Cəfər Cabbarlının
romanı tapılıb
Azərbaycan ədəbiyyatının
görkəmli ismi, böyük dramaturq Cəfər Cabbarlının
indiyədək heç
yerdə adı açıqlanmayan romanı
üzə çıxıb.
Bu barədə dramaturqun nəvəsi, Cəfər Cabbarlı ev muzeyinin baş
elmi işçisi Qəmər Seyfəddinqızı
məlumat verib. Onun sözlərinə görə, "Kazım bəy" adlanan bu romanı Cabbarlı 13 yaşı olanda yazmağa başlayıb. Lakin tamamlamayıb. Ərəb
əlifbası ilə
yazılan romanın əlyazması Teatr Muzeyində saxlanır. Dramaturqun ilk və son romanı
olduğu güman edilən bu əsər üzərində
hazırda elmi araşdırma aparılır.
Onu da qeyd edək ki, ilk
dəfə 10 il bundan öncə təsis edilən Cəfər
Cabbarlı mükafatının təqdimat mərasiminin
vaxtı məlum olub. Tədbir aprelin 16-da Rəşid Behbudov
adına Mahnı Teatrında baş tutacaq. Bu barədə Cəfər
Cabbarlı ev muzeyinin baş elmi işçisi, dramaturqun nəvəsi
Qəmər Seyfəddinqızı bildirib. Onun sözlərinə
görə, həmin gün mükafat qaliblərinin adları
açıqlanacaq və onlar fəxri diplomlarla təltif
olunacaqlar. Qaliblər kino xadimi, rejissor, aktyor işi, bəstəkar,
publisist və digər nominasiyalar üzrə müəyyənləşib.
Tədbirdə dramaturqun yaradıcılığına da nəzər
salınacaq, şeirləri, əsərlərindən
parçalar ifa olunacaq. Qeyd edək ki, mükafat Cəfər
Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin
İnkişafına Yardım İctimai Birliyi və Cəfər
Cabbarlı ev-muzeyi tərəfindən təsis olunub.
Ayna.-2010.-10 aprel.-S.20.