Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib

 

Kanadanın Toronto Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.

Torontoda "Ümumi sülh naminə mədəniyyətlərin dialoqu" beynəlxalq layihəsi çərçivəsində Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən təşkil edilmiş sərginin böyük maraqla qarşılandığı xəbər verilir. Sərgidə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin Mustafa Kamal Atatürkün, musiqi sənətimizin korifeyləri - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, mütəfəkkir şairlərimiz Füzuli Hüseyn Cavid, rəssam Səttar Bəhlulzadənin heykəllərinin fotoşəkilləri nümayiş etdirilib.

Sərgidə Heydər Əliyevin, Atatürkün bizim digər dahi həmvətənlərimizin obrazları da olub. Sərginin keçirilməsi Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün olub. Bu təşəbbüsə minnətdarlıq əlaməti olaraq sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da portreti yer alıb.

Dünyanın bir çox görkəmli şəxsiyyətlərinin obrazlarını öz sənət əsərlərində əks etdirən Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası Dialoq İnstitutunun fəxri üzvü adına layiq görülüb. Qeyd edək ki, Kanadada Azərbaycan Mədəniyyəti Günləri həftənin sonunadək davam edəcək.

 

 

Ayna.- 2010.- 28 avqust.- S.20.