"Azərbaycan xalçaları.
Qarabağ qrupu"
Bu adda kitab çapdan çıxıb
Heydər
Əliyev Fondunun dəstəyi ilə "Azər-İlmə" MMC-nin
rəhbəri Vidadi Muradovun "Azərbaycan xalçaları bütün
məktəbləri ilə"
adlı layihənin növbəti kitabı çapdan çıxıb.
"Azər-İlmə"dən verilən məlumata görə, nəfis və yüksək poliqrafik tərtibatda nəşr olunmuş "Azərbaycan
xalçaları. Qarabağ
qrupu" adlı kitab Qarabağ xalçaçılıq qrupuna
həsr edilib.
Kitabda Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapıb. Nəşrdə Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət illüstrativ materiallar yer alıb. Materialların əsas hissəsini "Azər-İlmə" MMC-nin "Sehrli İlmələr" Qalereyasının qədim Qarabağ xalçaları təşkil edir. Kitabda beynəlxalq standartlara uyğun olaraq bütün xalçaların texniki göstəriciləri də verilib.
Xəbərdə qeyd olunur ki,
"Azərbaycan xalçaları. Qarabağ
qrupu" kitabı artıq rus və ingilis dillərində də nəşrə hazırdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihənin
növbəti kitabı
üzərində iş
aparılır. Növbəti
kitab "İrəvan
xalçaları" ilə
bağlı olacaq.
Xatırladaq ki,
illər boyu Azərbaycan xalçaçılığının bütün məktəblərini əhatə
edən zəngin xalça kolleksiyası
yaratmış
Vidadi Muradovun bundan əvvəl
"Azərbaycan xalçaları"
kitabı
rus və ingilis dillərində
nəşr olunub.
Xatun
Ayna.- 2010.- 18
dekabr.- S.20.