Türk tarixinin öncülləri

 

Alp, Ər və Tonqa adları

 

Alpsözü qədim və yeni türk ləhcələrində qəhrəman, cəsur, igid, çətin mənalarında işlədilir. Bu söz şəxs adı olmaqla yanaşı mövqe, titul və alicənablıq ifadəsi kimi də anlaşılır. Türk dilinin izahlı lüğətlərində alp sözünün qarşılığı igid, qəhrəman, bahadır, cəsur, çətin şəklində izah edilir. Bu sözdən də alpaqut, alpırkanmaq, alpırkamaq, alp yol kimi sözlər yaranıb. Alpaqutbir rütbə, mənsəb, alpırkamaq – yorulmadan, israrla bir şeyin üstündə işləmək və qəhrəmancasına hərəkət etmək mənasındadır. Alpırmaq – özünə igid yaraşığı vermək, həvəslə çalışmaq anlamındadır. Alp yol isə təhlükəli, çətin yol deməkdir.

 

Alpərən sözünün mənası igid, bahadır, alplıq sözünün mənası isə qəhrəmanlıq olmaqla yanaşı, özündə alplıq etmək, cəsarət, hünər göstərmək kimi anlamları daşıyır. Bu qədim türk sözü “alıp” şəklində olaraq eyni məna daşımaqla altay, abakan, qazax, qırğız ləhcələrində hələ də yaşayır və xüsusi ism kimi bir çox qəhrəmanlıq dastanlarının əsas personajlarının adı – Alıp Karğışa, Alıp Salay, Quzğun Alıp, Alıp Soyankimi işlədilir. Bu haldaalpsözü “alıp” şəklində işlənsə də öz keçmiş mənasını ifadə edir.

 

Alp sözü müstəqil şəkildə işlənildiyi kimi, digər şəxs adları ilə yanaşı da işlənir. Bunlardan Alp Arqun, Alp Arslan, Alp Arslan Böri Bars, Alp Arslan Kütlüg, Alp Bilgə Xaqan, Alp Ər Xan, Alp Kütlüg Külüg, Alp Küçlük, Alp Laçın, Alp Saru, Alp Taş, Alp Tigin, Alp Durmuş, Alp Ürək və s. adları misal çəkmək olar. Alp sözü ilə eyni məna daşıyan bagatur və sökmən sözləri də mövcuddur. Bagatur sözü bahadır, qəhrəman mənasını verir. Sökmən sözü isə igid, qəhrəman anlamını daşıyır. Lakin bu sözlər türk mədəniyyətində olan sözlər arasında müstəqil şəkildə, ya da digər sözlərlə birlikdə “alpsözü qədər geniş yayılıb. Alp sözünün müstəqil şəkildə, ya da digər adlarla birlikdə uzun zaman kəsiyində mütəmadi olaraq istifadə edildiyi məlumdur.

 

 

 

İlhami DURMUŞ

(Türkiyə)

 

Türk mədəniyyətində “ər” sözündən də uzun zaman istifadə olunub. Bu sözün lüğəti izahı mərd, qəhrəman, igid, əsgər, adam, işini bilən, bacarıqlı, həyat yoldaşı deməkdir. Ər sözü ilə yanaşı başqa sözlər də işlənir ki, onlardan ər adam, ər qardaş, ər oğlan, ər oğlu və başqalarını nümunə kimi göstərmək olar. Ər adam – mərd, ər qardaşoğlan qardaş, ər oğlu – əsilzadə mənasını verir.

 

Ər sözü türk mədəniyyətində geniş yayılıb. Müstəqil şəkildə işləndiyi kimi, digər adlarla yanaşı da işlənib. Bunlardan; Ər Bağan, Ər Bəy, Ər Boz, Ər Doğan, Ər Doğmuş, Ər Guş, Ər Oğlı, Ər Sığın, Ər Taş, Ər Tigin, Ər Tokuş və Ər Toğrul kimi şəxs adlarını misal çəkmək olar.

 

Tonqa sözütürk mədəniyyətində geniş yayılan sözlərdən biridir. Tonqa igid, qəhrəman, qüvvətli, şövkətli mənalarını verir. Bu söz eyni zamanda rütbə və titul kimi də işlənə bilir. Ondan yaranan “tonqalıq” sözü də “güclü, qüvvətli” mənasını verir. Tonqa həm də bəbirə verilən addır. Bəbir dərisindən kürk hazırlanır və müharibə vaxtı döyüşçülər dəridən kürk geyinərdilər. Onu geyinən hər bir kəsdə “suda batmaz, odda yanmaz, heç bir silah təsir etməz” kimi bir inanc olub.

 

Tonqa sözündən əmələ gələn “tonqalafeli isə igidlərin və güclülərin gördüyü işi görmək mənasında başa düşülür. Türk dilində çox işlənən “böbür” adı da kökünü bəbir sözündən götürülüb. Böbürlənmə, böbürtü və böbürlənmək sözləri də çox güman ki, “böbür” sözündən yaranıb. Tonqa sözünün başqa anlamı da məkr, hiylə, tələ deməkdir.

