Musiqiçilərimizə "Avaza" festivalında
ali mükafat
Türkmənistanın "Avaza" milli turizm zonasında
"Avaza-2010" Beynəlxalq musiqi, mahnı və rəqs festivalı başa çatıb. Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü
ilə keçirilən
və əsas məqsədi yeni istedadların üzə çıxarılması, mədəniyyətlərarası
dostluq və yaradıcılıq əlaqələrinin
yaradılması olan musiqi bayramında dünyanın və regionun 21 ölkəsinin,
o cümlədən Azərbaycan
sənətçiləri də
iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkəmizi bu möhtəşəm tədbirdə
təmsil edən Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti Səbuhi İbayev və Dövlət Filarmoniyasının solisti
Almaz Orucovanın çıxışları münsiflər
heyəti və iştirakçılar tərəfindən
yüksək qiymətləndirilib.
Azərbaycanlı sənətçilər festivalın ali mükafatını - Qran-prini qazanıblar. Festivalın açılışında "Çahargah" muğamını ifa edən xanəndələrimiz bağlanış günü çıxışlarını "Qarabağ şikəstəsi" ilə başa çatdırıblar. Onları tarda Rüfət Hüseynov, kamançada Elnur Mikayılov müşayiət ediblər.
Ayna.- 2010.- 28 avqust.- S.20.