Almaz Mustafayevanın yubileyi keçirildi

 

Martın 30-da Gənc Tamaşaçılar Teatrında Almaz Mustafayevanın 60 illik yubileyi keçirildi. Həyatının 40 ilini səhnəyə bəxş edən aktrisa bir çox maraqlı rolları ilə yadda qalıb.

Gecənin əvvəlində aktrisanın həyat və yaradıcılığına həsr edilmiş qısa film nümayiş etdirildi. Daha sonra səhnəyə Almaz xanımın özü çıxdı və sevinc yaşlarını gizlədə bilmədi. Aktrisanı təbrik etmək üçün gecəyə onun sənət yoldaşları Yaşar Nuri, Həmidə Ömərova, Suğra Bağırzadə, sənətşünas İlham Rəhimli, rejissor Cənnət Səlimova və başqaları gəlmişdi. Yubiley gecəsində "Yuğ", Şuşa Dövlət Teatrı, Musiqili Komediya Teatrı və Rus Dram Teatrı kollektivləri müxtəlif səhnəciklərlə çıxış etdilər.

Aktrisanı təbrik etmək üçün səhnəyə İlqar Xəyal, əməkdar artist Elza Seyidcahan və müğənni Samirə çıxmışdı.

 

 

Ayna.-2010.- 3 aprel.-S.19.