Türkdilli əlyazmalar kataloqunun
ikinci cildi çap edilib
Topluya bir neçə dildə poetik əsərlər
daxil edilib
Azərbaycan Milli Elmlər
Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılan türkdilli əlyazmalar kataloqunun
ikinci cildi çap olunub. Bu barədə institutdan məlumat
verilib. "Nurlan" nəşriyyatında işıq
üzü görən bu cildə Azərbaycan, türk,
özbək, tatar, qumuq, türkmən və s. dillərdə
yazılmış poetik əsərlər daxil edilib.
Xəbərdə bildirilir
ki, kataloqda XIII-XIV əsrlərdə yaranmış
müştərək Azərbaycan-Türkiyə abidələrindən
başlayaraq XX əsrin əvvəllərinə aid olan 431 əlyazma
haqqında məlumat toplanıb. Kataloqa Azərbaycan şairləri
Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri
Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən
şairi Məxdumqulu və başqalarının divanları
haqqında məlumatlar daxil edilib.
Qeyd edək ki, yeni nəşrin
redaktoru və tərtibçisi filologiya elmləri doktoru Məmməd
Adilov, ön sözün müəllifi filologiya elmləri
namizədi Paşa Kərimovdur.
Zəminə
Ayna.-2010.-13 fevral.-S.20.