Yeniyetmə rəssamlara qızıl medal

 

Daşkənddə "Nəsillərin harmonik inkişafı" dövlət proqramı çərçivəsində "Daşkəndin sevinci" adlı Beynəlxalq Uşaq Festivalı keçirilib. Layihədə məqsəd istedadlı gənclərin digər ölkələrdə yaşayan yaşıdları ilə əlaqələrinin qurulmasına şərait yaratmaq, müxtəlif mədəniyyətlərin əlaqələrini inkişaf etdirməkdir.

 Dünyanın 41 ölkəsindən 5 yaşdan 15 yaşa qədər rəssamın qatıldığı festivala 3,5 min şəkil təqdim olunub. Azərbaycan müsabiqəyə 100-dən çox əsər göndərib. Bizim rəssamlar - 13 yaşlı A.Abbasov "Qədim daşlar" 12 yaşlı T.Rasimov "Mənim vətənim" adlı əsərlərinə görə qızıl medala layiq görülüblər. Müsabiqənin Qran-pri mükafatına isə yaponiyalı Arai Hiromi "Özbəkistan üzərindən uçuş" adlı əsərinə görə layiq görülüb.

Qeyd edək ki, festivala yekun vurulduqdan sonra qaliblərin işlərindən ibarət kataloq çap olunacaq.

 

 Ayna.- 2010.- 11 dekabr.- S.20.