"O olmasın, bu olsun" filminin

fotoları Film Fonda verilib

 

 Milli kinomuzun şah əsərlərindən sayılan "O olmasın, bu olsun" filminin çəkilişlərindən olan unikal fotolar Dövlət Film Fonduna təqdim olunub. Bu barədə fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O bildirib ki, fotoları fonda kinorejissor Ələkbər Muradov verib.

 Dahi Üzeyir Hacıbəylinin musiqili komediyası əsasında rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi "O olmasın, bu olsun" filmi 1956-cı ildə ekrana çıxıb. Filmdə Əliağa Ağayev, Tamara Gözəlova, Arif Mirzəquliyev, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov və digər məşhur aktyorlar iştirak ediblər.

 

Ayna.- 2010.- 4 dekabr.- S.20.