"Amerika arzularımda"

 

Bu ölkəni uzaqdan da görüb tanımaq olur

 

Bu həftə dekabrın 7-də Rəssamlıq Akademiyasında keçirilən tədbirdə "Amerika arzularımda" adlı müsabiqənin qalibləri elan olundu.

Akademiya ilə əməkdaşlıq şəraitində Amerikanın Bakı səfirliyi tərəfindən təşkil olunan 2-ci illik rəsm müsabiqəsində 52 azərbaycanlı tələbə rəssam iştirak etmişdir. Bu incəsənət əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qalereyasındakı sərgidə (Heydər Əliyev prospekti 58) nümayiş olunub.

"Ümidvarıq ki, bu kimi layihələr azərbaycanlılara amerikalılara bir-birlərini daha yaxşı tanımaq imkanı verəcək.

Akademiyanın tələbələri tərəfindən işlənən rəsm əsərləri heykəltəraşlıq işləri böyük istedad Birləşmiş Ştatlarlara olan marağı nümayiş etdirir. Biz akademiya ilə, xüsusilə tələbə rəssamlarla tərəfdaş olmaqdan şərəf duyuruq," - deyə Amerika səfirliyinin səfir müavininin əvəzedicisi Terri Devidson öz məmnunluğunu bildirib.

Diplomat sözlərinə davam edib:"Bəxtim gətirib ki, Azərbaycanda yaşayır işləyirəm. Lakin bilirəm ki, bu əsərlərin müəllifləri olan gənc rəssamların əksəriyyəti heç zaman ABŞ-da olmayıblar - siz, Amerikanı uzaqdan - media mədəniyyət obyektivlərindən görürsünüz. Amerika təcrübəsinin incəliklərini bu qədər yaxşı görməyiniz təqdim etməyiniz təqdirəlayiq haldır".

Sərgi Amerika səfirliyinin səfir müavininin əvəzedicisi Terri Devidson və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən açılmışdır. Mədəniyyət Turizm Nazirliyinin rəsmiləri tədbirə qatılmışdı. Xalq rəssamı Ömər Eldarov ümid edir ki, bu, uzunmüddətli ənənəyə çevriləcək. "Bu sərginin məqsədi ABŞ-la Azərbaycan arasında anlayışı dərinləşdirməkdir", - deyə rektor bildirib.

Terri Davidson və Ömər Eldarov müsabiqənin I, II və III yer qaliblərinin adlarını açıqlayıblar. Müsabiqədə iştirak edən bir neçə tələbə rəssama isə həvəsləndirici mükafatlar təqdim olunub. Sərgi bir gün ictimaiyyət üçün açıq olub.

 

Ayna.- 2010.- 11 dekabr.- S.19.