Prezident İlham
Əliyev və xanımı Mehriban
Əliyeva sərgi ilə tanış olublar
Bakı Ekspo Mərkəzində II
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və
İnvestisiya sərgisi keçirilir.
Noyabrın 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva sərgi ilə tanış
olublar.
Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.
Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak
layihələrinin nümayiş etdirildiyi sərginin əsas məqsədi Azərbaycanda
daşınmaz əmlak bazarının
canlandırılması, bu sahəyə
yatırılan yerli və xarici
investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı
ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların
ölkədə həyata keçirilən özəlləşdirmə
prosesinə cəlb edilməsi məsələsində də
sərgi mühüm əhəmiyyət
daşıyır. Bu beynəlxalq tədbir
bir çox ölkənin
daşınmaz əmlak məsləhətçilərinin və
sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək
baxımından da önəmlidir.
Aydın yol.-2016.-26 noyabr.-S.2.