Türk filmləri festivalı başa çatdı

 

Bunlar mükafatlar qazanmış filmlər idi

 

Bakıda 7-ci türk filmləri festivalına yekun vurulub. "Ayna" qəzetində olan bilgiyə görə, festivalın son filmi rejissor Xudaverdi Yavuzun ekran əsəri olub. Bu kinolent iki qardaşın həyata fərqli baxışlarını əks etdirir. Türkiyə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən festival çərçivəsində qardaş ölkənin ən önəmli çoxsaylı mükafatlar qazanmış ekran əsərləri nümayiş olunub. Üç gün davam edən festival zamanı paytaxt sakinləri qonaqları türkiyəli rejissorların ekranlaşdırdıqları "Bəyaz mələk", "I love you", "Vətən sağ olsun" "Nəğməli həyat" filmlərini izləmək imkanı qazanıblar. Festival Türkiyənin "Ay Yapım" şirkətinin təşkilatçılığı ilə keçirilib.

 

Şəms

Ayna.- 2010.- 18 dekabr.- S.19.