Dərsliklər
təkmilləşir
Nizami Cəfərov bu
fikirdədir
Dərsliklərdəki problemlərin əsas səbəbi SSRİ dönəmində
bu işin qeyri-azərbaycanlılar tərəfindən
görülməsi olub. Texniki elmlər,
tarix, təbiət elmlərinə dair dərsliklər, sadəcə,
rus dilindən Azərbaycan dilinə tərcümə edilirdi.
Millət vəkili Nizami
Cəfərov deyir ki, əsas problemlərin
bu sahələr üzrə yazılan dərsliklərdə müşahidə
edilməsi təsadüfi
deyil. Azərbaycan
dili, ədəbiyyat və digər humanitar fənlərlə
bağlı dərsliklər
isə sovet dövründə də azərbaycanlı alimlər
tərəfindən hazırlandığından
müstəqillik illərində
bu sahədə ciddi problem yaşanmayıb:
"Narazılıqlar isə sırf subyektiv baxışlarla bağlı olub. Məsələn, biri istəyir ki, ədəbiyyat dərsliyində Süleyman Rüstəmin şeirləri olsun, digəri bunu istəmir. Bizim isə əsas məqsədimiz odur ki, şagirdlər dərslikdən istifadə edəndə çox yorulmadan lazımi informasiya ala bilsinlər. Mən düşünürəm ki, dərsliklərimiz ilbəil təkmilləşir".
Dilçi alim bu qənaətdədir ki, təhsildəki problemləri təkcə dərsliklərlə əlaqələndirmək doğru deyil. Burada müəllim faktorunu da unutmaq lazım deyil:
"Tədris prosesində müəllim də vacib faktordur. Bizdə keçid
dövründə sanki müəllimlərin
bir az damarı
boşaldı. Müəllimlər üçün
metodik vəsait qıtlığı
yarandı. İndi bu problemi aradan
qaldırmağa çalışırıq".
Xatun
Ayna.- 2010.- 21 avqust.- S.16.