ailəni dolandırmaq da çətinləşmişdi. Amma atam “Azərbaycan” jurnalına özünün ikinci ailəsi kimi baxırdı. Həmişə jurnalla bağlı narahatlığını gizləmirdi. Nigaran idi ki, görəsən, materiallar çatacaqmı, görəsən çap üçün vəsait tapılacaqmı, görəsən jurnal aktuallığını saxlayacaqmı? O illərdə jurnal bəzən aylarla çıxmırdı. Bəzən ildə dörd, bəzənsə yalnız iki dəfə çıxırdı.

 

Ə.İ.: İsa demək olar ki, tək qalmışdı. Vəziyyət çox ağır idi. Qonorar yox idi deyə, yazı göndərən də olmurdu. Əməkdaşların çoxu məcburi şəkildə, ailəsini dolandırmaq üçün başqa işin qulpundan yapışmışdı. Jurnalın bütün redaktəsi onun üzərində idi. Gətirirdi evə, hamısını yenidən gözdən keçirirdi.

 

“Özbək əhvalatı” yaxud, “taksi sürən” şair

 

Ələviyyə xanım İsa müəllimlə bağlı elə bir “özbək əhvalatı”nı danışır ki, orada şairin portret cizgilərini aydın görmək olar:

 

Ə.İ.: Soyuq fevral günü idi, bərk qar yağmışdı. İsa çalışdığı radionun binasından çıxıb, məni işdən götürmək istəsə də, qoymadım. Evə qayıdanda görüb ki, gənc qadınla kişi yolun kənarında dayanıb gedən-gələn maşınlara əl edir. Qadının da qucağında uşaq var. Nabələd olmaları həmən hiss olunub - kişi qeyri-ixtiyari maşınların qabağına qaçırmış. İsa da onlara fikir verib görür ki, gənc ailə yolun maşın dayanmayan hissəsinə gedib. İsa tez o istiqamətə sürüb onları maşınına əyləşdirir. Bakıya qonaq gələn gənc özbək ailəsi imiş. İsa onlarla bərabər bir neçə mehmanxanaya getsə də, heç birində yer qalmayıb. Bilməyib nə etsin, axırda özbəkləri evə gətirib...

 

A.İ: O hadisəni xatırlayıram: həyətdə idim, birgördüm atam maşını saxlayıb məni çağırdı, dedi, qonaqlara kömək elə. Gördüm, özbəklərdi. Qəti təəccüblənmədim. Çünki atamın başqa ölkələrdən tərcüməçi, yazıçı qonaqları bizə çox gəlirdi. Elə bildim, bunlar da o qonaqlardandı. Nə isə, evə qalxdıq. Qonaqlar rahatlandılar. O gün də atamın televiziyada verilişi yayımlanacaqdı. Bir xasiyyəti də var idi ki, iştirak etdiyi proqramlara çox diqqətlə baxardı. Heç gözlərini çəkməzdi. Həmin axşam da iştirak etdiyi verilişə diqqətlə baxırdı. Özbək qonaq buna xeyli təəccübləndi. Veriliş bitən kimi dedi ki, sizin çox qəribə ölkəniz var. Birinci dəfədir, görürəm ki, taksi sürücüsü barədə belə təmtəraqlı televiziya proqramı hazırlayıblar. Sən demə, o, bayaqdan elə bilibmiş ki, atam taksi sürücüsüdür. Mehmanxanada yer olmadığı üçün onu öz evinə gətirib, təşəkkür edəndə də deyib ki, bu necə yaxşı sürücüdür. Atam bunu eşidəndə gülümsədi və həqiqəti sonra danışdı. Həmin vaxt özbək qonağın necə utandığını indi də xatırlayıram.

 

Ə.İ: Sonra həmin özbək bir neçə dəfə bizə gəldi. Zoologiya İnstitutunda dissertasiya müdafiə edirdi. Heç kimi yox idi. İsa bütün işlərdə ona kömək etdi. Hətta ən sonda-müdafiədən sonra ziyafət təşkil olunması adəti var idi, İsa həmin anda da onu düşündü, dedi, bu hansı restorana getsə, yazığı soyacaqlar, gəl elə ziyafəti evdə təşkil edək. Etdik ...

