Xalq çalğı alətləri üzrə müsabiqəyə yekun vurulub

 

Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən 10 günlük uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi keçirilib. I tur zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində Ağcabədi rayonunda, müsabiqənin II turu isə 14-15 dekabr tarixlərində Bakı şəhərində keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon şəhərlərinin uşaq musiqi incəsənət məktəblərindən 598 şagird iştirak edib. Qalib şagird, müəllim konsertmeysterlər Mədəniyyət Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, fəxri fərmanları pul mükafatları ilə təltif olunublar. Ötən gün isə Azərbaycan Dövlət Filarmoniyasında Uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respubilka müsabiqəsi qaliblərinin yekun konserti keçirilib.

 

Ayna.- 2010.- 25 dekabr.- S.20.