“Əli
və Nino” filmi Nyu-York izləyicilərini
heyran edib
Nyu-York şəhərində
yazıçı Qurban
Səidin dünyada
bestseller olan eyniadlı
romanı əsasında
Azərbaycanda çəkilən
“Əli və Nino” bədii filminin premyerası baş tutub. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri
olduğu bu ekran əsərinin premyerası Nyu-Yorkun məşhur “Sunshine” kinoteatrında
keçirilib.
Tədbirdə çıxış edən
filmin prodüseri Kris Tikye dözümlülük
və multikulturalizmin dövrümüzün və
günümüzün ən
aktual məsələlərindən
biri olduğunu vurğulamış, “Əli
və Nino” filminin bu mövzuda cəmiyyətə, insanlara
əhəmiyyətli mesaj
göndərdiyini bildirib. Kris Tikye filmin ərsəyə
gəlməsində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolunu qeyd edib.
Onun sözlərinə görə
Leyla Əliyevanın güclü Azərbaycan kimliyi və dərin Vətən sevgisi bu filmin
reallığa çevrilməsinə
və uğurlu alınmasına mühüm
töhfə vermiş
faktorlardandır.
Tədbirə kino industriyasının dünyaca məşhur simalarından olan Kris Tikyedən başqa, filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi
Petinkin də xüsusi qonaq qismində qatılıblar. Adam Bakri nümayişdən əvvəl çıxış
edərək “Əli və Nino” filminin fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.
Premyerada Azərbaycanın ABŞ-dakı
səfiri Elin Süleymanov da çıxış edərək
Qurban Səidin müəllifi olduğu bu əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin
olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. Həmçinin,
Elin Süleymanov qeyd edib ki,
mədəni irsimizin mühüm parçalarından
biri olan “Əli və Nino” əsəri əsasında
çəkilmiş bu
film bölgədəki milli
kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin
başa düşülməsi
üçün maraqlı
təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında
filmin nəhayət ki, işıq üzü görməsində
xüsusi əməyi
və töhfəsi olan Leyla xanım
Əliyevaya dərin minnətdarlığını ifadə edib.
“Əli və
Nino” filmi izləyicilər
tərəfindən maraq
və alqışlarla
qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını
qeyd ediblər.
“Əli və
Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.
Aydın yol.-2016.-19 noyabr.-S.3.