 

Geri qaytarılan qonorar

 

Ailə üzvləri İsa İsmayılzadə şəxsiyyətinin aşılmasına yardımçı olan daha bir xatirəni danışırlar. Gəlin, birlikdə tanış olaq:

 

A.İ.: Gənc xanım yazarlardan biri öz şeirləriniAzərbaycanjurnalında çap olunması üçün atama vermişdi. İsa İsmayılzadə hər zaman ancaq istedada qiymət verən şəxs olub. Odur ki, heç kimin tanımadığı xanımın şeirlərini bəyəndiyi üçün jurnalda çap edir. Gənc xanım şeirlərininAzərbaycankimi jurnalda çıxmasına çox təəccüblənib.

 

Ailəsi imkanlı imiş, atam jurnalın redaksiyasında işləyən vaxt həmin xanım gəlib, özünü tanıdandan sonra ona təşəkkür edib. Atam da çox danışan deyildi, elə deyib ki, şeirlərin yaxşı idi, öz üzərində işlə. Sonra işinə davam edib. Xanım da qapıdan çıxarkən masanın üzərinə gizlicə zərf qoyub. Atam danışırdı ki, o, çölə çıxandan sonra sanki gözümün qulağı ilə nəsə eşitdim, hiss etdim ki, masaya nəsə qoydu çıxdı. Atam tez çölə çıxıb, qadını aşağıda-qapıdan çıxhaçıxda yaxalayıb, əsəbini gizlədə bilməyib, sərt şəkildə pulu üstünə atıb, deyib, bir gözümə görünmə.

 

 

 

Küskün masa bəxtsizkostyum

 

Yenidən yazı masasına qayıdırıq. Özü Qarabağ savaşlarının səngimədiyi, insanların min bir əziyyətə qatlaşdığı dövrün yazı masasına. O illərdə İsa müəllim yazı masasından da, şeirdən küsmüşdü. Səbəbini isə oğlu xanımından eşidək:

 

A.İ.: Onun kimi vətənpərvər insan görmədim. Atam uzun illər idi ki, siqareti tərgitmişdi. Amma Qarabağ hadisələrindən sonra yenidən çəkməyə başladı. Qarabağ hadisələri-itirilən torpaqlar, məcburi köçkünlərin uğradığı faciə ona pis təsir etmişdi. Uzun müddət şeir yazmadı. O hadisələrdən sonra bizə televizorda konsertə baxmağa icazə vermirdi. Ancaq evdə olmayanda nəyəsə baxardıq, evə gəldisə, şən proqramları izləməyimiz mümkün deyildi. Dostları ilə söhbətdə hər zaman deyirdi ki, şeir yazmaq həvəsi içimdə ölüb. Ömrünün son illərində demək olar, heç şeir yazmadı. Təəccüb edirdim, çünkiYaradıcılıq evləri”nə 25 günlük ezamiyyətə gedəndə az qala, bir kitablıq şeirlə qayıdırdı. Amma Qarabağ hadisələri başlayandan 6 il ərzində demək olar, bir şeir yazmadı.

 

Ə.İ.: O hadisələrdən sonra toylara özü getməzdi, pul yollayardı. Nadir hallarda gedəndə əsəbiləşərdi. İnsanların heç olmamış kimi şadyanalıq etməsini, çalıb-oynamasını qəbul edə bilmirdi.

 

Ömrünün son illərində bir kostyum tikdirmişdi. Onu bircə dəfə əyninə geymədi. qədər desək , olmadı. Deyirdi, hansı günümə geyinim, torpaqlarımızmı qayıdıb?

 

QarabağŞəhid”i

 

Oğlu Araz sonda şair ömrünün son anlarından danışdı:

 

Atam cəmi 18 günün içində dünyasını dəyişdi. Onda pis xəstəlik aşkarlandı - beyin şişi. O, uzunömürlü nəslin nümayəndəsi idi, hər gün idman edirdi, özünü qoruyurdu. Yalnız Qarabağ boyda bir faciə onu 18 günün içində dünyadan apara bilərdi.

 

Elmin NURİ

Aydın yol.-2016.-19 noyabr.-S.6.