Alim Qasımovun sənədləri

arxivə qəbul olundu

 

Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivinə qəbul olunub. Bunu arxivin direktoru Maarif  Teymur bildirib. O qeyd edib ki, qəbul olunan sənədlər arasınla Alim Qasımovun müxtəlif konsertlərinin afişaları, müsahibələri, jurnalları, fotoları, diplomları, fəxri fərmanları, təşəkkürnamələri var. Avropa ölkələrindəki səfərlərindən hazırlanan şəkil albomları da diqqəti cəlb edir.

Maarif  Teymurun sözlərinə görə, sayı təxminən 500-dən çox olan bu sənədlər hazırda ekspertizadan keçirilir və şəxsi fond açmaq üçün hazırlıq işləri görülür: "2-3 aydır, sənədlərin qəbulu üçün hazırlıq işləri görülürdü. Nəhayət, bu yaxınlarda arxivə qəbul olundu şəxsi fond yaradılması üçün hazırlıqlar gedir. Biz bu sənədləri illərlə qoruyub saxladığına təqdim etdiyinə görə Alim Qasımova təşəkkür edirik".

 

Ayna.- 2010.- 11 dekabr.- S.20.