Yalçın Rzazadə: "Milli
estradada yadlaşma sindromu yaşanır"
Sənətkar ehtiyatlı olmağa
səslədi
Retro mahnılarını yenidən
gözdən keçirib
onlara yeni nəfəs verən xalq artisti Yalçın
Rzazadə bu addımı estradada yaranan boşluğu doldurmaq məqsədi ilə atdığını
söylədi. Son illər
meydana çıxan mahnıların əksəriyyətini
ruhuna yaxın bilməyən Yalçın
Rzazadənin qənaətinə
görə, onlarda yad ladlar eşidilir.
Milli estrada
sənətində yadlaşma
sindromu yarandığından
narahatlıq keçirən
sənətkar gənclərə
bu barədə bir qədər ehtiyatlı olmağı tövsiyə etdi:
"Bu gün səhnə onların ixtiyarındadır. Ekranda, ictimaiyyət
arasında daha çox görünən
gənclərdir. Amma onların
yaradıcılığını müşahidə edərkən
bəzilərinin danışığı,
səhnə hərəkətləri
belə məni məyus edir. Çoxlu qüsurlar aşkar edirəm. Hiss edirəm
ki, çoxları bilərəkdən efir mədəniyyətindən kənara
çıxır. Mənim sənət
təcrübəmin uzun
illəri əhatə
etməsinə baxmayaraq,
hələ də özümü kamera, ekran qarşısında böyük məsuliyyətlə
təqdim edirəm.
Hər bir xırda məqamı beynimdə düşünür, sonra
təqdim edirəm".
Xalq artisti deyir ki,
onu narahat edən əsas səbəblərdən ən
başlıcası estradada
yadlaşma məsələsidir. Klassik estrada ənənələrinin
bu günümüzdən
qopduğunu, yerini isə yad melodiyaların
aldığını deyir:
"Mənim repertuarımda olan mahnıların tarixi 70-80-ci illərə gedib çıxır. Amma həmin
mahnılar hələ
də sevilir, dinlənilir və bu gün repertuarlardan
düşmür. Çünki bu bizim milli
musiqimizin ladlarının
əksidir. Bu mənim çağırışımdır
- gənc müğənnilər
özlərini bəstəkar
adlandırmadan öncə
milli estradaya nə dərəcədə
xələl gətirə
biləcəklərini düşünsünlər.
Çünki pisi də, yaxşısı da bizim adımızadır.
İndiki problemlər gələcəkdə
musiqi tariximizə bir ləkə olmaması üçün
sənətçilər özlərindən
öncə sənəti
düşünməyi bacarmalıdırlar".
Z.Rüstəm
Ayna.- 2010.- 7 avqust.- S.20.