Dərbənd Teatrı Azərbaycanda qastrol səfərindədir

 

Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşa Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunur.

 

 

 Ayna.-2010.-17 aprel.-S.20.