Aktrisa Günel Məmmədova:

 

"Mən teatr sənətinə gəlməyəcəkdim"

 

"Viktoriya" tamaşasından təəssüratlar

 

Bu yaxınlarda təzəcə təmirdən çıxmış Gənc Tamaşaçılar Teatrında gözəl bir tamaşanı izlədim. Hələ premyeradan öncə gördüyüm afişa diqqətimi cəlb etmişdi. Bu, Norveç yazıçısı Knut Hamsunun "Viktoriya" əsərinin əsasında Bəhram Osmanovun qurduğu tamaşa idi. Çox komfortlu və dolu olan zalda bir səhnə işıqlanırdı. Dekorasiya çox sadə və zövqlə seçilmişdi. Əsas qəhramanlar Yuhannes və Viktoriya idi. Bu, "Leyli və Məcnun", "Romeo və Cülyetta" kimi nakam sevgi əhvalatlarının davamı idi.

Faciəvi romantika insanın qanına işləyirdi. Amma ən böyük məsuliyyət, yük məhz "Viktoriya" obrazını yaradan aktrisaya düşürdü. Təsadüfi deyil ki, əsər "Yuhannes Viktoriya" yox, məhz "Viktoriya"dır. Günel Məmmədova bu rola bütün ürəyini qoyur, tamaşaçılara bu əhvalatı yaşadır. Bugünkü müsahibimiz məhz bu gənc, amma çox istedadlı aktrisadır.

 

Kiçik arayışımız:

 

Günel Məmmədova 1986-cı ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano rəqslə məşğul olub. 2002-ci ildə məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.

2006-cı ildə universiteti bitirib. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. 2008-ci ildən İbrus teatrında fəaliyyət göstərir. Uşaqlıq illərindən bəzi kinofilmlərə çəkilmişdir. "Kişiləri qoruyun" (2006), "Yalan" (2006) - Ramiz Əzizbəyli, Ci-Mi (2008) - Cahangir Mehdiyev, "Ehram Tv" (2009) - Ayaz Salayev, "Ad gününün peşmançılığı" - Zirəddin Tağıyev, "İnsanın yaxşılığı" - Fərid Əhmədov, "Xanım Hey" (nağıl)- Əli Hacıyev, "Yuxu yaddaşı" - Ruslan Hüseynov, "Sözün sehri" - Cavid Təvəkkülün rejssorluğu ilə olan filmlərdə çəkilib. Həmçinin "Çimnaz xanım yuxudadır", "Tıq-tıq xanım", "Çəkməli pişik", "Adsız", "Yağış yağmur daldan atılan daş", "Sumayyə" kimi tamaşalarda baş qəhrəmanlardan biri olub.

- Xoş gördük, Günel! İlk öncə səni yeni "Viktoriya" tamaşasının qazandığı uğuru ilə təbrik edirik. Bu gün çox gənc aktrisalarımız özlərini təsdiqləyə bilirlər. Maraqlıdır, ümumiyyətlə, ilk addımlarını necə atmısan bu keşməkeşli sənətdə?

- İlk addımlarımı elə məktəb illərində, İncəsənət Gimnaziyasında atmışam. Hələ 7-ci sinifdə oxuyarkən "Ad gününün peşmançılığı" adlı filmdə çəkilmişdim. Hələ o vaxtlar verilişlər aparıb, rəqslə, bədii qiraətlə, solo oxumaqla məşğul olmuşam. İncəsənətin bütün növlərində özümü sınamışam. Düşünmürəm ki, bu gün çox şeyə nail olmuşam, hər şey hələ qarşıdadır. Amma sənət müəllimim Rafiq Əliyev olmasaydı, mən teatr sənətinə gəlməyəcəkdim. Aparıcı olmaq istəyirdim teatr aləmini o qədər bəyənmirdim. Hardasa tamaşalarda mən qeyri-səmimilik görürdüm, amma ilk tamaşamda, söhbət "Çimnaz xanım yuxudadır"dan gedir, hardasa bu ab-hava məni tutdu. Bu komediyada Nabat rolunu oynamağı mənə Rafiq müəllim təklif etdi teatra gəlməyimdə əsas rolu məhz müəllimim oynayıb əlbəttə ki, valideynlərim. Mən İncəsənət Gimnaziyasını bitirəndə onlar istəyirdilər ki, mən Xarici Dillər Universitetinə qəbul olum. Amma mən aktrisalıq sənətimdə davam etmək istədim onlar heç bir etirazlarını bildirmədilər. Söylədilər ki, əsas odur işin ürəyincə olsun.

- Sonuncu çəkildiyin filmi tamaşanı müzakirə edək...

- Sonuncu çəkildiyim "Aktrisa" filmi oldu. Orada baş qəhrəman xanımın rəfiqəsini oynayıram.

- Məni kədərləndirən "Viktoriya" tamaşasının mətbuatda o qədər işıqlandırılmadığıdır. Ümumiyyətlə, bu gün teatr sənəti o qədər işıqlandırılmır. Ona görə , istərdim sən bu sonuncu tamaşan haqqında bir az ətraflı danışasan...

- Bu, Viktoriyanın qısa ömrünü tam dolduran bir məhəbbət hekayəsidir. Sonda o yolayrıcında qalır: Ailəsi - anası , atası, qardaşı əsl sevgisi, amma ailəsini seçməyə məcbur olur. Çünki ailəsi müflisləşir o, sevgisini tapdalayıb varlı bir insanla ailə qurmağa məcbur olur. Yuhannes isə yazıçı idi. Viktoriyanın ailəsi müflis olmasa idi, onlar ailə qurub xoşbəxt ola bilərdilər. Sonda Viktoriya həyatdan köçməzdən öncə sevgilisi olan Yuhannesə məktubda bildirir ki, onlar qovuşmasalar da, əsl sevgini daddığı üçün xoşbəxtdir. Çox sevinirəm ki, mənə, gənc kadr olmağıma baxmayaraq, bu rolu həvalə etdilər.

- Səncə, insan sevmirsə, belə bir rola necə girə bilər, yoxsa mütləq həyatda sevmək lazımdır ki, obrazı belə canlandırasan?

- Çox çətin sualdır (gülür). Amma hər şey olur. Fikirləri müxtəlif olur. Gər halda, həyatda hələ sevmirəm. Amma həyatda baş qəhrəmanlar arasında yaxşı münasibətlər olmalıdır.

- Tamaşa zamanı zala baxırsan?

- Olur. İstəyirəm tamaşaçının yaşantılarını görüm. İbrus teatrında bu daha çox mümkündür, çünki orda zal səhnə arasında çox balaca məsafə var.

- Tamaşaçını güldürmək çətindir, ağlatmaq?

- O baxır tamaşaçıya. Amma məncə, ağlatmaq daha çətindir.

- Həyatda isə sənə yalnız sevinməyi daha böyük zirvələri fəth etməyi arzu edirik!

- Çox sağ olun!

 

 

Sevinc İsmayıl 

 

Ayna.-2010.-13 fevral.-S.19.