Mariya Kunax Rasim Balayevlə tərəf-müqabildir

 

Yeni bədii filmin çəkilişlərinə başlanır. Filmin prodüseri Sirac Mustafayevin verdiyi məlumata görə, tammetrajlı psixoloji trillerdə Azərbaycanın tanınmış aktyor aktrisaları da rol alıb. Filmin prodüseri aktyor heyətini açıqlamasa da, onlardan bir neçəsinin adını çəkib. Məsələn, xalq artisti Rasim Balayev qəhrəmanın atası rolunu, "Mosfilm"in tanınmış aktrisası Mariya Kunax isə baş rollardan birini ifa edəcək.

Xatırladaq ki, Mariya Kunax Rusiyanın ən tanınmış rejissorlarının filmlərində rol alıb. Prodüserin sözlərinə görə, gənc yazar Nicat Qafuroğlunun "Ultionis" romanı əsasında yazılan ssenari artıq hazırdır. Ssenari müəllifləri Nicat Qafuroğlu publisist-yazar Ceyhun Musaoğludur. Roman müəllifi Nicat Qafuroğlunun özünün rejissorluğu ilə çəkiləcək film 3 dilə - Azərbaycan, ingilis, rus dillərinə tərcümə olunaraq səsləndiriləcək. Prodüser Sirac Mustafayev bildirib ki, filmin əsas hədəfi nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etməkdir: "Yaxın günlərdə geniş mətbuat konfransı ilə KİV-ə film barədə ətraflı məlumat veriləcək".

 

Ayna.- 2010.- 25 dekabr.- S.20.