 

Tonqaya başlamaq”, ya datonqaya düşmək” fikirləri özünü pis vəziyyətə salacaq bir oyuna düşmək, tələyə düşmək mənasında anlaşılır.

 

Mahmud Kaşqari türk tayfaları arasında “tonqasözünün geniş yayıldığına, ancaq mənasının itdiyinə diqqəti çəkir. Türklər arasında çox qədimdən işlənən bu sözdən nədənsə indi geniş istifadə edilmir. Bu sıradan Alp Ər Tonqa, Alp Qılınc Tonqa, Tonqa Alp Ər, Tonqa TiginTonqa Tonqa adlarına rast gəlmək olar.

 

Yazılı mənbələrlə yanaşı “tonqa” sözünə arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılarda da rast gəlmək olur. Qazıntılar zamanı açılan kurqanlardan “tonqa”təsvirləri tapılıb. Bunun ən gözəl nümunələri Qazaxıstan ərazisində açılan Əsik kurqanından tapılan “qızıl libaslı adamkimi tanıdığımız adamın libasındakı “tonqa” təsvirini göstərmək olar. Qəhrəmanın libasının döş hissəsində “tonqakimi bir heyvanın başı təsvir edilib. Bu heyvanın qanadlı təsviri ona fövqəlbəşər özəllik verir. Kurqanın və oradan tapılanların İskit/Sak dövrlərinə aid edilməsi və “tonqa” təsvirinin bir qəhrəmanlıq əlaməti kimi təqdim edilməsi diqqət çəkir. Ayrılıqda isə bu təsvir yazılı mənbələri təsdiq etmək baxımından da əhəmiyyətlidir.

 

Alp Ər Tonqa adı

 

Türk mədəni abidələri arasında Alp Ər Tonqa adına çox tez-tez rast gəlmək mümkündür ki, bu da tək bir şəxsin adını ifadə edir. AlpTonqa adları ilə yanaşı, Alp Kutluq Tonqa Bilgə Qılınc Tamgaç Xaqan, Alp Qılınc Tonqa Bilgə Türk Toğrul Xaqan adları da konkret titil kimi anlaşılır. Alp və Ər adları ilə yanaşı üçüncü bir ad yanaşı, işlənərək Alp Ər Xan, Alp Ər Taysı adlarını formalaşdırır. Tonqa adına Tonqa Alp Ərdən başqa Tonqa Tigin, Tonqa TonqaTonqa Ürək adlarında da rast gəlmək olar. Bu səbəbdən də Tonqa adlarının nə zaman və kimlərə aid edildiyini aydınlaşdırmaq vacibdir.

 

Yuxarıda adları çəkilən şəxslərdən biriTonqa Tigin, Kapgan Xaqan dövrlərində – 714-cü ildə Beşik Balıq tərəflərdə çinlilərlə döyüşdə ölən və xanədan mənsubu olan adamlardan biridir. Tonqa Tiginin dəfn mərasimi 715-ci ilin fevral ayında baş tutub və Oğuzların Tongra bəyi Alpağut (Yılpağut) on qohumuyla birlikdə bu mərasimdə iştirak edib.

 

Mahmud Kaşqaritonqasözünü izah edərkən dəfələrlə bu adın adam adı kimi işləndiyini qeyd edir. Bu izahdan sonra türklərin böyük xaqanı Əfarsiyabın əsl türk adının Tonqa Alp Ər olduğunu, bu adın da bəbir kimi qüvvətli, igid bir adam mənasında işlədildiyini nəzərə çatdırır.

 

İran dastanlarında

 

Alp Ər Tonqa

 

İran dastanları arasında Əbül-Qasim Firdovsi Tusinin ölməz əsəri olan “Şahnamə”də əfsanə ilə gerçəklik paralel təqdim edilərək zəngin və qiymətli bir İran tarixi təsvir olunub.

 

“Şahnamə” bir çox məsələlərə işıq saldığı kimi, dastanda əsas yerlərdən biriniTuran-İran müharibəsi” tutur. Burada Turan qəhrəmanı kimi Əfarsiyabın adı çəkilir və onun mübarizələrdə keçən həyatına diqqət ayrılır.

 

Dastanda Əfarsiyabın atasının adı Peşenk kimi verilir. Əfrasiyabın İran ətrafında ilk dəfə görünməsi Nevzər zamanına təsadüf edir. O vaxt Turan hökmdarı Peşenk oğlu Əfrasiyabı böyük bir orduyla Nevzərin üstünə göndərir.

 

Üç döyüşdən sonra Nevzər əsir düşür. Əfrasiyab Nevzəri öldürəndən sonra taxta Zev çıxıb. O, Əfrasiyabla döyüşsə də, sonunda aclıq təhlükəsinin hər iki tərəfə ağır başa gələcəyini nəzər alıb sülh bağlayırlar.

 

Keyqubaddan sonra İran taxtına Keykavus keçib. Keykavus bir çox əngəlləri aradan qaldıraraq İranın müstəqilliyini qoruya bilib. Əfrasiyab onun müstəqillik əldə etməsindən yararlanaraq İrana ordu göndərib, qələbə qazanıb İran hökmdarı olub.

