Fərhad Xəlilov: "Bu mövzularda bir rəssam kimi söz söyləmək borcumuzdur"

 

Azərbaycanlıların soyqırım günü mlə əlaqədar Muzey Mərkəzində təqdim olunan sərginin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən ümummilli bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarət idi.

Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzidir. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bu sərgi ilə bağlı öz fikirlərini bölüşdü:

"Bu gün biz bir qanlı faciə, soyqırım olan bir mövzuya toxunmuşuq. Bu çox ağır olsa da, biz bunu etməliyik, çünki gənc nəsil öz tarixini bilməlidir. Və əgər əsərlərə nəzər salsaq, görəcəyik ki, onların keyfiyyəti və səviyyəsi ildən-ilə artmaqdadır, bu isə mövzunu bütün dünyaya bütün dərinliyi ilə göstərməyə imkan yaradır. Düşünürəm ki, bu yaxınlarda "Xocalı faciəsi" mövzusunda müsabiqə elan edildiyi kimi, azərbaycanlıların soyqırımı mövzusunda da müsabiqə elan ediləcək. Bu mövzularda bir rəssam kimi söz söyləmək borcumuzdur".

 

 

Sevinc

 

Ayna.-2010.-3 aprel.-S.19.