Arzuların teatrı
Sənubər İsgəndərli
ümidini itirmir
"Teatrın
durumu bu günə qədər məni qane etmirdi. Amma indi o əyər-əskiklikdən
danışmaq istəmirəm.
Çünki inanıram
ki, bundan sonra hər şey gözəl olmalıdır. Bu baxımdan teatrımızda
islahatları səbirsizliklə
gözləyirəm. Allahdan
ömür diləyirəm
ki, arzu etdiyim teatrda çalışa bilim".
Bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar
artist Sənubər İsgəndərli deyir.
İştirak etdiyi son filmin
"Hökmdarın taleyi" olduğunu xatırladan
aktrisanın sözlərinə görə, tamaşalar,
çəkilişlər olmayanda çox darıxır:
"Xüsusən də yayda bağda qalanda ürəyim yaman
sıxılır. Divarlar üstümə gəlir elə bil. Başımı
kitabla, internetlə qatmağa çalışıram".
S.İsgəndərli teatrın
yaradıcı heyətinin müsabiqə yolu ilə yenidən
yığılmasını normal qəbul etdiyini deyib:
"Bəlkə
onda düzgünlük
olar. Elələri var ki, nə
vaxtsa, nəyə görəsə xalq artisti adı alıb. Amma ondan sonra heç
bir iş görməyib, işləməyib.
Rahat oturub ki, "nəyimə lazımdır bu yolu gedim-gəlim?". Dəfələrlə görmüşəm,
rol veriblər istəməyib. 7-8 ildir teatrda olmamısansa, səni nəyə görə saxlamalıdırlar?
Həm də indi tamam başqa
zəmanədir - işləməyən
dişləməz. Mən
də hamı kimi ərizəmi yazıb işdən çıxacam. Sonra işə götürsələr
sağ olsunlar, götürməsələr, başqa
sahədə işimi
davam etdirəcəm".
XATUN
Ayna.- 2010.- 11
dekabr.- S.20.