Məktəbli rəssamlara hədiyyələr
Tbilisidə azərbaycanlı
uşaqların
rəsm sərgisi xoş
təəssürat oyadıb
Tbilisdə Gürcüstan rəssamlıq məktəbinin yetirməsi olan neçə-neçə istedadlı azərbaycanlı rəssam tanıyırıq ki, bu bədii yaradıcılıq sahəsində öz orijinal sözlərini deməyi bacarmışlar. Kim bilir, bu gün hələ orta məktəbdə oxuyan, lakin rəsmlər dünyasına bu qədər marağı olan bu yeniyetmələr bir zaman bəlkə şöhrətli rəssamlar kimi tanınacaqlar.
Tbilisinin "Kopala" sərgi salonunda Heydər Əliyev Fondunun dəstəyi və ölkəmizin Gürcüstan səfirliyinin təşkilatçılığı ilə məktəbli rəssamların "Odlar Yurdu" mövzusunda sərgi-müsabiqəsinə tamaşa edən Tbilisi İncəsənət Akademiyasının rektoru, sərgi müsabiqəsi münsiflər heyətinin sədri Georgi Buqadze çıxış edərək gənc rəssamların əsərlərinin keçən illərdən müsbət mənada fərqləndiyini deyib.
APA Gürcüstan bürosunun xəbərinə görə, sərgini Azərbaycanın Gürcüstan səfiri Namiq Əliyev açaraq sərgi-müsabiqəyə 30-dan çox azərbaycandilli məktəbdə təhsil alan şagirdlərin 300-ə qədər rəsm əsərinin təqdim olunduğunu bildirib.
Müsabiqədə Marneulidə
fəaliyyət göstərən
Ayvaz Həsənov adına Alget liseyinin 11-ci sinif şagirdi Sevil Nəbiyeva birinci yerə, Böyük Muğanlı kənd orta məktəbinin 11-ci sinif şagirdi Jalə Budaqova və Tbilisidəki 123 saylı ümumi məktəbin 10-cu sinif şagirdi Çingiz Qurbanov ikinci yerə, Maneulidəki 3 saylı orta məktəbin şagirdləri
Gülnar Yusifova, Fəridə Naziyeva və Elvina Talıbova isə üçüncü yerə
layiq görülüblər.
Məktəbli rəssamlara televizor,
DVD və fotoaparatlar, diplomlar və həvəsləndirici hədiyyələr
təqdim olunub.
Bu mədəni
tədbirdə İraqın
Gürcüstan səfiri
Məhəmməd Taib,
Qazaxıstanın Gürcüstan
səfiri İqar Müsəllimov, azərbaycandilli
məktəblərin direktorları
və məktəblilər
iştirak ediblər.
Ayna.- 2010.- 18 dekabr.- S.19.