"Gəncləşən
muğam-2"
Mənsum İbrahimov: "Ötən
il bu layihə
çox böyük maraqla
qarşılandı"
"Tamaşaçıların
marağını və
istəyini nəzərə
alaraq Heydər Əliyev Sarayı eyni layihəni ikinci dəfə təşkil etmək qərarına gəldi. Mən
də yenidən layihənin rəhbəri olmaq təklifini böyük məmnuniyyətlə
qəbul etdim". Bunu dekabrın 28-də Heydər Əliyev Sarayında keçiriləcək
"Gəncləşən
muğam-2" layihəsi ilə
bağlı açıqlamasında
Akademik Opera və Balet Teatrının
solisti, xalq artisti, "Şöhrət"
ordenli Mənsum İbrahimov deyib.
Layihənin bədii rəhbəri
olan Mənsum İbrahimov qeyd edib ki, budəfəki konsertdə
onun 26 tələbəsi və 12 gənc ifaçı
çıxış edəcək. Gənc muğam
ifaçıları musiqiçilər
Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov,
Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiəti
ilə oxuyacaqlar.
Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) aə Elnur
Əhmədovun (kamança)
müşayiəti altında
tələbələri ilə
birgə çıxış
edəcək.
M.İbrahimovun sözlərinə
görə, həmin günün ifaçıları
arasında yeni səslər də var. Bunlar
Səxavət Məmmədovun
oğlu Şəhriyar
və Vahid Abdullayevin oğlu Validdir. Bundan başqa, əməkdar
artist Təyyar Bayramov, ifaçılardan
Elşad Aydınoğlu,
Elnur Zeynalov, Qızılgül Babayeva,
Şəmsəddin İbrahimov,
Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov,
Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar
Səxavətoğlu, Tuqay
İsmayılov, Xəyal
Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz
Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov da eyni
səhnəni bölüşəcəklər:
"Bu layihədə
əsas məqsəd
- gənc istedadlara dəstək olmaq, böyük səhnədə
ilk addımlarını atmaqda,
daha da tanınmalarına
yardım etməkdir. Belə
istedadları təqdim
etmək, səhnəyə
gətirmək lazımdır.
Keçən il olduğu kimi, bu il də
bu missiyanı "Gəncləşən muğam"
layihəsi ilə davam etdiririk".
Xanəndə onu da vurğulayıb ki, konsertin aparıcısı əməkdar artist Azad Şükürov olacaq. Bütün tədbir AzTV tərəfindən lentə alınacaq. "Bu ifaçıların bir çoxu AzTV-nin muğam müsabiqəsinin laureatı olub. Ona görə də konserti onlar lentə alacaq. Gənc ifaçılara dəstək olduqlarına görə AzTV-nin və Heydər Əliyev Sarayının rəhbərliyinə öz təşəkkürümü bildirirəm", - deyə M.İbrahimov əlavə edib.
Ayna.- 2010.- 11
dekabr.- S.20.