Gənc
Tamaşaçılar Teatrı qastrol səfərindən
qayıdıb
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrı Qazax, Şəmkir və
Gədəbəydə qastrol səfərində olublar. Teatrdan
verilən məlumata görə, səfərə teatrın
20 nəfərlik yaradıcı heyəti qatılıb.
Regionların
İnkişafı İctimai Birliyi və Gənc
Tamaşaçılar Teatrının birgə layihəsi əsasında
gerçəkləşən səfərdə kollektiv Nicat
Kazımovun quruluşunda Nizami Gəncəvinin "Xeyir və
Şər" tamaşası ilə çıxış
edib. Qeyd edək ki, rollarda teatrın aktyorları Asya Atakişiyeva,
Vüsal Mehrəliyev, Günel Məmmədova, Elnur Kərimov,
Elşən Şıxəliyev, Mehriban Hüseynova, Manaf
Dadaşov, Ceyhun Məmmədov, Nigar Məmmədova,
Zümrüd Hüseynova və Anar Səfiyev oynayıblar. Səfər
çərçivəsində teatr kollektivinin ifasında
Şekspirin "Otello" tamaşası da təqdim olunub.
Ayna.-2010.-13 fevral.-S.20.