Bülbül haqqında sənədli film

 

Məşhur vokal ifaçısı Bülbül haqqında ikiseriyalı sənədli film çəkilib. Filmin ssenari müəllifi quruluşçu rejissoru Fuad Dadaşovun məlumatına görə, Bülbül haqqında film hazırlamaq ideyası Rəşid Behbudov haqqında "Rəşid ömrü" filminin təqdimatı zamanı yaranıb:

"Bir il sonra filmin ssenarisini hazırladım və çəkilişlərə başladım. Filmin çəkilişləri Bakıda, Azərbaycanın rayonlarında Moskva şəhərində aparılıb".

"Qarabağ Bülbülü" adlanan film 92 dəqiqədən ibarətdir. Rejissor bildirib ki, bu ekran işinin mükəmməl səviyyədə hazırlanması üçün kifayət qədər vaxta ehtiyac olub:

"Bu, sadəcə, film deyil. Filmdə Bülbüllə paralel olaraq Azərbaycan mədəniyyətini də əks etdirmişəm. Bu filmə baxmaq lazımdır, çünki mən müəllif kimi çox şey deyə bilmərəm. Onu bildirmək istərdim ki, bu filmdə tək rejissor kimi yox, eyni zamanda Bülbül adına Orta İxtisas Məktəbinin yetirməsi, yəni musiqiçi kimi də yanaşmam var".

Qeyd edək ki, filmdə arxiv materiallarından da istifadə edilib. Lazımi materialların bir qismi Bülbül fondu Bülbülün ev muzeyindən verilib.

Artıq Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğlu da bu filmə baxıb. Filmin təqdimatı 2011-ci ilin ilk aylarına nəzərdə tutulur Rusiya televiziya kanallarında nümayişi istiqamətində danışıqlar aparılır. Filmdə mətn rejissorun dili ilə səslənir.

 

 

Ayna.- 2010.- 31 dekabr.- S.20.