"Humay" Qızlar
Ansamblı İstanbulda
Onlar bəyənildiklərini deyirlər
Meqa-star Tarkanı, Rafet El Romanı, Sərdar Ortac və Alişanı müxtəlif konsertlərdə müşayiət edən, gənc olmasına baxmayaraq tarda ifası ilə ürəkləri oxşayan tarzən Humay Qədimova yeni bir uğura imza atdı. İfaçı bu yaxınlarda rəhbərlik etdiyi "Humay" Qızlar Ansamblı ilə birgə İstanbulda yaddaqalan konsert verib. Xoş təəssüratlarla qayıdan tarzən Humay Qədimova uğurlu konsertlə bağlı fikirlərini "Ayna" qəzeti ilə bölüşüb:
"Bu konsert
layihəsinə öncə
öz Vətənimiz
- Azərbaycandan başladıq. Akademik
Opera və Balet Teatrında konsert verdik. Zənnimcə, həmin çıxışımız yaddaqalan oldu. Sonra biz düşündük
ki, belə bir konsert layihəsi
ilə artıq Avropaya çıxmaq vaxtıdır və bu turumuzu Türkiyədən
başladıq. Konsertimiz İstanbulun çox məşhur "
H.Qədimova bildirib ki, bu konsert
üçün Bakıdan
22 nəfərlik heyət
yollanmışdı: "Musiqi
prodüserimiz Asif Kərimov da bizimlə birgə idi. Milli musiqiləri, xalq
mahnıları və
rəqslərini, muğamları
Türkiyədə ifa
etdik və yüksək səviyyədə
qarşılandıq. Konsertdə azərbaycanlı xanəndə
Elnarə Abdullayeva və türkiyəli müğənni Kibariyə
də səhnəyə
çıxdı. Bizim müşayiətimiz
altında onların ifaları səsləndi.
Bu konsertlə bağlı Türkiyənin
"Tatlısəs" televiziyasına
qonaq oldum. Maraqlısı o idi ki, mən Bakıdakı konsertimdə çox həyəcanlı idim, yəqin ki, bu öz Vətənimdə
konsert verdiyimdən irəli gələn bir həyəcan idi. İstanbulda isə heç
bir həyəcanım
yox idi, elə bilirdim ki, məşqə çıxıram".
İfaçı konsert zamanı qarşılaşdığı xoşagəlməz bir texniki problemi də peşəkarcasına
yola verməyi bacarıb. Elə konsertin ikinci nömrəsində Humay Qədimovanın tarının
sarı siminin qırılması bütün
ansamblı şoka salıb, amma gənc musiqiçi özünü itirməyib:
"Sim qırılanda
ansambl şokda oldu ki, indi
nə olacaq? Bakı konsertindən fərqli olaraq, İstanbul konsertimizdə nə aparıcı qoyulmuşdu,
nə də çoxsaylı müğənnilər
vardı. Fasilə söhbəti
də olmadı.
Orada konsertdə aparıcının
olmasına maraq göstərilmir. Təbii ki,
onların qayda-qanunlarına
riayət etdik. Saat yarımlıq konsert oldu, ancaq konsert
boyu bir dəqiqə belə vaxtım olmadı ki, tarımın qırılan simini dəyişim. Bütün konsert
boyu həmin qırılan simlə çaldım. Efir görüntülərində
də görəcəksiniz
ki, bütün konsertdə sim sallana-sallana qalıb.
Çox
şükür ki, başqa bir problemlə qarşılaşmadıq
və bu çıxışı uğurla
başa vurduq. Bu konsert bütün
maqazin verilişlərinin
marağına səbəb
oldu və yetərincə işıqlandırıldı.
Konsertin anonsları "Kral" televiziyasında getdi, eyni zamanda mərkəzi
küçələrdə konsertin afişaları vurulmuşdu. Mən çox
şadam ki, Azərbaycan musiqisi bu qədər sevilir".
H.Qədimova onu da əlavə
edib ki, Azərbaycan muğamı,
tarından heç bir yerdə yoxdur. O, bu səfər
əsnasında çoxsaylı
təkliflər alıb.
Z.RƏHİMQIZI
Ayna.- 2010.- 18
dekabr.- S.20.