"Ümid" studiyası yaradılıb

 

Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, həvəskar gənclərdən ibarət "Ümid" studiyasının yaradıcı kollektivi ilk dəfə olaraq tamaşaçılar qarşısında çıxış edib. Studiyanın üzvləri sənət bacarıqlarını "Yol" adlı şou proqramla nümayiş etdiriblər.

Söhbət zamanı bəlli oldu ki, yaxın bir-iki ildə teatrın nəzdində "Fidan" teatr-rəqs studiyası da fəaliyyətə başlayacaq.

 

 

Ayna.-2010.-24 aprel.-S.20.