 

Şahnamə”yə görə Keykavusun oğlu Siyavuş atasından inciyərək Əfrasiyabın ölkəsinə gedir Əfrasiyab onu qızı Firəngizlə evləndirir. O ərəfədə turanlılarla iranlıların növbəti müharibəsi başlayır. Qoşunların başında bir tərəfdə Keyxosrov, digər tərəfdə isə Əfrasiyab dayanır. Savaşda Əfrasiyab məğlub olub ələ keçir yaxın adamlarıyla birlikdə Keyxosrov tərəfindən qətlə yetirilir.

 

Şahnamədə”ki xronoloji ardıcıllığa nəzər yetirsək dörd mərhələdə təsvir edilən döyüşlərin ikinci mərhələsində saklarla farsların uzun çəkən müharibələrindən söz açıldığını görə bilərik. Bu baxımdan da, Turan hökmdarı kimi qeyd edilən Əfrasiyabı sak kimi qəbul etmək lazımdır.

 

Türk Dastanlarında

 

Alp Ər Tonqa

 

Oğuz xaqan dastanı”nda Oğuzun uşaqlıq, gənclik qocalıq dövrü təsvir edilib. Dastanda daha çox onun qəhrəmanlığına yer ayrılıb. Dastan Oğuzun göy tüklərə göy yalı olan bir erkək canavara qalib gəlməsiylə başlayır. Oğuz Türküstandan Qara dənizin şimalındakı çöllərə, Qafqazlardan Ön Asiyaya qədər olan bütün ölkələri fəth edir. Burada qəhrəman olaraq Alp Ər Tonqa adı çəkilmir, lakin Oğuzun fəth etdiyi ölkələrə nəzər saldıqda iskit-sak dövrlərində fəth edilmiş ərazilərlə Oğuzun fəth etdiyi əraziləri müqayisə etmək imkanı yaranır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi Mahmud Kaşqari türklərin böyük xaqanı Əfrasiyabın əsl adınınTonqa Alp Ərolduğunu bildirib, onunla bağlı ağıtlara (ağılara) geniş yer ayırıb.

 

Bu ağılara bütövlükdə nəzər saldıqda Alp Ər Tonqanın ölümünün xalqa çox pis təsir etdiyini görmək olar. Deyilir ki, onun ölümüylə dövlət çökdü, yaxşılıqlar, ədalət, böyüklük azaldı, əvəzində isə pisliklər çoxaldı pis adamların dövranı başladı. İnsanlar dövlətin xoş günlərinin həsrəti ilə yaşadılar. Burada Alp Ər Tonqanın həyatı ilə bağlı hansısa bir məlumat verilmir. Amma çox qədimlərə gedən bu ənənələrin şüurlarda yaşadığı diqqəti çəkir. Belə bir qəhrəmanın türk mədəniyyətində böyük dövlətlərin mövcud olduğu dövrlərdə ortaya çıxdığı güman edilir.

 

Türk mənbələrində

 

Alp Ər Tonqa

 

Alp Ər Tonqa haqqında dəyərli məlumatları Yusuf Has Hacib verir. O, əvvəlcəsöz”ü mədh edib: “İnsanın bəzəyi sözdür, bu söz çox müxtəlifdir, ey dilim, tez ol, yaxşı sözlü insanı mədh et. Türklərdə buna bənzər bir atalar sözü var, mən onu deyirəm: Ağlın bəzəyidil, dilin bəzəyisözdür, insanın bəzəyiüz, üzün bəzəyigözdür”.

 

Daha sonra müəllif dünyadakı bəylər arasında türk bəylərinin öz yeri olduğunu qeyd edir onların da arasında Alp Ər Tonqaya xüsusi diqqət çəkir. Onun bildirdiyinə görə Tonqa Alp Ərməlumatlı, çox fəzilətli bir adam olmaqla, savadlı, dərrakəli xalqın sevgisini qazanan bir şəxsiyyətdir. Geniş dünyagörüşü olan yüksək bacarıq sahibi bənzərsiz igiddir. Onsuz da bu aləmdə ancaq fərasəti olan insan dünyaya hakim ola bilər”.

 

Ebdülqazi Bahadır Xan da özününTürklərin soyköküadlı əsərində səlcuqların soylarının kınıklarla bağlı olduğuna diqqət çəkir. Onun verdiyi məlumata görə Əfrasiyabın bir oğlu Keyxosrovun əlindən qaçaraq, türkmənlərin kınık qəbiləsinə qoşulub, onların arasında yaşayaraq yaşa dolub ki, biz onun nəslindən sayılırıq. Əsərdə otuz beş arxa dönənimizin adı çəkilir adı çəkilən soyun Əfrasiyaba aid edildiyi qeyd olunur. Bu məlumat Əfrasiyabınyəni Alp Ər Tonqanın türklərin atası olduğunun təsdiqi baxımından çox əhəmiyyətlidir.

 

(davamı var)

 

Dilimizə uyğunlaşdıran Əyyub QİYAS

Aydın yol.-2016.-19 noyabr.-S.12.