Əbülfəs Qarayev:
"Bütün kitabxana
şəbəkəsində olan müəssisələr təmasda olmalıdır"
"Mədəni irsin qorunmasında müasir texnologiyanın böyük
rolu var. Və kitabxanalar şəbəkəsində
rəqəmsal daşıyıcılara
köçürmə, kataloqlaşma
kimi proseslər vacibdir. Biz artıq Milli Kitabxanamızla bərabər bir neçə layihəhəyata
keçirmişik. Dünyada tətbiq
olunan texnologiyalar yeniləşir və biz də zamanla ayaqlaşmalıyıq. Təəssüflər olsan ki, bu
gün kitabxana işində pərakəndəlik
müşahidə olunur.
Yevlaxda kitabxana şəbəkəsində
olan proqram, misal üçün, Bərdədəki proqramla
uzlaşa bilmir. Və biz hazırda artıq dünyada tətbiq olunmuş proqramları götürmüşük, onlar
üzərində çalışırıq,
çoxlu təşkilatlarla
əlaqə saxlayırıq.
Və
biz bu işi bütünlüklə Milli
Kitabxanaya bağışlayacağıq".
Bu sözləri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev dünən M.F.Axundov adına
Milli Kitabxanada iri kitabxanalarımızın
direktorları ilə görüşündə dedi.
Görüşün əsas məqsədi
yeni ideyaları ortaya çıxarmaq idi. Görüşdə Milli Kitabxananın
direktoru Kərim Tahirov və bir sıra müasir
texnologiyalar üzrə
şirkətlərin nümayəndələri
iştirak edirdilər.
Nazir daha sonra
dedi: "Bu yeni sistemi muzey işində reallaşdırmaq daha rahatdır, amma kitabxana tam başqa bir aləmdir. Bu gün Meqa,
Sinam və Ultra
şirkətləri sizə - kitabxanaların direktorlarına öz proqramlarını təqdim edəcəklər.
Sözsüz ki, bu gün yeni
avadanlıqla təminat gedir, amma dövlət büdcəsindən səmərəli
istifadə etmək lazımdır. Biz milli irsimizi vahid bir sistemə daxil edirik və
kitabxanalar bu sistemdən geri qalmamalıdır. Əgər biz bu şəbəkənin yaranmasına nail olsaq, dünyanın hər yerindən istifadəçi
kitabxanaların veb saytına, şəbəkəyə
daxil olduqda müəyyən bir vəsait keçirəcək.
Heydər Əliyev Mərkəzində
orada fəaliyyət göstərəcək sahələrin
sırasında kitabxana
olacaq. Və bu kitabxananın
necə fəaliyyət
göstərəcəyi üzərində
xarici şirkətlər
çalışır. Düşünürəm ki, bizim şəbəkəmiz nümunəvi
olmalıdır".
Daha sonra Meqa, Sinam və
Ultra şirkətləri "Azərbaycan Milli Elektron Kitabxanasının
yaradılması layihəsi",
"Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi üçün kitabxanalarda
tətbiq edilmiş sistemlər əsasında
Vahid Elektron Kitabxana Sistemlərinin Təhlili" və "Kitabxana portalının hazırlanması" layihələri
ilə çıxış
etdilər.
Sevinc İsmayıl
Ayna.- 2010.- 7 avqust.-
S.20.