İstanbul Opera Festivalında uğurlar

 

İstanbul-2010 Avropanın mədəniyyət paytaxtı layihəsi çərçivəsində keçirilən Birinci Beynəlxalq İstanbul Opera Festivalı yekunlaşıb. Festivalın bağlanış mərasimi Azərbaycan üçün əlamətdar olub. Dünya şöhrətli Rossinidən başlayaraq Verdi, Motsart, Hendel kimi klassiklərin əsərləri ilə tamaşaçıların zövqünü oxşayan festival öz proqramını Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası ilə yekunlaşdırıb. TÜRKSOY-un layihəsi əsasında hazırlanmış "Koroğlu" operasının nümayişi festivalın əsas hadisəsi olub.

Tamaşada Azərbaycan aktyorları ilə yanaşı, Türkiyə, Rusiya Federasiyasının Tatarıstan Respublikası, Qırğızıstan Qazaxıstandan olan ifaçılar da rol alıblar.

 

 

Ayna.-2010.- 21 avqust.- S.20.